ATƏT-in Minsk qrupu ümid edir ki, Azərbaycan və Ermənistan prezidentlərinin qarşıdakı görüşü yaxın il ərzində dialoqu aktivləşdirərək Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesində dönüş nöqtəsi olacaq. Trend-in məlumatına görə, bunu amerikalı həmsədr Ceyms Uorlik Ermənistan mətbuatına müsahibəsində deyib.
Təxminən dekabrda baş tutacaq Azərbaycan və Ermənistan prezidentlərinin qarşıdakı görüşünü şərh edən C.Uorlik ümid etdiyini bildirib ki, prezidentlər gərginliyin azaldılması yollarını və ölüm hallarının qarşısının alınmasını, eləcə də "nizamlanma elementləri ilə bağlı təklifləri" müzakirə edəcəklər.
Diplomat qeyd edib ki, ATƏT-in Minsk qrupu, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı diskussiyada daha aktiv mülki iştirakı alqışlayır.