Bazar ertəsi günü, 23 noyabr 2026
     

İraq Xəzərdən atılan Rusiya raketlərinin ölkə üzərindən uçuşunu qadağan etdi

Image


Xəzəryanı ölkələrin narahatlıq və narazılığına baxmayaraq, Rusiya dənizdən Suriyadakı İŞİD hədəflərinə zərbə endirməkdə davam edir. Digər sahilyanı ölkələr isə baş verənlərin onlar üçün ciddi təhdid yaratdığı qənaətindədir. Amma Moskva hələlik bunları nəzərə almaq istəmir. Bu arada isə Rusiya prezidenti Vladimir Putin Xəzər dənizində İŞİD-ə qarşı aparılan hərbi əməliyyatlarla bağlı bəyanat verib.
Putin Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla İranda görüşü zamanı Xəzər dənizində hərbi əməliyyatların İŞİD-in tam məhv edilməsinə qədər davam etdiriləcəyini bəyan edib. Putin Xəzər dənizində davam edən hərbi əməliyyatlara görə qonşu ölkələr üçün yaranan problemlə bağlı bunları qeyd edib: "Qazaxıstan narahatlığın yaranması ilə bağlı bizə hər hansı bir irad bildirməyib. Ancaq biz bunu nəzərə alacağıq. Bəzi narahatlıqların olduğunu başa düşürük, amma hamımız bilirik ki, Rusiyanın terrorizmlə mübarizə sahəsində sərf etdiyi güc bizim üçün bir yükdür". Rusiyanın dövlət başçısı əlavə edib ki, hər hansı bir narahatlıq yaranarsa, onları minimuma endirmək lazımdır.
Son məlumatlara görə isə, Rusiyanın Xəzərdəki Hərbi Dəniz Donanmasının "Dağıstan" gəmisi, eləcə də "Qrad Sviyajsk", "Uqliç" və "Böyük Ustyuq" kiçik raket gəmiləri Mahaçqaladakı bazaya qayıdıb. Qeyd edək ki, bu gəmilər oktyabrın 7-də Suriyada terrorçu İŞİD qruplaşmasının mövqelərinə havadan qanadlı raketlərlə zərbə endirmək məqsədilə Xəzərin İrana aid hissəsinə yerləşdirilmişdi. Gəmilərin geri qayıtmasına səbəb isə İraqın son addımları olub. Belə ki, rəsmi Bağdad Rusiyanın Xəzər dənizindəki hərbi gəmilərdən Suriya ərazisinə atdığı qanadlı raketlərin İraqın hava məkanından uçmasını qadağan edib. İraq hökuməti bunu ölkəsinin təhlükəsizliyi ilə əsaslandırıb. Xəbərdə bildirilib ki, noyabrın 23-dən etibarən ölkənin hava sahəsindən ticari uçuşların edilməsi də yasaqlanıb. Ona görə də Türkiyə, İordaniya, Körfəz ölkələri və Avstriyadan edilən bütün ticarət məqsədli uçuşların bu ölkə üzərindən olunması iki günlüyə yasaqlanıb. Qərara əsasən, Ərbil və Süleymaniyyə şəhərlərinə uçuşlar da azı iki gün təxirə salınıb. Moskvada hesab edilir ki, İraq hökuməti bu qərarı ABŞ-ın təsiri ilə qəbul edib. Amma Moskva Xəzərdən İŞİD-in bombalanmasını dayandırmaq niyyətində deyil.
Xatırladaq ki, noyabrın 20-də Rusiya donanması İŞİD terrorçu qruplaşmasının Suriyadakı mövqelərinə Xəzər dənizindən növbəti dəfə raket zərbələri endirib. Rusiya müdafiə naziri Sergey Şoyqu Xəzər donanmasından atılan bütün 18 raketin hədəfə dəydiyini bildirib. Nəticədə İŞİD-in xeyli sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib. Rusiya bundan əvvəl də İŞİD-in mövqelərini Xəzər donanmasından bombardman etmişdi. İlk raket zərbələri oktyabrın 7-də endirilmişdi. Rusiyanın strateji bombardmançıları Xəzər üzərindən keçməklə müxtəlif vaxtlarda Suriyadakı İŞİD hədəflərinə növbəti zərbələr endirib. Bombardmanlarda Mozdok hərbi aerodromundan havaya qalxan Tu-22M və Engels hərbi aerodromundan qalxan Tu-160 strateji bombardmançıları iştirak edib. Mozdok aerodromu Çeçenistanda, Azərbaycan və Gürcüstan sərhədinə yaxın ərazidə yerləşir. Engels hava bazası isə Xəzər dənizindən şimaldadır.
Ekspertlər isə bildirir ki, Rusiyanın Xəzərdəki donanmasından İran-İraq marşrutu üzrə Suriyadakı hədəfləri vurması Azərbaycan və digər sahilyanı ölkələr üçün risq yaradır. Müşahidəçilərin fikrincə, nəzəri cəhətdən, ABŞ başda olmaqla, NATO qüvvələrinin də günün birində Rusiyanın Xəzərdəki donanmasına cavab zərbələri endirməsi mümkündür. İndiki situasiyada İŞİD, yaxud Suriya müxalifəti müasir raketlərə malik deyil. Ancaq günün birində ələ keçirilən silah arsenalı Suriyadakı terrorçulara bu imkanı da qazandıra bilər. Beləliklə, Rusiyanın Xəzərdən hərbi məqsədlər üçün istifadə etməsinin regionda siyasi, iqtisadi və hərbi balansa ciddi təsir etdiyi görünür. Amma Xəzər dənizi ətafında yerləşən dövlətlər dəfələrlə buranı sülh dənizinə çevirmək istədiklərini bəyan ediblər. Rusiyanın isə Xəzər dənizində belə bir hərbi əməliyyat keçirməyi onun regionda yeni hərbi balans yaratmaq istədiyini ortaya qoyur. Bəzi aviaşirkətlərin Xəzər dənizi üzərindən uçuşlara qadağa tətbiq etməsi də regionda sərnişindaşımaya ciddi təsir edir. Həmçinin bu hərbi fəallıq bəzi şikətlərin ümumiyyətlə Xəzər regionuna və onun üzərindən keçməklə digər regionlara səfərlərini ləğv etməsi ilə nəticələnə bilər.
Tahir TAĞIYEV




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

23.11.2026 / 09:39
Trampdan demokratlara sərt ittiham – onların qələbəsi İran daha da aqressivləşdirdi...

23.11.2026 / 09:24
Şəhərdə təmizliyi pozanları bu qədər cərimə gözləyir...

23.11.2026 / 09:02
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

23.11.2026 / 08:46
Lavrov Almaniya müdafiə naziri və britaniyalı siyasətçini “qeyri-adekvat” adlandırdı

23.11.2026 / 08:40
COP31 danışıqları iflasa uğradı - qalıq yanacaqlarla bağlı mübahisə səbəbindən…

22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi - hücumları bərpa edəcəyik...

22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil... İranda qışda elektrik böhranı yaşana bilər...

22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu – hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...

22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi - Yekun sənəd imzalanmadı...

22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb

22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - FOTO

22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb

22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək

22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi

22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”

22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”

22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"

22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi

22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ