Bazar ertəsi günü, 23 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Türkiyə - Rusiya müharibəsini istəyənlər məqsədlərinin bir addımlığında...
Tarix: 25.11.2015 / 02:58
Bölmə: Siyasət
Qardaş ölkə müharibə hazırlıqlarına başladı
Məlum təyyarə qalmaqalından sonra Rusiya və Türkiyə arasında münasibətlərin hansı səpkidə inkişaf edəəcyi xüsusi maraq daiərsindədir. Əsas maraq doğuran məqam baş verənlərin Rusiya və Türkiyə arasında hərbi qarşıdurmaya gətirib-gətirməyəcəyidir. Xatırladaq ki, noyabrın 24-də Türkiyə-Suriya sərhədində qırıcı təyyarə vurulub və Moskva bəyan edib ki, həmin təyyarə Rusiya aviasiyasına məxsusdur.
Rusiya Müdafiə Nazirliyinin rəsmi açıqlamasında bildirilir ki, vurulan Su-24 təyyarəsi Suriya Ərəb Respublikasının ərazisində olub və Türkiyə sərhədini pozmayıb. Amma Türkiyə məhz sərhədlərini pozduğu üçün təyyarənin vurulduğunu bildirir.
Təyyarənin ekipajı katapult edə bilib. Qırıcı suriyalı türkmənlərin kompakt yaşadığı yaşayış məntəqəsinə düşüb. Bəzi məlumatlara görə, pilotlardan biri yerə düşərkən ölüb, digəri isə sağ qalıb və onu türkmən qüvvələri girov götürüb.
Türkmənlər isə bildirir ki, pilotlar havada olarkən onlar tərəfindən vurulub.
Rusiya prezidentinin mətbuat katibi Su-24 təyyarəsinin vurulmasını çox ciddi insident adlandırıb.
Hadisədən dərhal sonra Rusiyanın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
Türkiyənin Rusiyadakı hərbi attaşesi isə Rusiya Müdafiə Nazirliyinə çağırılıb.
Rusiya Müdafiə Nazirliyi bildirir ki, məlumatların təhlili Türkiyənin F-16 qırıcısı tərəfindən vurulan Rusiyanın Su-24 qırıcı təyyarəsinin birmənalı olaraq Türkiyənin hava məkanını pozmadığını göstərir.
"Rusiyanın Su-24 hərbi təyyarəsi "Hmeymim" aviabazasına qayıdarkən Suriya ərazisində Türkiyə F-16 qırıcısı tərəfindən vurulub", - deyə bəyanatda qeyd olunub.
"Su-24" təyyarəsinin pilotlarının axtarışı ilə məşğul olan Rusiyaya məxsus bir hərbi helikopterin vurulması barədə də xəbərlər yayılıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, hadisəyə görə Türkiyə ilə münasibətlərin mümkün korlanması barədə danışmaq erkən olardı. O, hadisə ilə bağlı prezident Putinin Təhlükəsizlik Şurasının növbədənkənar iclasını çağırmaq istədiyi barədə şayiələri təsdiqləməkdən imtina edib.
Rusiya təyyarəsinin yerdən və ya Türkiyə qırıcıları tərəfindən vurulması ilə bağlı ziddiyyətli məlumatlar var. Həvəskar Aviatorlar Federasiyasının eksperti Viktor Zabolotski Rusiyanın "Rossiya 24" telekanalına bildirib ki, Su-24 qırıcısı, böyük ehtimalla, çiyində daşınan səyyar raketlə vurulub. Bu fikri kremlpərəst "Komsomolskaya Pravda" qəzetinin hərbi müxbiri Viktor Baranets də dəstəkləyir. Lakin Rusiya hakimiyyətinə yaxın hərbi ekspertlərdən İqor Korotçenko "Rossiya 24" telekanalına deyib ki, 6 min metr yüksəklikdə uçan təyyarənin piyada raketi ilə vurulması mümkün deyil.
Ekspertlərin fikrincə, bu hadisə ilə Suriya üzərindəki hava əməliyyatları ilə bağlı vəziyyət daha da mürəkkəbləşəcək.
Onu da qeyd edək ki, NATO Suriyada Rusiyaya məxsus qırıcı təyyarənin vurulması ilə əlaqədar təcili yığıncaq çağırıb.
Böyük Britaniya Xarici İşlər Nazirliyi isə bildirir ki, Türkiyə-Suriya sərhədi yaxınlığında Rusiya hərbi təyyarəsi ilə bağlı baş verən insident cox ciddidir. London bu insidentin detallarını təcili araşdırır: "Rusiya təyyarəsi Türkiyə-Suriya sərhədi yaxınlığında vurulub. Biz hadisənin detallarını təcili araşdırırıq. Məlumdur ki, bu çox ciddi insidentdir. Hadisə ilə bağlı daha çox məlumat alana qədər şərh vermək düzgün olmaz".
Avropa Komissiyası da Suriya-Türkiyə sərhədində Rusiyanın döyüş təyyarəsinin vurulması ilə bağlı hadisəni yaxından izləyir və faktları dəqiqləşdirməyə çalışır. Qurumun rəsmi nümayəndəsi Aleksandr Vanşteyn bildirib ki, "vəziyyəti yaxından izləyirik və dəqiq nə baş verdiyini anlamağa çalışırıq. Bu səbəbdən də əlavə şərh verə bilmirik".
BMT-nin Cenevrədəki ofisinin rəsmi nümayəndəsi Əhməd Fauzi isə bildirir ki, Rusiya hərbi təyyarəsi ilə bağlı baş verən insident Suriyada terrorçuluğa qarşı mübarizə ilə bağlı vəziyyəti çətinləşdirə bilər: "Rusiya təyyarəsinin Türkiyə tərəfindən vurulduğundan xəbərim var. Bu, bölgədə vəziyyəti gərginləşdirə bilər".
O, BMT Təhlükəsizlik Şurasının terrorçuluğa qarşı qətnamə qəbul etdiyini xatırladıb: "Belə mübarizə insan hüquq normalarına uyğun aparılmalı, insan haqlarının müdafiəsinə və qanunlara əsaslanmalıdır".
Türkiyə Prezidenti Administrasiyasından "Trend"ə bildirilib ki, Moskva Suriya ordusu ilə ölkədə etnik türkmənlərə qarşı birgə hərbi əməliyyatlar keçirməklə Türkiyə ilə münasibətlərini təhlükəyə atır. Administrasiyadan qeyd ediblər ki, Suriyadakı etnik türkmənlərin bu ölkədəki terror qruplaşmaları ilə heç bir əlaqəsi yoxdur: "Bu fonda Rusiyanın qəsdən Türkiyə ilə əlaqələri korlamağa çalışması təəssüratı yaranır".
Administrasiyadan bildiriblər ki, Türkiyə suriyalı türkmənlərə qarşı hərbi əməliyyatları regionun türkdilli əhalisinə qarşı etnik təmizləmənin başlaması kimi qiymətləndirə bilər.
Bu arada yayılmış məlumatlara görə, Türkiyə Suriya ilə sərhəddəki Hatay vilayətinə hərbi texnika yığır. Baki-xeber.com xəbər verir ki, bu barədə qərar Suriya ilə sərhəddə Rusiyaya məxsus qırıcı təyyarənin vurulmasından sonra qəbul edilib. Türkiyə mətbuatı xəbər verir ki, sərhədə tank və zirehli texnika daşınır.
Hadisələrin inkişaf istiqaməti araşdırmalardan sonra bəlli olacaq. Amma buna qədər də Rusiya və Türkiyə arasında münasibətlərin Suriya məsələsi, xüsusən də burada yaşayan türkmənlərə görə kəskinləşəcəyi gözlənirdi. Hazırda
Rusiya ordusunun havadan və dənizdən dəstəklədiyi Bəşər Əsəd qoşunlarının Bayırbucaq türkmən bölgələrinə hücumları davam edir. Minlərlə türkmən Türkiyə sərhədinə yaxın təhlükəsiz bölgələrə çatmağa çalışır. Əsəd qüvvələrinin və Rusiya qoşunlarının fasiləsiz hücumlarına məruz qalan Bayırbucaqdakı türkmənlər evlərindən çıxaraq Türkiyə sərhədinə yaxın meşəlikdə çadırlar qurub. Türkmən dağında Suriya ordusu ilə türkmən birlikləri arasında döyüşlərsə davam edir. Türkmənlər deyir ki, hazırda Suriya qoşunları ilə türkmən birlikləri arasında döyüşlər bölgənin iki strateji nöqtəsində - Qızıldağ və Burc əl-Kasab ətrafında gedir. Suriya qoşunları dayanmadan türkmən kəndlərini top atəşinə tutur. Türkiyə sərhədinə gələn türkmən kişilərin çoxu isə qadınları və uşaqları çadırlara yerləşdirəndən sonra döyüşmək üçün kəndlərinə qayıdır. Türk birliklərindən birinin komandir köməkçisi Alparslan Çelik bildirib ki, Türkmən dağı uğrunda son ana qədər vuruşacaqlar: "Türkmən dağı türklərin ana yurdudur. O yurd uğrunda axıra qədər döyüşəcəyik".
Bayırbucaq türkmənlərinə qarşı Rusiya, Suriya və Hizbullahın artan hücumlarını şərh edən türkiyəli ekspert, professor Məhmət Akif Kirəçci "Yeni Şafak" nəşrinə müsahibəsində deyib ki, buradakı türkmənlərin bombalanması Türkiyəyə birbaşa mesajdır. Çünki onlar Azad Suriya Ordusunun tərkibində vuruşan qruplardan biridir. Onun sözlərinə görə, dünya kimin hansı düşərgədə yer aldığı bəlli olmayan bir dövrdə yaşayır: "Soyuq müharibə" başa çatdıqdan sonra ABŞ-ın hakim olduğu bir "Yeni Dünya Nizamı"ndan danışırdılar. Lakin 1991-ci ildə baş verən Körfəz döyüşündən sonra bu dövrü "Yeni Dünya Nizamsızlığı" kimi xarakterizə edənlər də oldu. Daha əvvəl iki qütblü dünya var idi və kimin dost, kimin düşmən olduğu, hansı ölkənin hansı düşərgədə yer aldığı bəlli idi. Bu gün isə bunu müəyyən etmək çox çətindir".
Məhmət Akif Kirəçci qeyd edib ki, Rusiya-Suriya-Hizbullah üçlüyünün türkmənlərə qarşı son əməliyyatları müharibənin yeni başlandığını göstərir":Suriya Rusiyanın "Soyuq müharibə" illərindən ideoloji sərmayə qoyduğu və Tartusda hərbi bazasının olduğu ölkədir. İran da məzhəb və ideoloji baxımdan bağlı olduğu Suriyadakı hadisələrə birbaşa silah, maliyyə və əsgər dəstəyi ilə daxil oldu. Azad Suriya Ordusunun komandiri iki il əvvəl "biz Əsədin ordusunu məğlub etdik, İranla döyüşürük" söyləmişdi. Amma İran Suriyada istənilən uğuru qazana bilmədiyi üçün Rusiya müharibə meydanına girdi. Qərb Rusiyanın hərbi müdaxiləsinə birbaşa cavab versə, bu, böhranın daha böyük müharibəyə çevrilmə risqini yüksəldəcək". Rusiyanın Suriyaya birbaşa hərbi müdaxiləsinin səbəbinə gəlincə, Məhmət Akif Kirəçci hesab edir ki, Moskvanın bu davranışı yalnız Əsəd rejiminin dəstəklənməsi ilə bağlı deyil: "Putin Qərbə nə qədər irəli gedə biləcəyini və məsələnin Rusiya üçün nə qədər əhəmiyyətli olduğunu göstərmək istəyir. Rusiya Tartusdakı bazasına ağır bombardmançı təyyarələri və son model tanklarını yerləşdirərək "mən buradayam" deyir".
Hələlik isə baş verənlər Rusiya və Türkiyə arasında münasibətləri daha da gərginləşdirir. Bu fonda Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Türkiyəyə səfəri təxirə salınıb. Qeyd edək ki, noyabrın 24-də S.Lavrovun Türkiyəyə səfəri planlaşdırılırdı. Türkiyədə onun ölkə rəsmiləri ilə Suriyadakı vəziyyəti və terrorçuluğa qarşı mübarizə məsələsini müzakirə edəcəyi gözlənirdi. Amma təyyarə qalmaqalı buna imkan vermədi. Son məlumatlara görə isə, Moskva Suriyada hərbi əməliyyatlarını daha da intensivləşdirib. Məhz bu səbəbdən Suriya hökumət qoşunlarının ölkənin qərbindəki əraziləri İŞİD qruplaşmasından geri aldığı xəbər verilir. Rusiyanın hava zərbələrindən dəstək alan hökumət qoşunları Mahin və Həvvarin şəhərlərini ələ keçirib. Bu şəhərlər paytaxt Dəməşqi ölkənin şimalındakı mühüm strateji şəhərlərlə birləşdirən şosse magistralının şərqində yerləşir. Xatırladaq ki, Rusiya sentyabrın 30-da Suriya üzərində hava reydlərinə başlayandan bəri prezident Bəşər Əsədin qoşunları geniş əks-həmlə əməliyyatlarına keçib. Rusiya israr edir ki, hava zərbələri ilə yalnız terrorçuları hədəfləyir, lakin fəallar bildirir ki, bu zərbələrin əsas hədəfi İŞİD-ə qarşı Qərb tərəfindən dəstəklənən qiyamçı qruplaşmalardır.
Tahir TAĞIYEV
DİGƏR XƏBƏRLƏR
Tarix: 23.11.2026 / 09:02
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"
Tarix: 23.11.2026 / 08:46
Lavrov Almaniya müdafiə naziri və britaniyalı siyasətçini “qeyri-adekvat” adlandırdı
Tarix: 22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi
- hücumları bərpa edəcəyik...
Tarix: 22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb
Tarix: 22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
- FOTO
Tarix: 22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb
Tarix: 22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək
Tarix: 22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi
Tarix: 22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”
Tarix: 22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”
Tarix: 22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"
Tarix: 22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
23.11.2026 / 09:02
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"
23.11.2026 / 08:46
Lavrov Almaniya müdafiə naziri və britaniyalı siyasətçini “qeyri-adekvat” adlandırdı
23.11.2026 / 08:40
COP31 danışıqları iflasa uğradı -
qalıq yanacaqlarla bağlı mübahisə səbəbindən…
22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi
- hücumları bərpa edəcəyik...
22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil...
İranda qışda elektrik böhranı yaşana bilər...
22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu
– hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...
22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi
- Yekun sənəd imzalanmadı...
22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb
22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
- FOTO
22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb
22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək
22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi
22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”
22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”
22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"
22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi
22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib
22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir -
“Üçüncü eşelon” kim(lər)dir?
22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları
21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı
– NATO hərəkətə keçəcəyini açıqladı...
21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN
– gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...
21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı...
Finlandiya prezidentindən sensasion iddia...
21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi
– “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”
21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir
– Pentaqondan açıqlama gəldi...
21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə
RƏSMİ REAKSİYA...
21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib
- FOTO
21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...
21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır
– dekabrın 1-dən hər addımları izlənəcək...
21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi
– Londondan gözlənilməz açıqlama...
21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi
- Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...
21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar
- FOTO
21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"
21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır"
- Prezident İlham Əliyev
21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq"
- Vyetnam Prezidenti
21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur"
- To Lam
21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
- FOTO
21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj
- sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir
21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli
– Demokratlar Konqresə ultimatum verdi...
21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı
21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi
– Bessentdən Tehrana sərt mesaj...
21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı
- VİDEO
21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub
21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....
21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik"
- Vyetnam Prezidenti
21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"
21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub
- FOTO
21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub
21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...
21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi
21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub
- FOTO
21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib
21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub
20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım
- çıxarış almaq mümkün olacaq...
20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var
20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi
- Ukraynada sülh üçün son tarix açıqlandı...
20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...
20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır
– vaxt verildi...
20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?
20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz
- hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı
20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin
- Hay ki, hay...
20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...
20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...
20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi
– Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...
20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir -
Paşinyan mürəkkəb ssenariyə baş vurdu...
20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb
20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası
20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi -
Madyar Orbanı sildi...
20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...
20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi
- FOTO
20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...
20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır
20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular
20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı
- təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...
20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı
- TƏBİB-dən açıqlama...
20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək
20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal
- iş prokurorluğa çıxdı...
20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı
- Avropalı liderlər Moskvaya gedəcəkmi...
20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...
20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib
20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama
- Vaşinqton Kiyevsiz qərar verməyəcək...
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
Tarix: 14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur -
baxın, necə...
XƏBƏR ARXİVİ