Türkiyə Hərbi Hava Qüvvələrinin öz hava məkanında Rusiyaya məxsus "Su-24" qırıcı təyyarəsini vurmasından sonra Moskva Ankara ilə hərbi əlaqələrin dayandırıb.
Baki-xeber.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.
Açıqlamada vurulan rus təyyarəsinin pilotlarının aqibətinə də aydınlıq gətirilir. Nazirlik pilotlardan birinin paraşütlə havada olduğu vaxt yerdən açılan atəş nəticəsində öldürüldüyünü təsdiqləyib.
Ancaq pilotların sağ olması barədə də məlumatlar yayılıb. Mənbələrə istinadən yayılan məlumatlara görə, Türkiyə iki rus pilotla bağlı suriyalı müxaliflərlə danışıqlar aparır.