"Hadisəni ətraflı şəkildə təhlil etmək lazımdır. Bayırbucak bölgəsindəki 2 təpədə Suriyanın rəsmi dövlətinə qarşı vuruşan mücahid qüvvələri-çeçenlər və uyğurlar var. Rusiya havadan, Suriya ordusu isə qurudan irəlilədikcə oradakı cihadçılar təlaşa qapılırlar. Bu hadisədə ABŞ Rusiya ilə Türkiyəni bölgədə qarşı-qarşıya gətirmək istəyir. Türkiyə də bu oyuna gələrək NATO-nun köməyinə müraciət edir. Rusiya təyyarəsinin vurulduğu bölgə ABŞ-İsrail koridorudur, bunu unutmamaq lazımdır".
Bu sözləri APA-nın Tükiyə müxbirinə açıqlamasında Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının keçmiş kəşfiyyat rəisi, istefada olan general-polkovnik İsmayıl Haqqı Pekin Türkiyə-Suriya sərhədində Rusiya təyyarəsinin Türkiyə tərəfindən vurulmasını APA-ya dəyərləndirərkən deyib.