Bazar ertəsi günü, 23 noyabr 2026
     

İlham Əliyev Sarkisyanla dekabr görüşünə aşkar üstünlüklərlə gedir

Image


Qabil Hüseynli: "Beş rayonun geri qaytarılması məsələsi, zənnimcə, kifayət qədər real görünür"

"Bu məsələdə Rusiya tərəfi kifayət qədər aktiv rol oynayır"

Azərbaycan və Ermənistan prezidentlərinin dekabrın əvvəllərində görüşəcəyi ehtimal edilir. Bu barədə Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov xəbər verib. "Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarkisyanın görüşü yaxın həftələrdə baş tutacaq.
Ehtimal edilən Əliyev-Sarkisyan görüşünün dekabrın başlanğıcında keçirləcəyini hesab edirəm. Görüşün hansı gün və harada keçiriləcəyi barədə məlumatı prezident aparatı bildirəcək", - deyə Şarmazanov bildirib.
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik də oktyabrın 26-da İrəvanda səfərdə olarkən ilin sonuna kimi prezidentlərin görüşünü təşkil etmək niyyətində olduqlarını qeyd etmişdi. "Ümid edirik ki, prezidentlər bu il görüşəcəklər. Sülhə nail olmaq üçün görüşlər keçirilməlidir. ATƏT-in Minsk Qrupunun həmsədrləri ilin sonuna kimi Ermənistan və Azərbaycan prezidentlərinin növbəti görüşünü təşkil etməyə ümid edirlər", - deyə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik İrəvanda keçirdiyi mətbuat konfransında bildirib. Amerikalı həmsədrin sözlərinə görə, hələ ki, prinsiplər və nizamasalmanın elementləri müzakirə edilir, ancaq tərəflər hələ daha konkret müzakirələr mərhələsinə nail olmayıb.
İlham Əliyevlə Serj Sarkisyan arasında son görüş 2014-cü il oktyabrın 27-də Fransa prezidenti Fransua Ollandın vasitəçiliyi ilə Parisdə baş tutub. Olland, Əliyev və Sarkisyan arasındakı üçtərəfli görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andrie (Fransa) və ATƏT-in qüvvədə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik iştirak ediblər.
Xatırladaq ki, Paris görüşü Azərbaycan və Ermənistan prezidentlərinin ötən il üçüncü görüşü oldu. Bunadək iki ölkə başçısının görüşü ABŞ-ın dövlət katibi Con Kerrinin iştirakı ilə ötən il sentyabrın 4-də Nyuportedə olub. Tərəflər danışıqların indiki mərhələsinə və Qarabağ münaqişəsinin həlli perspektivlərinə aid məsələləri müzakirə edib, danışıq prosesi üzrə mövqelərini ortaya qoyublar. Dövlət katibi C.Kerri münaqişənin sülh yolu ilə həllindən başqa alternativin olmadığını söyləyib, tərəfləri gərginliyin azaldılması və etibarın yaradılması üçün mexanizmləri tapmağa çağırıb.
Ondan əvvəl isə İlham Əliyev və Serj Sarkisyan Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Soçidə üçtərəfli görüş keçiriblər. Bu görüşdə Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qoşunların təmas xəttində yaranmış gərgin vəziyyətin aradan qaldırılması ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, 25 ildən çoxdur davam edən Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində heç bir irəliləyiş əldə edilməyib. Keçirilən görüşlərdə isə Ermənistanın qeyri-konstruktivliyi ucbatından zərrə qədər də nəticə yoxdur. Hazırda bir qədər fərqli, həm də Azərbaycanın haqlı mövqeyini bir az da gücləndirən mənzərə ortaya çıxıb. Bu yaxınlarda AŞPA-nın qəbul etdiyi sənəddə Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsi öz əksini tapıb. Qətnamə "Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində zorakılığın artması" adlanır. Həmin qətnamədə çoxlu antierməni məqamlar yer alıb. Bu qətnaməni Azərbaycanyönümlü sənəd də adlandırmaq olar. Robert Uolterin hazırladığı qətnamə layihəsində BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa aid qəbul etdiyi qətnamələr xatırladılır: "Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvlərindən biri qeyd edib ki, antierməni layihələr qəbul edilərkən nümayəndə heyətinin üzvləri "miskin qohum" statusunda olurlar. Bizim deputatlar az-çox loyal deputatların yanına gedərək, onlardan bizi müdafiə etmələrini xahiş edir: "Xala, dayı, biz erməniyik. Bizim çoxəsrlik tariximiz var, xahiş edirik bu məsələdə bizi müdafiə edin, bizi burada sıxırlar". Ermənistan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyətini bu cümlələrlə xarakterizə etmək olar".
Qətnamədə erməni silahlı birləşmələrinin işğal olunmuş ərazilərdən çıxarılmasına və qaçqınların geri qayıtmasına şərait yaradılmasına çağırış yer alıb. Bu layihə britaniyalı deputat Atkinson tərəfindən hazırlanan və 2005-ci ildə qəbul edilən 1416 saylı qətnaməyə çox oxşayır. Xatırladaq ki, həmin qətnamənin qəbulu sayəsində ilk dəfə olaraq nüfuzlu beynəlxalq təşkilatın sənədinə Qarabağla bağlı "işğal olunmuş ərazilər" termini daxil edildi.
Bununla yanaşı, ölkə başçısı İlham Əliyev də bu yaxınlarda G20 tədbirində iştirakı zamanı olduqca inamlı çıxış etdi və dünyaya BMT TŞ-nin 4 Qarabağ qətnaməsinin icra mexanizmlərini hazırlamaq barədə müraciət etdi. Bunlar birlikdə Azərbaycanın üstünlüklərinin bəzi elementləri kimi xarakterizə oluna bilər. Belə vəziyyətdə prezidentlərin iştirakı ilə baş tutacaq görüşdən nəyi gözləmək olar?
Politoloq Qabil Hüseynli hesab edir ki, Azərbaycan və Ermənistan prezidentlərinin yaxın həftələrdə gözlənilən görüşündə müsbət irəliləyişlərin ola biləcəyini təxmin etmək olar: "Amerika kəşfiyyatı açıqladı ki, Rusiyanın köməyi ilə Dağlıq Qarabağ hüdudlarından kənarda ermənilər tərəfindən işğal edilmiş rayonlardan 5-i geri qaytarıla bilər. Yəni beş rayonla bağlı razılıq məsələsi son zamanlar dünyanın aparıcı mətbuat orqanlarında bəyan edilib. Hazırda prezidentlərin görüşü gündəmdədir. Görünür, artıq müzakirəyə çıxarılacaq konkret məsələlər var və bu, konstruktiv nəticələrlə bitə bilər. Prezidentlərin görüşündə əldə ediləcək nəticələr mərhələli həll planına uyğun olaraq aparılacaq. Bu məsələdə Rusiya tərəfi kifayət qədər aktiv rol oynayır. Doğrudur, bu aktivlik Qərb dövlətləri tərəfindən qısqanclıqla qarşılanır. Hazırda Qərbdə belə bir əsas yaranıb ki, guya Rusiyanın fəallığı onları ATƏT-in Minsk Qrupu çərçivəsindəki missiyalarını yerinə yetirməkdən məhrum edə bilər. Ancaq əslində belə deyil. Son razılaşmalar əldə edildikdən sonra Minsk Qrupunda müzakirə edilərək konsensusa gəlinəcək".
Politoloqun fikrincə, Azərbaycan və Ermənistan prezidentlərinin dekabrın əvvəllərində gözlənilən görüşü Moskvada baş tuta bilər: "Çünki bu məsələdə Moskva mühüm rol oynayır. Beş rayonun geri qaytarılması məsələsi, zənnimcə, kifayət qədər real görünür. İndiki mərhələdə problemin həllinin tərpədilməsi və beş rayonun qaytarılmasının özü müsbət hadisədir. Bu, bütövlükdə Qarabağ probleminin həlli üçün tramplin rolunu oynaya bilər".
Məhəmmədəli QƏRİBLİ
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

23.11.2026 / 11:12
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan etdi

23.11.2026 / 11:07
Astarada saxlanan şəxslərdən 10 kq-dan artıq narkotik aşkarlandı

23.11.2026 / 10:43
Ukrayna Tatarıstandakı neft anbarlarını yenidən vurdu...

23.11.2026 / 10:29
Ermənistanın yeni Konstitusiya layihəsi açıqlandı – Azərbaycanla sülhə mane olan müddəa çıxarıldı...

23.11.2026 / 10:10
Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edildi

23.11.2026 / 09:52
Hörmüz boğazında təhlükəli eskalasiya – İranın gəmilərə hücumları rekord həddə çatdı...

23.11.2026 / 09:39
Trampdan demokratlara sərt ittiham – onların qələbəsi İran daha da aqressivləşdirdi...

23.11.2026 / 09:24
Şəhərdə təmizliyi pozanları bu qədər cərimə gözləyir...

23.11.2026 / 09:02
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

23.11.2026 / 08:46
Lavrov Almaniya müdafiə naziri və britaniyalı siyasətçini “qeyri-adekvat” adlandırdı

23.11.2026 / 08:40
COP31 danışıqları iflasa uğradı - qalıq yanacaqlarla bağlı mübahisə səbəbindən…

22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi - hücumları bərpa edəcəyik...

22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil... İranda qışda elektrik böhranı yaşana bilər...

22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu – hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...

22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi - Yekun sənəd imzalanmadı...

22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb

22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - FOTO

22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb

22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək

22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi

22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”

22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”

22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"

22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi

22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ