"ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) zəif və boş olduğu üçün Azərbaycanda keçiriləcək seçkilərə getməmək barədə qərar qəbul edib". Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in baş katibi Lamberto Zannierlə Moskvada keçirilən mətbuat konfransında deyib.