Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) ölkədə təkrar terror aktlarının baş vermə imkanları barədə xəbərdarlıq edib. Trend-in məlumatına görə, bu barədə "Milliyyət" qəzeti MİT-ə istinadən xəbər yayıb.
MİT-in məlumatına əsasən, daha 20 kamikadze ölkənin müxtəlif şəhərlərində terror aktları törətməyə hazırlaşır.
Baş naziri Əhməd Davudoğlu deyib ki, Türkiyə ikinci Suriya olmayacaq. Onun sözlərinə görə, Ankaradakı partlayış Türkiyədə sabitliyin pozulmasına istiqamətlənib. Ə.Davudoğlu qeyd edib ki, partlayışı iki kamikadze törədib.
Qeyd edək ki, oktyabrın 10-da Ankarada baş vermiş terror aktı zamanı 95 nəfər ölüb, 240-dan çox şəxs isə yaralanıb.