Çinin Rusiyaya dəstək üçün Suriyaya döyüş gəmisi göndərdiyi iddia edilir. Məlumata görə, Çinin ilk döyüş təyyarəsi gəmisi "Varyag” Suriyadakı döyüş üçün Şərqi Aralıq dənizinə istiqamətləndirilib.
Baki-xeber.com xəbər verir ki, Çinin qumarxana olacaq adı ilə boğazlardan keçirdiyi "Varyag” gəmisinin Aralıq dənizində Suriyada Rusiyaya dəstək verəcəyi iddia edilir.
Qeyd edək ki, Türkiyənin keçişinə icazə vermədiyi, ancaq əyləncə gəmisi kimi istifadə olunacağı deyilərək və 1 milyon çinli turist sözü verilərək keçirilən gəmi sonradan Çin donanmasına verilib və təyyarə gəmisi kimi istifadə olunmağa başlayıb.
Indi Qaradənizdə Ukrayna limanlarında çıxarılan və kazino adı ilə boğazlardan keçirildikdən sonra Çinin ilk təyyarə gəmisi kimi istifadəyə verilən "Varyag”a döyüş əmri verildiyi iddia edilir. Şərqi Aralıq dənizinə gedən gəmi ola biləcək bir qarşıdurmada Rusiya donanmasına dəstək verəcək.