Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında noyabrın 1-də Milli Məclisə təyin edilmiş seçkilərdə deputatlığa namizədliyini irəli sürmüş Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun müraciətinə baxılıb.
Trend-in məlumatına görə, M.Mirəlioğlu dairə seçki komissiyasının onun namizədliyini qeydə almaqdan imtina edən qərarı ilə bağlı şikayət edib.