çərşənbə axşamı günü, 24 noyabr 2026
     

Suriya savaşı qızışdıqca Azərbaycan neftinin ixracına təhlükə də artır...

Image


Şimal qonşumuzun Suriyada hərbi əməliyyatlarını Türkiyə sərhədlərinə yaxın ərazilərdə daha intensiv hala gətirməsi getdikcə daha çox ölkənin, o cümlədən Azərbaycanın maraqlarına toxunur. Belə ki, ölkəmizdən Türkiyə vasitəsilə dünya bazarlarına çıxan neft kəmərləri məhz bu hərbi əməliyyatlar üzündən ciddi təhdidlə üz-üzədir. Hətta Rusiya ekspertləri kəmərlərin hərbi təyyarələrin hədəfinə tuş gələ bilməsini belə istisna etmir.
Bu barədə danışmazdan öncə qeyd edək ki, rus hərbi təyyarələri bir-birinin ardınca Türkiyənin hava məkanını pozur. Türkiyə bildirir ki, Suriyada fəaliyyət göstərən rus hərbi təyyarələri ikinci dəfə Türkiyə hava hüdudlarına daxil olub. Bu səbəbdən Rusiyanın Ankaradakı səfirinə ikinci dəfə Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən nota verilib. Notada Rusiyanın hərbi təyyarələrinin Türkiyənin hava sərhədini pozduğu deyilir. Baş nazir Əhməd Davudoğlu da Moskvaya xəbərdarlıq göndərərək, Türkiyə qanunlarına uyğun olaraq, Suriyada əməliyyat aparan hərbi təyyarələri hava sərhədlərini pozduğu təqdirdə onları vura biləcəklərini bildirib. Türkiyənin "Cumhuriyyət" qəzetinin şərhçisi Semih İdiz bildirib ki, Ankara və Moskva çıxılmaz vəziyyətə düşür: "Bu çox mühüm məsələdir. Çünki əvvəllər belə hadisə baş verməyib". Moskva ilk hadisəyə naviqasiya sisteminin səbəb olduğunu iddia edərək, ikinci insidentlə bağlı təhqiqat aparıldığını bildirib. Lakin NATO rəsmiləri hava sərhədinin pozulması hallarının qəsdən baş verdiyinə inandıqlarını deyiblər. Xatırladaq ki, Rusiya hərbi təyyarələri Türkiyə sərhədi yaxınlığında İŞİD adı ilə Suriya üsyançılarına qarşı hərbi əməliyyatlar aparır. Ankara Suriya üsyançılarını dəstəkləyir və Bəşər Əsəd rejiminin dəyişdirilməsinə çalışır. Türkiyə Rusiyanın hava hücumlarına qarşı çıxır və ölkənin yüksək səviyyəli rəsmilərindən biri xəbərdarlıq edib ki, Rusiyanın apardığı əməliyyatlar Türkiyəyə əlavə bir milyon insanın qaçmasına gətirib çıxaracaq.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə Rusiya hərbi təyyarələrinin Suriya ilə sərhəddə ölkənin hava hövzəsini pozması ilə əlaqədar Ankara və Moskva arasında münasibətlərin gələcəyinə ciddi təhdid yarandığıın bəyan edir. Ərdoğan da rus təyyarələrinin vurula biləcəyini diqqətə çatdırır: "Türkiyə Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin ölkənin hava sərhədini təkrar pozmasına yol verməyəcək. Türkiyə sərhədlərinin istənilən pozuntusu NATO-nun sərhədlərinin pozulması deməkdir. Güman edirəm ki, Rusiya Türkiyə ilə əlaqələri korlamaq istəməyəcək". Prezidentin sözlərinə görə, Rusiya Türkiyəni itirsə, çox şey itirəcək.
Rusiyalı aviasiya eksperti Vladimir Karnozov isə qeyd edir ki, təyyarələrin Türkiyənin hava sərhədini pozduğu sahə aviasiyanın intensiv uçuşlar apardığı məkandır. Hazırda Rusiya təyyarələri raket-bomba zərbələrini də əsasən Suriyanın Türkiyə ilə həmsərhəd bölgələrinə endirir. Ekspertin sözlərinə görə, Suriya ordusu Rusiya aviasiyasının dəstəyi ilə İdlib əyalətinin Türkiyə ilə həmsərhəd ərazilərini terrorçulardan təmizləməyə, beləliklə də Türkiyə ilə sərhədə nəzarəti ələ almağa çalışır. V.Karnozovun sözlərinə görə, Türkiyənin F-16 təyyarələri mümkün hava döyüşündə Rusiyanın Su-25, Su-24M, Su-34 bombardmançılarına qalib gələ bilərdi. Lakin bombardmançıları çoxməqsədli Su-30M qırıcıları müşayiət edir və Türkiyə təyyarələri sərhədi pozan, yaxud sərhədə çox yaxın uçan Rusiya təyyarələrini vurmağa cəhd etsə, öz bazalarına geri dönməyə bilər.
Rusiyalı politoloq, Milli Strategiyalar üzrə Şuranın direktoru Valeri Xomyakov isə bildirir ki, Rusiya təyyarəsinin Türkiyənin hava sərhədini pozması təsadüf ola bilər. Lakin belə insident ard-arda iki dəfə baş veribsə, bu artıq təsadüfə oxşamır: "Bundan başqa, yaddan çıxarmaq lazım deyil ki, Su-34M təyyarəsinin Türkiyənin hava sərhədini pozduğu yer İran və Azərbaycandan nəql olunan neftin cəmləndiyi terminala, yəni Ceyhan terminalına çox yaxındır. Bu terminala bomba düşərsə, oradan Avropaya neft nəqli tamamilə dayanacaq. Nəticədə neftin qiyməti də artacaq. Mən şübhələnmirəm, ancaq bizim Suriya əməliyyatlarında iştirakımızın məqsədlərindən biri Vladimir Putinin nefti bahalaşdırmaq arzusu ola bilər". "Faynənşl Tayms" qəzeti isə yazır ki, baş verənlər Rusiya ilə ABŞ arasında birbaşa qarşıdurmaya gətirib çıxara bilər. Qəzet yeni dünya müharibəsinin Suriyadan başlaya biləcəyini iddia edib: "Suriyadakı vətəndaş müharibəsinə kənardan müdaxilə edən bütün aktyorlar təhlükəli yoldadır.
Savaşın içində olan bu qüvvələr birbaşa üz-üzə gələ bilər. 1936-1939-cu illərdəki İspaniya vətəndaş müharibəsi buna bariz nümunədir.
Nasist Almaniyası bu müharibədə millətçiləri, SSRİ isə respublikaçıları dəstəkləyirdi.
1930-cu illərdə fərqli tərəfləri dəstəkləyən bu iki ölkə 1940-cı illərdə bir-biri ilə savaşdı. İndi isə Suriyada güc müharibəsi gedir. Bu müharibə İranla Səudiyyə, hətta Rusiya ilə Amerika arasında birbaşa qarşıdurmaya gətirib çıxara bilər".
Tahir TAĞIYEV
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

24.11.2026 / 08:40
İran Ali rəhbərinin müşaviri TRİPP-i “saxta dəhliz” adlandırdı - “Hörmüzdən dərs çıxarın” nə deməkdir?

24.11.2026 / 08:05
Rusiya Kosmosa nüvə peyki buraxır? Alman kəşfiyyatından şok xəbər

23.11.2026 / 22:41
Moskvanın Avropada gizli casus əməliyyatı – 20 milyondan çox elanın arxasındakı gizli plan ortaya çıxdı

23.11.2026 / 22:16
Türkiyə NATO-dan çıxa bilər - Fidanın ikibaşlı anonsu...

23.11.2026 / 21:59
İllər əvvəl qırılmış Moskva-Tbilisi dialoqu müəmmalı şəkildə bərpa olundu...

23.11.2026 / 21:56
Hədəf mərkəzdə, ruh yüksəkdə!” – Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbələri üçün oxatma təlimi keçirilib

23.11.2026 / 21:44
Netanyahu Fələstinlə bağlı Teampın planına tam əks şərt irəli sürdü...

23.11.2026 / 21:29
Fürsətçi… YUNUS OĞUZ yazır

23.11.2026 / 21:27
“Azərbaycan Ermənistana öz qubernatorunu göndərəcək, ölkə Bakıdan idarə olunacaq...”

23.11.2026 / 21:10
Trampla Si "üçlü görüş" barədə mətbuat konfransı keçirmədi - səbəb...

23.11.2026 / 21:06
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib - FOTO

23.11.2026 / 21:01
Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət attaşesi “Sərdar Sandıq-Mücrü Ocağı”nda

23.11.2026 / 20:50
Moskva Azərbaycana və Ermənistana yenidən vasitəçilik təklif etdi...

23.11.2026 / 20:37
Ermənistanla müharibədə Azərbaycana dəstək vermiş daha bir dövlətin adı açıqlandı...

23.11.2026 / 20:23
Azərbaycan xarici siyasətdə yeni vektoru fəallaşdırır...

23.11.2026 / 20:08
ABŞ-da Çin şirkətlərinə qarşı təqiblər gücləndi... Tramp-Si görüşü boşa çıxdı...

23.11.2026 / 19:55
Hüquq-mühafizə orqanları Türkmənistanda ucuz ərzaq növbəsinə duranları qorxudur

23.11.2026 / 19:36
Aralıq dənizində Rusiya gəmisini batıran dronlarla bağlı yeni iddia - Albaniya ittihamları rədd etdi...

23.11.2026 / 19:23
Türkiyə müharibəyə (?) hazırlaşır - 81 şəhərdə sığınacaqlar tikilir...

23.11.2026 / 19:07
Səddam Hüseynin təyyarəsi satışa çıxarıldı – qiyməti 900 min dollardır...

23.11.2026 / 18:44
70-ci illərdə ermənilərin Türk dünyasına düşmənçiliyi bu hadisdən başlayıb...

23.11.2026 / 18:21
Azərbaycan ticarət müstəvisində Ermənistanı özündən asılı vəziyyətə salır

23.11.2026 / 17:51
Moskva-İrəvan dəmiryolu toqquşması şiddətlənir - Ermənistanda ruslar sıxışdırılır...

23.11.2026 / 17:47
Ərəb ölkələri İrana qarşı birləşir...

23.11.2026 / 17:39
Avropa liderləri Kremldə Putinin qəbulunda - ABŞ Avropanı nəyə sövq edir...

23.11.2026 / 17:21
AQTA Bakıda məşhur restoranın fəaliyyətini dayandırdı

23.11.2026 / 16:58
Ceyhun Bayramov italiyalı nazirlə görüşdü...

23.11.2026 / 16:40
Prezident İlham Əliyev Trampa təşəkkür etdi

23.11.2026 / 15:40
Pekindəki "üçlü görüş formatı" heç vaxt təkrar olunmayacaq - Putin eyham vurdu

23.11.2026 / 15:38
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzaladı

23.11.2026 / 14:57
Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident Əliyevə təşəkkür etdi

23.11.2026 / 14:52
Ukrayna ilə saziş naminə Putin yeni şərt irəli sürdü - Avropa liderləri getsin...

23.11.2026 / 14:17
Bəzi hərbi qulluqçuların leytenantlıq müddəti artırılır

23.11.2026 / 14:12
Prezident ətraf mühitin mühafizəsi ilə bağlı qanunlara edilən dəyişiklikləri təsdiqlədi

23.11.2026 / 14:10
TRIPP layihəsinin icrasına start verildi – Naxçıvanla quru bağlantısı reallaşır...

23.11.2026 / 13:53
Ukrayna-Rusiya savaşı Aralıq dənizinə də sıçradı – iki rus gəmisi və helikopteri dənizdə batırıldı...

23.11.2026 / 13:35
Ukraynadan Rusiyanın neft sənayesinə ağır zərbə – Vahid Ələkbərovun şirkətində yanğınlar başladı...

23.11.2026 / 13:18
Ermənistanın yeni Konstitusiya layihəsində kilsəsi ilə bağlı dəyişiklik edildi...

23.11.2026 / 13:03
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Antonio Tayanini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

23.11.2026 / 12:48
Rusiya ilə Hollandiya arasında gərginlik pik həddə – Moskva Haaqaya müharibə mesajı verdi...

23.11.2026 / 12:39
Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində bir sıra sənədlər imzalandı

23.11.2026 / 12:24
Türkiyədən Paşinyana çağırış – sülh istəyirsinizsə, Metsamor AES-i bağlayın...

23.11.2026 / 12:10
Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi FOTO

23.11.2026 / 12:09
Paşinyan “topu” erməni xalqına atdı...

23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI

23.11.2026 / 11:43
Ukraynanın gələcəyi ilə bağlı sensasiyalı iddia – Putin NATO modelinə razılaşdı, Donbası tələb edir...

23.11.2026 / 11:27
Çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edildi

23.11.2026 / 11:12
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan etdi

23.11.2026 / 11:07
Astarada saxlanan şəxslərdən 10 kq-dan artıq narkotik aşkarlandı

23.11.2026 / 10:43
Ukrayna Tatarıstandakı neft anbarlarını yenidən vurdu...

23.11.2026 / 10:34
Azərbaycanda ən yüksəkgərginlikli yeni enerji dəhlizi yaradılır

23.11.2026 / 10:29
Ermənistanın yeni Konstitusiya layihəsi açıqlandı – Azərbaycanla sülhə mane olan müddəa çıxarıldı...

23.11.2026 / 10:21
Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçirilir

23.11.2026 / 10:10
Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edildi

23.11.2026 / 09:52
Hörmüz boğazında təhlükəli eskalasiya – İranın gəmilərə hücumları rekord həddə çatdı...

23.11.2026 / 09:39
Trampdan demokratlara sərt ittiham – onların qələbəsi İran daha da aqressivləşdirdi...

23.11.2026 / 09:24
Şəhərdə təmizliyi pozanları bu qədər cərimə gözləyir...

23.11.2026 / 09:02
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

23.11.2026 / 08:46
Lavrov Almaniya müdafiə naziri və britaniyalı siyasətçini “qeyri-adekvat” adlandırdı

23.11.2026 / 08:40
COP31 danışıqları iflasa uğradı - qalıq yanacaqlarla bağlı mübahisə səbəbindən…

22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi - hücumları bərpa edəcəyik...

22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil... İranda qışda elektrik böhranı yaşana bilər...

22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu – hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...

22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi - Yekun sənəd imzalanmadı...

22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb

22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - FOTO

22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb

22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək

22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi

22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”

22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”

22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"

22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi

22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ