Rusiya prezidenti Vladimir Putin ordu rəhbərliyinə İŞİD lideri Əbubəkr Bağdâdî ilə bağlı xüsusi göstəriş verib.
Belə ki, Suriyada hava hücumlarına başlayan Rusiyanın prezidenti Vladimir Putinin ordu rəhbərliyinə Əbubəkr Bağdâdînin və təşkilatın digər liderlərinin canlı istədiyini bildirdiyi iddia edilir. Putin, bu mümkün olmasa onların cəsədlərinin Moskvaya gətirilməsi təlimatını verib.
Baki-xeber.com xəbər verir ki, məlumatı "Afitab-i Yezd” qəzeti Rusiyadakı mənbələrə istinadən yayıb.
"Putin, ordudan İŞİD yaraqlıları ilə döyüşdə Bağdadi və təşkilatın digər liderlərini sağ ələ keçirmələrini, əgər bu mümkün olmasa cəsədlərini Moskvaya gətirmələrini tələb edib” – deyə bildirilir. Mənbəyə görə, Putinin məqsədinin bununla ABŞ-ın İŞİD-i yox etməkdə göstərdiyi zəifliyi və müvəffəqiyyətsizliyini sübut etməkdir.