Rusiya Suriyada İŞİD hədəflərini Xəzər dənizindəki hərbi gəmilərdən də vurmağa başlayıb. Baki-xeber.com xəbər verir ki, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu məlumat verib. Onun sözlərinə görə, Xəzər dənizində olan 4 döyüş gəmisindən atılan raketlərlə Suriyada İŞİD hədəfləri vurulub.
Rusiya prezidenti Vladimir Putinə, Suriyadakı əməliyyatlarla bağlı məlumat verən Şoyqu daha sonra bildirib: "Səhər saatlarında Xəzər dənizində olan 4 döyüş gəmisindən İŞİD hədəflərinə 26 raket atıldı. 11 ayrı hədəf məhv edildi. Hökumət binaları zərər görmədi".
Rusiyalı nazir Xəzər dənizindən atılan raketlərin 1500 kilometr uzaqdakı hədəflərin hamısını məhv etdiyini bildirib.
Soyqu, Suriyada İŞİD terror təşkilatına qarşı sentyabrın 30-da başlayan əməliyyatlarda indiyə kimi 19 əsas mərkəzi və təlim düşərgəsi, 12 silah anbarı və 71 zirehli texnikasının məhv edildiyini qeyd edib.