Rusiyanın Suriyada reallaşdırdığı hava hücumlarından qorxuya düşən terror təşkilatı İŞİD silah və hərbi sursatını qorumaq üçün məscid ətrafı və mülki əhalinin yaşadığı bölgələrə daşımağa başlayıb.
Baki-xeber.com xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bununla bağlı görüntülər yayıb.
Nazirliyin açıqlamasında bildirilir: "Meşəlik sahədə kamuflyaj edilən silah və təchizatların rus döyüş təyyarələrinin hədəfi olmamaq üçün məscid ətraflarına daşınır. Terrorçular döyüş təyyarələrinin heç vaxt məscidləri vurmayacağını bilir...".
Nazirlik açıqlamasında terrorçuların, montaj görüntü və fotolarla Rusiya təyyarələrinin məscidləri vurduğunu iddia edən təxribat hazırladığını da bildirib.
Rusiya sentyabrın 30-dan reallaşdırdığı əməliyyatlarla İŞİD-in 80-ə yaxın silah anbarı, sığınacaq və digər mövqelərini məhv edib.