Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə partiya sədrliyindən və üzvlüyündən istefa verib. Bu barədə APA-ya Y. Bağırzadə özü bildirib.
Onun sözlərinə görə, istefaya səbəb səhhətində problemlər yaranmasıdır.
AMİP) baş katibi Arzuxan Əlizadə partiya sədri Yusif Bağırzadənin istefasına münasibət bildirərkən deyib ki, Yusif Bağırzadə dünən axşama qədər partiyada olub və AMİP rəhbərliyinin onun istefasından xəbəri yoxdur. O, Y. Bağırzadə ilə əlaqə yaratmağa çalışdıqlarını qeyd edib: "Yusif Bağırzadənin istefası onun şəxsi qərarıdır. Biz bu barədə məlumatı ilkin mənbə olaraq sizin agentlik vasitəsilə əldə etmişik. Yusif bəyin özü ilə əlaqə yaradandan sonra açıqlama ilə çıxış edə bilərik. Bizim üçün bu istefa gözlənilməz oldu”.