çərşənbə axşamı günü, 24 noyabr 2026
     

Image


Rusiyanın Suriyanın ardınca İraqı da vuracağı xəbərləri artıq reallığa çevrilir. Rusiya rəsmisi Valentina Matviyenko, Bağdad rəhbərliyi tələb edəcəyi halda, İraqda da hava əməliyyatlarının gündəmə gələcəyini deyib.
Ərəb mətbuatı isə Suriyada hava əməliyyatlarını davam etdirən Rusiyanın Bağdadla razılaşaraq İraqdakı İŞİD hədəflərinə hücum qərarı verdiyini yazır. Məlumata görə, baş nazir Heydər Əl İbadi bununla bağlı Moskvaya bir heyət göndərib və müqavilə imzalanıb. Bununla Rusiya, İran, İraq, koalisiyası rəsmən yaradılıb. Məlumata görə, ötən həftələrdə İŞİD-i vurma bəhanəsilə Suriyaya girən və bir çox şəhəri qan gölünə çevirən Rusiya Ənbər və Mosuldakı İŞİD hədəflərini vuracaq.
Ancaq ABŞ İraq - Rusiya - İran - Suriya koalisiyasından narahatdır. Əvvəl müttəfiqi kimi görünən İraqın Rusiya ilə əməkdaşlıq etməsi Vaşinqtonu məyus edib. Bəzi Ərəb qəzetlərinə görə, ABŞ İraqın koalisiya qərarından sonra bu bölgəyə kəşfiyyat dəstəyini geri çəkməklə bağlı qərar verib.
Sözügedən yeni dördlü koalisiyaya Çinin də qoşulacağı bildirilir. Belə ki, Əsədə dəstək üçün Suriyada Çin də səhnəyə çıxmağa hazırlaşır. Məlumatlara görə, Çin hava qüvvələri J-15 təyyarələrilə Rusiyaya dəstək vermək üçün Suriyada əməliyyat hazırlıqlarına başlayıb.
Çin döyüş təyyarələri İraq Takaddum hərbi bazası və Tartus sahilindəki Liaoning təyyarə gəmisindəm qalxaraq Rusiya hücumlarına dəstək verəcək. Yaxın günlərdə Çinin ilk mərhələdə elektron xəbərləşmə və havadan müdafiə sistemlərini Suriyanın bombalanmasına dəstək vermək üçün bölgəyə göndərəcəyi bildirilir.
Rusiya ilə Suriyanın qonşuluğundakı Türkiyə arasında da gərginlik davam edir. Son 2 gün ərzində rus döyüş təyyarələri iki dəfə Türkiyə hava məkanına daxil olub. Bununla bağlı Türkiyənin üzvü olduğu NATO da Rusiyaya xəbərdarlıq edib. Rusiya qırıcıların Türkiyə hava sərhədini pozmasını pis hava şəraiti ilə əlaqələndirir, ancaq qarşı tərəfdə buna şübhə edənlər də az deyil. Bildirilir ki, Rusiya qırıcıları Türkiyə hava məkanını məqsədli şəkildə pozub.
Digər tərəfdən, bombardmana qatılan rus təyyarələrinin üzərində hansı ölkəyə aid olduqlarını göstərən bayraq və işarələrin olmaması da diqqət çəkir. Ekspertlərin fikrincə, bu baş verəcək qarşıdurma ya da qəza vəziyyətində təyyarənin Moskvaya aid olmadığını iddia etmək məqsədi daşıyır.
Bu arada Ukraynada döyüşən könüllü və muzdlu rus əsgərləri Bəşər Əsədə dəstək vermək üçün Suriyaya göndərilə bilər. Bu barədə Rusiya parlamentinin Müdafiə komissiyasının rəhbəri Vladimir Komoyedov açıqlama verib. Komissiya rəhbəri Ukraynada döyüşən muzdlu rus əsgərlərinin Suriyaya gedə biləcəyini deyib.
"Rus könüllü əsgərlərinin Suriya ordusuna dəstək vermək üçün bu ölkəyə getmələri ehtimalı böyükdür. Könüllülər üçün cazibədar nə ola bilər? Əlbəttə ki, pul..." - deyə Komoyedov bildirib.
Rusiya Federasiyasına bağlı Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırovun çeçenlərin Suriyada döyüşməyə hazır olduğunu açıqlamasının ardından Komoyedovun da bənzər bəyanat verməsi diqqət çəkir.
Müxalif Kommunist Partiyasından millət vəkili olan Komoyedov Suriya sahillərinin mühasirə altına alınması və silah-sursat daşınması üçün Qara dəniz donanmasından da istifadə edilə biləcəyini deyib. Terrorçu qrupların sahildən çox aralıda olduğuna da diqqət çəkən Rusiya rəsmilərinə görə, gəmilərdən atılan raketlərlə terror təşkilatının hədəflərini məhv etmək olar.
Kreml Rusiyanın Suriyada yerüstü əməliyyat düşünmədiyini, Suriya ordusuna yalnız havadan dəstək verəcəyini açıqlamışdı. Ancaq rəsmilərin açıqlamalarından görünür ki, Moskva bu mərhələdə müzdlu döyüşçülərə yer verəcək.
"Interfax" günü 50 dollardan könüllü döyüşçü tapmağın çətin olmadığını yazır.
Bütün bunlar Yaxın Şərqdə vəziyyətin daha da gərginləşəcəyindən xəbər verir. Hətta hər iki koalisiyanın üz-üzə gəlmək ehtimalı da gedərək daha da yüksəlir. ABŞ-ın keçmiş prezidenti Cimmi Karter dövründə Milli Təhlükəsizlik məsləhətçisi vəzifəsində işləmiş Zbiqniev Bjezinski ABŞ-ın Yaxın Şərqdəki maraqlarını qorumaq üçün tək şansı qaldığını deyir. Onun fikrincə, Rusiya Suriya əməliyyatları ilə ABŞ-ın Yaxın Şərqdəki nüfuzunu təhdid edir.
Amerikalı mütəxəssisə görə, Vashington Rusiyanı Suriyadakı əməliyyatları dayandırmağa razı salmalıdır.
Bölgənin gələcəyi qədər ABŞ-ın Yaxın Şərqdəki nüfuzunun da əhəmiyyətli olduğunu deyən ABŞ-lı mütəxəssis bunun üçün Vaşinqtonun Moskvanı əməliyyatları dayandırmağa razı salmasının vacib olduğunu bildirib.
Bjezinski Rusiyanın Suriya prezidenti Bəşər Əsədi dəstəkləmək haqqının olduğunu da deyir: "Lakin Suriyada son günlərdə yaşananlar təkrarlansa, ABŞ buna qarşı tədbirlər görməlidir. Bu tədbirlərdən biri Suriyadakı Rusiya hava və dəniz birliklərini tərksilah ola bilər". Mütəxəssis ən yaxşı çıxış yolunun isə Rusiyanı ABŞ-la birlikdə hərəkət etməyə razı salmaq olduğunu deyir.
TAHİR
 






VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

24.11.2026 / 08:40
İran Ali rəhbərinin müşaviri TRİPP-i “saxta dəhliz” adlandırdı - “Hörmüzdən dərs çıxarın” nə deməkdir?

24.11.2026 / 08:05
Rusiya Kosmosa nüvə peyki buraxır? Alman kəşfiyyatından şok xəbər

23.11.2026 / 22:41
Moskvanın Avropada gizli casus əməliyyatı – 20 milyondan çox elanın arxasındakı gizli plan ortaya çıxdı

23.11.2026 / 22:16
Türkiyə NATO-dan çıxa bilər - Fidanın ikibaşlı anonsu...

23.11.2026 / 21:59
İllər əvvəl qırılmış Moskva-Tbilisi dialoqu müəmmalı şəkildə bərpa olundu...

23.11.2026 / 21:56
Hədəf mərkəzdə, ruh yüksəkdə!” – Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbələri üçün oxatma təlimi keçirilib

23.11.2026 / 21:44
Netanyahu Fələstinlə bağlı Teampın planına tam əks şərt irəli sürdü...

23.11.2026 / 21:29
Fürsətçi… YUNUS OĞUZ yazır

23.11.2026 / 21:27
“Azərbaycan Ermənistana öz qubernatorunu göndərəcək, ölkə Bakıdan idarə olunacaq...”

23.11.2026 / 21:10
Trampla Si "üçlü görüş" barədə mətbuat konfransı keçirmədi - səbəb...

23.11.2026 / 21:06
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib - FOTO

23.11.2026 / 21:01
Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət attaşesi “Sərdar Sandıq-Mücrü Ocağı”nda

23.11.2026 / 20:50
Moskva Azərbaycana və Ermənistana yenidən vasitəçilik təklif etdi...

23.11.2026 / 20:37
Ermənistanla müharibədə Azərbaycana dəstək vermiş daha bir dövlətin adı açıqlandı...

23.11.2026 / 20:23
Azərbaycan xarici siyasətdə yeni vektoru fəallaşdırır...

23.11.2026 / 20:08
ABŞ-da Çin şirkətlərinə qarşı təqiblər gücləndi... Tramp-Si görüşü boşa çıxdı...

23.11.2026 / 19:55
Hüquq-mühafizə orqanları Türkmənistanda ucuz ərzaq növbəsinə duranları qorxudur

23.11.2026 / 19:36
Aralıq dənizində Rusiya gəmisini batıran dronlarla bağlı yeni iddia - Albaniya ittihamları rədd etdi...

23.11.2026 / 19:23
Türkiyə müharibəyə (?) hazırlaşır - 81 şəhərdə sığınacaqlar tikilir...

23.11.2026 / 19:07
Səddam Hüseynin təyyarəsi satışa çıxarıldı – qiyməti 900 min dollardır...

23.11.2026 / 18:44
70-ci illərdə ermənilərin Türk dünyasına düşmənçiliyi bu hadisdən başlayıb...

23.11.2026 / 18:21
Azərbaycan ticarət müstəvisində Ermənistanı özündən asılı vəziyyətə salır

23.11.2026 / 17:51
Moskva-İrəvan dəmiryolu toqquşması şiddətlənir - Ermənistanda ruslar sıxışdırılır...

23.11.2026 / 17:47
Ərəb ölkələri İrana qarşı birləşir...

23.11.2026 / 17:39
Avropa liderləri Kremldə Putinin qəbulunda - ABŞ Avropanı nəyə sövq edir...

23.11.2026 / 17:21
AQTA Bakıda məşhur restoranın fəaliyyətini dayandırdı

23.11.2026 / 16:58
Ceyhun Bayramov italiyalı nazirlə görüşdü...

23.11.2026 / 16:40
Prezident İlham Əliyev Trampa təşəkkür etdi

23.11.2026 / 15:40
Pekindəki "üçlü görüş formatı" heç vaxt təkrar olunmayacaq - Putin eyham vurdu

23.11.2026 / 15:38
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzaladı

23.11.2026 / 14:57
Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident Əliyevə təşəkkür etdi

23.11.2026 / 14:52
Ukrayna ilə saziş naminə Putin yeni şərt irəli sürdü - Avropa liderləri getsin...

23.11.2026 / 14:17
Bəzi hərbi qulluqçuların leytenantlıq müddəti artırılır

23.11.2026 / 14:12
Prezident ətraf mühitin mühafizəsi ilə bağlı qanunlara edilən dəyişiklikləri təsdiqlədi

23.11.2026 / 14:10
TRIPP layihəsinin icrasına start verildi – Naxçıvanla quru bağlantısı reallaşır...

23.11.2026 / 13:53
Ukrayna-Rusiya savaşı Aralıq dənizinə də sıçradı – iki rus gəmisi və helikopteri dənizdə batırıldı...

23.11.2026 / 13:35
Ukraynadan Rusiyanın neft sənayesinə ağır zərbə – Vahid Ələkbərovun şirkətində yanğınlar başladı...

23.11.2026 / 13:18
Ermənistanın yeni Konstitusiya layihəsində kilsəsi ilə bağlı dəyişiklik edildi...

23.11.2026 / 13:03
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Antonio Tayanini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

23.11.2026 / 12:48
Rusiya ilə Hollandiya arasında gərginlik pik həddə – Moskva Haaqaya müharibə mesajı verdi...

23.11.2026 / 12:39
Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində bir sıra sənədlər imzalandı

23.11.2026 / 12:24
Türkiyədən Paşinyana çağırış – sülh istəyirsinizsə, Metsamor AES-i bağlayın...

23.11.2026 / 12:10
Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi FOTO

23.11.2026 / 12:09
Paşinyan “topu” erməni xalqına atdı...

23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI

23.11.2026 / 11:43
Ukraynanın gələcəyi ilə bağlı sensasiyalı iddia – Putin NATO modelinə razılaşdı, Donbası tələb edir...

23.11.2026 / 11:27
Çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edildi

23.11.2026 / 11:12
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan etdi

23.11.2026 / 11:07
Astarada saxlanan şəxslərdən 10 kq-dan artıq narkotik aşkarlandı

23.11.2026 / 10:43
Ukrayna Tatarıstandakı neft anbarlarını yenidən vurdu...

23.11.2026 / 10:34
Azərbaycanda ən yüksəkgərginlikli yeni enerji dəhlizi yaradılır

23.11.2026 / 10:29
Ermənistanın yeni Konstitusiya layihəsi açıqlandı – Azərbaycanla sülhə mane olan müddəa çıxarıldı...

23.11.2026 / 10:21
Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçirilir

23.11.2026 / 10:10
Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edildi

23.11.2026 / 09:52
Hörmüz boğazında təhlükəli eskalasiya – İranın gəmilərə hücumları rekord həddə çatdı...

23.11.2026 / 09:39
Trampdan demokratlara sərt ittiham – onların qələbəsi İran daha da aqressivləşdirdi...

23.11.2026 / 09:24
Şəhərdə təmizliyi pozanları bu qədər cərimə gözləyir...

23.11.2026 / 09:02
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

23.11.2026 / 08:46
Lavrov Almaniya müdafiə naziri və britaniyalı siyasətçini “qeyri-adekvat” adlandırdı

23.11.2026 / 08:40
COP31 danışıqları iflasa uğradı - qalıq yanacaqlarla bağlı mübahisə səbəbindən…

22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi - hücumları bərpa edəcəyik...

22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil... İranda qışda elektrik böhranı yaşana bilər...

22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu – hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...

22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi - Yekun sənəd imzalanmadı...

22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb

22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - FOTO

22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb

22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək

22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi

22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”

22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”

22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"

22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi

22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ