çərşənbə axşamı günü, 24 noyabr 2026
     

Müsəlman dünyası sünni-şiə savaşına sürüklənir

Image


Bu gün dünyanın xüsusi diqqət mərkəzində yer alan hadisə Yaxın Şərqdə baş verən olaylar, böyük dövlətlərin burada açıq güc nümayişinə başlamasıdır. Problemin digər təhlükəli yanı isə baş verənlərin müsəlman aləminə böyük zərbə ola biləcək sünni-şiə savaşının başlanmasına zəmin yaratmasıdır. Hazırda müəyyən qüvvələr proseslərin məhz bu ssenari üzrə inkişaf etməsində xüsusi maraqlı tərəf kimi çıxış etməkdədir.
Fransanın xarici işlər naziri Loran Fabius da iddia edir ki, Suriyadakı böhran dini savaşa çevrilə bilər. Onun sözlərinə görə, Suriyadakı dini savaşda əsas iştirakçılar sünnilərlə şiələr olacaq. Bu günlərdə analoji açıqlama ilə ABŞ prezidenti Barak Obama da çıxış edib. Obama bildirib ki, İran və prezident Əsəd bütöv Rusiya koalisiyasını təşkil etdikləri halda, dünyanın yerdə qalan hissəsi ABŞ-ın tərəfindədir. O həmçinin qeyd edib ki, Rusiyanın hava zərbələri Suriya xalqını və ümumilikdə Yaxın Şərqin sünni icmasını qəzəbləndirəcək":Putinin bu addımları ölkə daxilində onun reytinqini artırıb, amma bu, Rusiya üçün ağıllı strateji addım deyil". Artıq Suriyadakı "Müsəlman Qardaşları"nın sözçüsü Ömər Məşuh deyib ki, Bəşər Əsədə hərbi dəstək verən Rusiyaya qarşı cihad vacibdir. O, Rusiyaya qarşı bütün imkanları ilə müqavimət göstərəcəklərini bildirib":Rusiya Suriyada mülki vətəndaşları bombalayır. Rus işğalı ilə üz-üzəyik. Onlara hər hansı yolla müqavimət göstərmək Suriya xalqının haqqıdır. Moskva Əsəd rejiminə yardım etməklə maraqlarını qorumağa çalışır. Rusiya Əfqanıstan və Çeçenistan təcrübəsini təkrarlayır. 5 ildir rejimə, İrana və "Hizbullah"a necə müqavimət göstərirdiksə, Rusiyaya da elə müqavimət göstərəcəyik". Digər tərəfdən Suriya "Müsəlman Qardaşları"nın internet saytında yayımlanan məlumatda Rusiyaya qarşı cihadın silah daşıya bilən hər kəsə vacib olduğu deyilir və təşkilatın bu yolda bütün imkanlarından istifadə edəcəyi bildirilir.
Prosesə İranın müdaxiləsi də dini fonda xüsusilə qabardılır. Hesab edilir ki, İranın da bölgəyə ordu yeritməsi onun sünnilərlə regionda yaranmış konfliktə cəlb olunması ilə nəticələnəcək. Tehranın bir tərəfdən Əsəd rejimini dəstəkləməsi, Yəməndə şiələrə kömək göstərməsi, İraqda şiə rejiminin hakimiyyətdə qalmasına çalışması onun Səudiyyə Ərəbistanı ilə münasibətlərini daha da pisləşdirib. "Reuters"ə danışan məlumatlı mənbələrin bildirdiyinə görə, yüzlərlə iranlı əsgər quru əməliyyatlarına qatılmaq üçün Suriyaya girib. Əməliyyatların məqsədi Suriyanın şimalında müxalif güclərin əlində olan torpaqların Əsədə qaytarılmasıdır. Quru əməliyyatına Suriya ordusu və müttəfiqlərin quru hərbi birləşmələri, həmçinin Rusiya aviasiyası dəstək verir. Belə vəziyyət isə Türkiyənin "etibarlı bölgə layihəsi" və Suriyanın şimalında müəyyənləşdirdiyi "qırmızı xətt"in hədəfə alınması deməkdir. Britaniyanın "The Financial Times" nəşri də yazır ki, Rusiya Suriyada hava əməliyyatlarına başlamaqla ölkənin hava məkanında uçuşa qadağan bölgəsi yaratmaq istəyən Türkiyə, ABŞ və onun müttəfiqlərinin planlarını pozub. Nəşrin məlumatına görə, uzunmüddətli danışıqlardan sonra koalisiyanın nümayəndələri Suriyanın hava məkanında təhlükəsiz zonaların yaradılması haqqında razılaşma əldə edib. Bu cür zonaların yaradılması isə ilk dəfə Türkiyə və İordaniya tərəfindən təklif edilib. Planın mahiyyəti ölkənin şimalı və cənubunda dinc sakinləri Bəşər Əsədin hava zərbələrindən xilas etmək idi.
"The Financial Times" mənbələri hesab edir ki, Rusiyanın Suriya münaqişəsinə qəflətən cəlb olunması məhz koalisiyanın sözügedən planları ilə bağlıdır. Xatırladaq ki, sentyabrın 30-da Rusiya Federasiya Şurası ölkə Silahlı Qüvvələrinin xaricdə istifadəsinə icazə verilməsi ilə bağlı prezident Vladimir Putinin müraciətini yekdilliklə dəstəkləyib. Parlamentin yuxarı palatasının qərarından bir neçə saat sonra Rusiya aviasiyası Suriyada İŞİD-ə qarşı əməliyyatlara başlayıb. Burada, geosiyasətlə yanaşı, iqtisadi məqamlar da ön planda yer alır.
Türkiyə mediası yazır ki, Putinin Suriyada hərbi əməliyyatlar aparmaqda məqsədi Rusiya iqtisadiyyatını yaranmış çətin vəziyyətdən çıxarmaqdır ki, bunun üçün Suriyada neft, qaz çıxarılmasına böyük önəm verilir. Rusiyanın nəhəng enerji şirkətləri Suriyada neft-qaz sahəsində bir çox layihələrdə iştirak edir. Belə ki, Rusiya şirkətlərindən "Soyuzneftqaz" Suriyada 26 layihədə iştirak edir və burada onun 17 neft quyusu, bir milyon ton "qara qızıl" payı var. "Soyuzneftqaz" şirkəti 25 dekabr 2013-cü ildən Suriyada neft-qaz sektoruna daxil olub. Həmin ildən şirkət regionda qaz emalı kompleksi və qaz boru kəməri də inşa edib. Hazırda isə 1,3 milyard kubmetrlik ikinci bir qaz emalı kompleksini inşa edir. Göründüyü kimi, Rusiya Suriyada yeni oyunçu deyil, Suriya hökumətinin idarəetmə və iqtisadiyyatında, xüsusilə də enerji sahəsində uzun zamandır fəal rol oynayır. Bütün bunlar isə Suriya savaşının hələ uzun müddət davam edəcəyini göstərir.
Nahid SALAYEV

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

24.11.2026 / 08:40
İran Ali rəhbərinin müşaviri TRİPP-i “saxta dəhliz” adlandırdı - “Hörmüzdən dərs çıxarın” nə deməkdir?

24.11.2026 / 08:05
Rusiya Kosmosa nüvə peyki buraxır? Alman kəşfiyyatından şok xəbər

23.11.2026 / 22:41
Moskvanın Avropada gizli casus əməliyyatı – 20 milyondan çox elanın arxasındakı gizli plan ortaya çıxdı

23.11.2026 / 22:16
Türkiyə NATO-dan çıxa bilər - Fidanın ikibaşlı anonsu...

23.11.2026 / 21:59
İllər əvvəl qırılmış Moskva-Tbilisi dialoqu müəmmalı şəkildə bərpa olundu...

23.11.2026 / 21:56
Hədəf mərkəzdə, ruh yüksəkdə!” – Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbələri üçün oxatma təlimi keçirilib

23.11.2026 / 21:44
Netanyahu Fələstinlə bağlı Teampın planına tam əks şərt irəli sürdü...

23.11.2026 / 21:29
Fürsətçi… YUNUS OĞUZ yazır

23.11.2026 / 21:27
“Azərbaycan Ermənistana öz qubernatorunu göndərəcək, ölkə Bakıdan idarə olunacaq...”

23.11.2026 / 21:10
Trampla Si "üçlü görüş" barədə mətbuat konfransı keçirmədi - səbəb...

23.11.2026 / 21:06
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib - FOTO

23.11.2026 / 21:01
Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət attaşesi “Sərdar Sandıq-Mücrü Ocağı”nda

23.11.2026 / 20:50
Moskva Azərbaycana və Ermənistana yenidən vasitəçilik təklif etdi...

23.11.2026 / 20:37
Ermənistanla müharibədə Azərbaycana dəstək vermiş daha bir dövlətin adı açıqlandı...

23.11.2026 / 20:23
Azərbaycan xarici siyasətdə yeni vektoru fəallaşdırır...

23.11.2026 / 20:08
ABŞ-da Çin şirkətlərinə qarşı təqiblər gücləndi... Tramp-Si görüşü boşa çıxdı...

23.11.2026 / 19:55
Hüquq-mühafizə orqanları Türkmənistanda ucuz ərzaq növbəsinə duranları qorxudur

23.11.2026 / 19:36
Aralıq dənizində Rusiya gəmisini batıran dronlarla bağlı yeni iddia - Albaniya ittihamları rədd etdi...

23.11.2026 / 19:23
Türkiyə müharibəyə (?) hazırlaşır - 81 şəhərdə sığınacaqlar tikilir...

23.11.2026 / 19:07
Səddam Hüseynin təyyarəsi satışa çıxarıldı – qiyməti 900 min dollardır...

23.11.2026 / 18:44
70-ci illərdə ermənilərin Türk dünyasına düşmənçiliyi bu hadisdən başlayıb...

23.11.2026 / 18:21
Azərbaycan ticarət müstəvisində Ermənistanı özündən asılı vəziyyətə salır

23.11.2026 / 17:51
Moskva-İrəvan dəmiryolu toqquşması şiddətlənir - Ermənistanda ruslar sıxışdırılır...

23.11.2026 / 17:47
Ərəb ölkələri İrana qarşı birləşir...

23.11.2026 / 17:39
Avropa liderləri Kremldə Putinin qəbulunda - ABŞ Avropanı nəyə sövq edir...

23.11.2026 / 17:21
AQTA Bakıda məşhur restoranın fəaliyyətini dayandırdı

23.11.2026 / 16:58
Ceyhun Bayramov italiyalı nazirlə görüşdü...

23.11.2026 / 16:40
Prezident İlham Əliyev Trampa təşəkkür etdi

23.11.2026 / 15:40
Pekindəki "üçlü görüş formatı" heç vaxt təkrar olunmayacaq - Putin eyham vurdu

23.11.2026 / 15:38
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzaladı

23.11.2026 / 14:57
Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident Əliyevə təşəkkür etdi

23.11.2026 / 14:52
Ukrayna ilə saziş naminə Putin yeni şərt irəli sürdü - Avropa liderləri getsin...

23.11.2026 / 14:17
Bəzi hərbi qulluqçuların leytenantlıq müddəti artırılır

23.11.2026 / 14:12
Prezident ətraf mühitin mühafizəsi ilə bağlı qanunlara edilən dəyişiklikləri təsdiqlədi

23.11.2026 / 14:10
TRIPP layihəsinin icrasına start verildi – Naxçıvanla quru bağlantısı reallaşır...

23.11.2026 / 13:53
Ukrayna-Rusiya savaşı Aralıq dənizinə də sıçradı – iki rus gəmisi və helikopteri dənizdə batırıldı...

23.11.2026 / 13:35
Ukraynadan Rusiyanın neft sənayesinə ağır zərbə – Vahid Ələkbərovun şirkətində yanğınlar başladı...

23.11.2026 / 13:18
Ermənistanın yeni Konstitusiya layihəsində kilsəsi ilə bağlı dəyişiklik edildi...

23.11.2026 / 13:03
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Antonio Tayanini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

23.11.2026 / 12:48
Rusiya ilə Hollandiya arasında gərginlik pik həddə – Moskva Haaqaya müharibə mesajı verdi...

23.11.2026 / 12:39
Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində bir sıra sənədlər imzalandı

23.11.2026 / 12:24
Türkiyədən Paşinyana çağırış – sülh istəyirsinizsə, Metsamor AES-i bağlayın...

23.11.2026 / 12:10
Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi FOTO

23.11.2026 / 12:09
Paşinyan “topu” erməni xalqına atdı...

23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI

23.11.2026 / 11:43
Ukraynanın gələcəyi ilə bağlı sensasiyalı iddia – Putin NATO modelinə razılaşdı, Donbası tələb edir...

23.11.2026 / 11:27
Çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edildi

23.11.2026 / 11:12
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan etdi

23.11.2026 / 11:07
Astarada saxlanan şəxslərdən 10 kq-dan artıq narkotik aşkarlandı

23.11.2026 / 10:43
Ukrayna Tatarıstandakı neft anbarlarını yenidən vurdu...

23.11.2026 / 10:34
Azərbaycanda ən yüksəkgərginlikli yeni enerji dəhlizi yaradılır

23.11.2026 / 10:29
Ermənistanın yeni Konstitusiya layihəsi açıqlandı – Azərbaycanla sülhə mane olan müddəa çıxarıldı...

23.11.2026 / 10:21
Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçirilir

23.11.2026 / 10:10
Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edildi

23.11.2026 / 09:52
Hörmüz boğazında təhlükəli eskalasiya – İranın gəmilərə hücumları rekord həddə çatdı...

23.11.2026 / 09:39
Trampdan demokratlara sərt ittiham – onların qələbəsi İran daha da aqressivləşdirdi...

23.11.2026 / 09:24
Şəhərdə təmizliyi pozanları bu qədər cərimə gözləyir...

23.11.2026 / 09:02
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

23.11.2026 / 08:46
Lavrov Almaniya müdafiə naziri və britaniyalı siyasətçini “qeyri-adekvat” adlandırdı

23.11.2026 / 08:40
COP31 danışıqları iflasa uğradı - qalıq yanacaqlarla bağlı mübahisə səbəbindən…

22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi - hücumları bərpa edəcəyik...

22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil... İranda qışda elektrik böhranı yaşana bilər...

22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu – hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...

22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi - Yekun sənəd imzalanmadı...

22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb

22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - FOTO

22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb

22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək

22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi

22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”

22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”

22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"

22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi

22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ