ABŞ-da müsəlman əleyhdarı qruplar oktyabrın 10-da ölkə daxilində məscidlərin qarşısında nümayiş keçirməyi planlaşdırır. Bəzi təşkilatçılar nümayişdə iştirak edənləri özləri ilə silah gətirməyə çağırıb.
Baki-xeber.com xəbər verir ki, "İnsanlıq üçün Qlobal Gediş" adı verilən İslam əleyhdarı aksiyalar Oklahoma Siti, Feniks, Atlanta, Çinçinnati, Luisvill, Dallas və Çarlston daxil 21 şəhərdə reallaşdırılacaq. İslam əleyhdarı qruplar etiraz aksiyası üçün zənci amerikalı müsəlmanların təşkilatı "İslam Milləti”nin lideri Louis Farrakhanın 1995-ci ildə Vaşinqtonda təşkil etdiyi Milyon Adam Yürüşünün 20-ci ildönümündə keçiriləcək aksiya ilə eyni günü seçiblər. İslam əleyhdarı nümayişin təşkilatçıları arasında həddindən artıq sağ qruplarla əlaqəli şəxslər də var. Sosial mediada hərəkata qoşulacaqlarını açıqlayanların böyük əksəriyyətinin vəzifəli və keçmiş əsgərlər və polislər olması da diqqət çəkir.