Rusiyanın Suriyada dünyaya səs salan hava əməliyyatları davam edir. Baki-xeber.com xəbər verir ki, Qərb və bəzi bölgə ölkələrinin narazılığına baxmayaraq, Moskvanın Suriya ilə yanaşı İraqda da əməliyyatlara başlayacağı ehtimal edilir.
Hadisələrin gedişi göstərir ki, Rusiya Suriya və İraqda ABŞ-ın liderlik etdiyi anti-İŞİD koalisiyası qarşısına yeni koalisiya ilə çıxmağa hazırlaşır. Artıq bunun işartıları da görünməyə başlayıb. Belə ki, Rusiya Suriyada İranın, İraq şiələrinin və Livan Hizbullahının da qatıldığı yerüstü əməliyyatlara hazırlaşması barədə xəbərlər yayılıb. Yerüstü əməliyyatlarda İran əsgərləri, İraq şiələri və Hizbullah döyüçşçüləri yer alacaq, Rusiya isə döyüş təyyarələri ilə əməliyyatlara dəstək verəcək. Artıq yüzlərlə ağır silahlarla silahlanmış İran əsgərinin Suriyaya göndərildiyi bildirilir.
İran rəsmilərindən Muhsin Rizai isə Çinin də İŞİD-ə qarşı mübarizəyə qoşula biləcəyini bildirib. Onun sözlərinə görə, İŞİD-in şimalı Əfqanıstanla bağlı da planları var. İŞİD-in Tacikistan və Orta Asiya üçün təhdidlər yaratdığını deyən Rizai, terrorçuların qərbi Çin üçün də ciddi təhlükəyə çevrildiyini bildirib. Onun sözlərinə görə, Çinin də öz maraqlarını qorumaq üçün terrorla mübarizəyə qoşulacaq.
İran rəsmisi də Suriyada hava hücumlarını davam etdirən Rusiyanın İraqa da müdaxilə edə biləcəyini bildirib. Rizai Rusiyanın bölgədəki terroru öz maqraqları üçün təhdid olaraq gördüyünü deyib.
Bu arada, Rusiyanın Suriyada hava əməliyyatlarına başlama qərarının pərdəarxası açılmağa başlayıb. "Bloomberg” agentliyi, Putini bu qərara razı saldığı iddia edilən dövlət rəsmilərinin adlarını açıqlayıb.
Şirkətin adını açıqlamadığı bir mənbəyə istinadın xəbərində Putini Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey İvanov, müdafiə naziri Sergey Şoyqu və Dövlət Təhlükəsizlik Şurasının sədri (FSB-nin keçmiş başçısı) Nikolay Patruşevin Suriyada əməliyyat qərarına razı saldığı iddia edib.
Məlumata görə, Rusiyanın Suriyada hava əməliyyatına başlaması fikri bir neçə ay əvvəl ortaya atılıb. Suriya ordusunun yayda uğrağı məğlubiyyətin və Rusiya ilə Qərb arasında Ukrayna böhranına görə gərginliyin artmasının, Moskvanın bu qərarının əsas ana səbəbləri arasında yer aldığı bildirilir.
Rusiya bununla, Qərbin təcrid siyasətindən xilas olmaq və ölkənin "super güc" rolunu yenidən canlandırmaq niyyətindədir.
"Wall Street Journal” isə Rusiyanın Suriyada hava əməliyyatları ilə əslində nəyə nail olmaq istədiyini təhlil edib. Yazıda bildirilir ki, Rusiya prezidenti Vladimir Putin BMT iclasında kürsüdə yeri aldığında, Vaşinqtonun səsini çox əvvəldən bastırmıştı. Suriyaya silah göndərərək dünyanın diqqətini çəkmiş, həmçinin Rusiya-Suriya-İraq-İran ittifaqının bazasını da yaratmışdı. Rusiya lideri Suriya kartını oynayarkən qərarlı bir ölkə olduqlarını, həmçinin İŞİD-ə qarşı təsirli bir mübarizə aparacaq yeganə güc olduqlarını göstərdi. Putin həmçinin ABŞ-ın Suriyadakı müvəffəqiyyətsizliklərini da ortaya vurdu.
"Wall Street Journal” Rusiyanın Suriya siyasətinin kökündə 5 hədəfinin olduğunu iddia edir:
1. Rusiyanın bölgədəki rolunu yenidən qurmaq
Rusiyanın milli qürurunu yenidən canlandırmaq Putinin prezidentlik dövrünün əsas məsələlərindən biridir. Suriyaya silah göndərmək və bölgədə anti-terror ittifaqı yaratmaq, Rusiyanın gücünü dünyaya göstərməsini təmin etdi.
2. Diqqətləri Ukraynadakı müharibbədən yayındırmaq
Ukrayna keçmiş prezident Viktor Yanukoviçin devrilməsinin ardından Krım və Donbassda yaşananlardan sonra Ukrayna çökmədi, amma Rusiya sanksiya zərbələri altına düşdü. Suriyadakı hadisələr isə Qərbdəki siyasətçilərin diqqətini Ukraynadan kənar bir yerə çəkilməsini təmin etdi.
3. Öz ölkəsində İŞİD-lə mübarizə
Rusiyanın İŞİD problemi onsuz da var idi. Ölkə illər ərzində Şimali Qafqazda islam mənşəli bir terrorçu qrupla mübarizə aparırdı. İndi, məsələn Dağıstan kimi yerlərdə bu yaraqlılar özlərini İŞİD-ə bağlı elan etməyə başlayıblar. Rusiya, minlərlə cihatçının indi İŞİD-dən təlim və təcrübə qazanıb Rusiyaya və digər keçmiş Sovet respublikalarına dönərək təhdidə çevrilə biləcəjklərindən narahatdır.
4. Öz adamının yanında olmaq
Rusiya Bəşər Əsədi daimi dəstəkləyib. Onun ordusunu silahlarla tımin edib. Dəməşqə qarşı BMT-də çıxarılan qərarların qarşısını alıb.
5. "Rejimin dəyişməsi" iddiasını aradan qaldırmaq
Vaşinqtonun ABŞ-a yaxın olmayan hökumətləri devirdiğini düşünən Rusiya, Ukraynadakı və digər keçmiş Sovet respublikalarındakı kütləvi hərəkatlarda həmişə bir ABŞ barmağı olduğunu düşünür. Bu baxımdan da Rusiya ABŞ siyasətinin son hədəfinə çevriliri. Bu baxımdan Putinin siyasi hədəfi çox açıqdır: ABŞ-ın bu siyasətinə, Suriyadan başlayaraq qarşı çıxmaq.