ABŞ prezidenti Donald Tramp Hörmüz boğazı ilə bağlı açıqlaması ilə diqqət çəkib. Tramp, ABŞ-ın boğaza nəzarət etdiyini iddia edərək, bölgənin adının dəyişdirilməsini təklif edib. Özünün sosial media paylaşımında Hörmüz boğazının adının “Tramp boğazı” olaraq dəyişdirilməsini təklif edən ABŞ prezidenti "İndi ABŞ-ın nəzarəti altında olduğumuz üçün Hörmüz boğazının adını Tramp boğazı adlandırmalıyıqmı? Amerikanın özü kimi, bu boğaz da əvvəlkindən daha populyar olard"- sözlərini yazıb. Lakin o, sonradan bu təklifin ciddi bir təşəbbüs deyil, zarafat olduğunu bildirib.
Oval Ofisdə müxbirlər Hörmüz boğazının adını dəyişdirmək barədə ciddi olub-olmadığını soruşduqda, Tramp "Xeyr, bu, sadəcə bir zarafat idi" cavabını verib.
Qeyd edək ki, ABŞ prezidenti 2025-ci ildə vəzifəyə başladıqdan sonra Meksika körfəzinin adının "Amerika körfəzi" adlandırılmasını nəzərdə tutan bir sərəncam imzalamışdı. Meksika hökuməti beynəlxalq suların ortaq bir hövzəsinin adının birtərəfli şəkildə dəyişdirilə bilməyəcəyini iddia edərək qərara qarşı çıxdı. Ən son olaraq, 27 avqustda Tramp Kanada sərhədindəki Ontario gölünün adının "Amerika gölü" adlandırılmasını nəzərdə tutan bir prezident fərmanı imzaladı.
SAMİRƏ