çərşənbə günü, 07 oktyabr 2026
     

Ukraynada məşhur türk seriallarına “müharibə açdılar”...

Image


Mehmet Gökhan Özçubukçu: “Bu cür tələblərin avtomatik olaraq dövlət siyasəti ilə eyniləşdirilməsi doğru analitik yanaşma olmaz”

Ukrayna Nazirlər Kabinetinin saytında 41/010118-26ep nömrəli petisiya dərc olunub. Petisiya Ukraynada türk seriallarının yayımına məhdudiyyətlər qoyulmasını tələb edir. Petisiya müəllifi Maksim Rekanın sözlərinə görə, efirlərdə xarici serialların üstünlük təşkil etməsi Ukrayna film istehsalına tələbatı azaldır ki, bu da yerli kino sənayesinin və mədəni məkanın inkişafına mənfi təsir göstərir.

“Müharibə və milli kimliyin gücləndirilməsi zərurəti kontekstində Ukrayna media məhsullarının inkişafı üçün əlverişli şərait yaratmaq, Ukrayna rejissorlarını, ssenaristlərini, aktyorlarını və prodüserlərini dəstəkləmək vacibdir. Reklam və kontent yayımlarından əldə edilən vəsait milli mədəni məhsulların inkişafına töhfə verməlidir", - petisiya müəllifi vurğulayır.

Reka hesab edir ki, bu cür tədbirlər Ukrayna mədəniyyətinin inkişafına, milli istehsalçıların dəstəklənməsinə və Ukraynanın informasiya məkanının gücləndirilməsinə töhfə verəcək.

Petisiya 15 iyun tarixində, beş gün sonra internetdə dərc olunsa da, onu yalnız yeddi nəfər imzalayıb. Hökumətin petisiyanı nəzərdən keçirməsi üçün 25.000 imza lazımdır. Bunun üçün hələ 87 gün var.

Birincisi, Ukraynada türk filmlərinin yayılmasının qadağan olunması, dayandırılması barədə çağırış hökumətdən gələn siyasi kampaniya ola bilərmi?

İkincisi, həmin o petisiyanın indiyə qədər az maraq kəsb etməsi nə ilə bağlıdır? Yəni ictimaiyyət bu petisiyaya dəstək vermir. Amma bu başlayıbsa o deməkdirmi ki, bu Ukrayna hakimiyyəti tərəfindən başladılmış bir siyasi prosesdir?

Beynəlxalq münasibətlər mütəxəssisi, türkiyəli ekspert Mehmet Gökhan Özçubukçu baki-xeber.com-a şərhində bildirdi ki, bu cür təşəbbüsləri qiymətləndirərkən, məsələyə yalnız “türk televiziya seriallarının Ukraynada yayımına məhdudiyyət qoyulması” müstəvisində baxmaq kifayət etmir: “Əslində bu müzakirə daha geniş çərçivədə media siyasətləri, mədəni suverenlik, milli kimlik quruculuğu və müharibə şəraitinin yaratdığı sosial həssaslıqlar kontekstində oxunmalıdır. Xüsusilə müharibə vəziyyətində olan Ukrayna kimi ölkələrdə mədəni istehsal və media istehlakı çox vaxt yalnız iqtisadi və ya bədii məsələ olmaqdan çıxaraq birbaşa kimlik və təhlükəsizlik müzakirələrinin tərkib hissəsinə çevrilə bilir.

Ukrayna Nazirlər Kabinetinin internet saytında yer alan 41/010118-26ep nömrəli petisiyada irəli sürülən fikirlər və Maksim Reka tərəfindən ortaya qoyulan arqumentlər bu kontekstdə qiymətləndirildikdə, daha çox yerli mədəni istehsalı qorumaq və gücləndirmək refleksi ilə əlaqələndirilə bilər. Xarici serial və film məzmununun çoxluğunun yerli kino sənayesi üzərində təzyiq yaratdığı, yerli istehsalların görünürlüyünü azaltdığı və nəticə etibarilə mədəni istehsal potensialını zəiflədə biləcəyi ilə bağlı narahatlıqlar bir çox ölkənin media siyasətlərində vaxtaşırı qarşılaşılan müzakirə sahəsidir. Bu vəziyyət yalnız Ukraynaya xas deyil, Avropadan Asiyaya qədər bir çox ölkədə oxşar şəkildə “yerli məzmunun qorunması” yönündə tənzimləyici yanaşmalar gündəmə gələ bilir.

Birinci suala, yəni Türk seriallarının Ukraynada yayımının məhdudlaşdırılmasına dair çağırışların yuxarıdan yönləndirilən siyasi kampaniya olub-olmaması məsələsinə gəldikdə, mövcud məlumatlar əsasında belə bir qiymətləndirməni qəti şəkildə etmək mümkün deyil. Sözügedən təşəbbüslərin daha çox fərdi təşəbbüslər, vətəndaş platformaları və ya müəyyən peşə qruplarının mədəni narahatlıqları çərçivəsində ortaya çıxdığı görünür. Bu cür tələblərin avtomatik olaraq dövlət siyasəti ilə eyniləşdirilməsi doğru analitik yanaşma olmaz”.

Mehmet Gökhan Özçubukçunun fikrincə, lakin burada vacib məqam budur ki, bu cür fərdi və ya vətəndaş təşəbbüsləri zamanla ictimai siyasət müzakirələrinə zəmin yarada bilər. “Yəni bir petisiya birbaşa dövlət siyasəti olmasa belə, media və mədəniyyət sahəsində ictimai gündəmi formalaşdıran müzakirə başlanğıcı funksiyası daşıya bilər.

İkinci suala, yəni sözügedən petisiyaya aşağı səviyyəli iştirakın nə ifadə etdiyi məsələsinə baxıldıqda, bu vəziyyət bir neçə fərqli şəkildə şərh oluna bilər. İlk növbədə, aşağı imza sayı məsələnin Ukrayna cəmiyyətinin geniş təbəqələri tərəfindən prioritet problem kimi qəbul olunmadığını göstərir. Müharibə şəraitinin yaratdığı intensiv siyasi, iqtisadi və təhlükəsizlik yönümlü gündəm daxilində mədəni məzmunların yayım siyasəti cəmiyyətin əsas gündəm maddələri arasında yer almır. Buna görə də Türk seriallarının mövcudluğu Ukrayna ictimaiyyətində genişmiqyaslı sosial reaksiya yaratmır və daha çox məhdud müzakirə sahəsində qalır.

Bununla yanaşı, bu vəziyyət eyni zamanda Türk seriallarının Ukraynada tamamilə rəddedici bir qavrayışa malik olmadığını, əksinə müəyyən izləyici kütləsi tərəfindən istehlak edildiyini və mədəni dövriyyənin bir hissəsinə çevrildiyini də göstərir. Mədəni məhsulların sərhədlər aşan təbiəti nəzərə alındıqda, televiziya serialları yalnız əyləncə məzmunu deyil, eyni zamanda ölkələrarası mədəni qarşılıqlı təsirin vasitəsi kimi də qiymətləndirilir. Türkiyənin televiziya serialları Türkiyə-Ukrayna münasibətləri perspektivindən baxıldıqda isə, Türk seriallarının Ukraynadakı görünürlüğü ətrafında aparılan müzakirələrin ikitərəfli münasibətlərin ümumi gedişatını müəyyən edən əsas elementdən çox, “yumşaq güc” və mədəni diplomatiya sahəsində ortaya çıxan ikinci dərəcəli dinamika olduğu söylənilə bilər. Türkiyə ilə Ukrayna arasındakı münasibətlər son illərdə yalnız diplomatik deyil, eyni zamanda iqtisadi, təhlükəsizlik və müdafiə sənayesi sahələrində də nəzərəçarpacaq şəkildə dərinləşmiş və strateji xarakter qazanmışdır. Bu çərçivədə mədəni məzmunlarla bağlı müzakirələrin iki ölkə arasındakı yüksək səviyyəli siyasi və strateji gündəmin önünə keçməsi gözlənilmir.

Xüsusilə Qara dəniz hövzəsindəki geosiyasi proseslər Türkiyə və Ukraynanı regional təhlükəsizlik arxitekturası baxımından bir-birinə yaxınlaşdıran mühüm amillərdən biridir. Türkiyənin Ukraynanın suverenliyi və ərazi bütövlüyünə verdiyi siyasi dəstək müharibə prosesi boyunca açıq şəkildə müşahidə olunmuş, eyni zamanda humanitar yardım, diplomatik təmaslar və vasitəçilik təşəbbüsləri ilə bu münasibət çoxölçülü bir xarakter almışdır. Buna görə də ikitərəfli münasibətlər yalnız mədəni qarşılıqlı təsirlərlə məhdudlaşmayan, daha geniş strateji tərəfdaşlıq çərçivəsində qiymətləndirilir.

İqtisadi münasibətlər baxımından da Türkiyə Ukraynanın mühüm ticarət tərəfdaşlarından biri olaraq qalır, tikinti, logistika, kənd təsərrüfatı və müdafiə sənayesi kimi sahələrdə qarşılıqlı asılılıq münasibətləri güclənməkdədir. Bu vəziyyət iki ölkə arasında formalaşan müsbət siyasi atmosferin mədəni sahələrə də dolayı şəkildə təsir göstərməsinə şərait yaradır. Buna görə də Türk seriallarının Ukraynadakı mövcudluğu yalnız mədəni istehlak məsələsi deyil, eyni zamanda Türkiyənin qlobal miqyasda inkişaf edən “serial ixracı” və mədəni görünürlük strategiyasının bir uzantısı kimi də dəyərləndirilə bilər.

Bu nöqtədə sözügedən müzakirələrin ikitərəfli münasibətlərdə gərginlik yaratma potensialı olduqca məhduddur. Çünki Türkiyənin Ukrayna ilə münasibətlərində əsas müəyyənedici faktorlar daha yüksək miqyaslı strateji mövzulara əsaslanır. Müdafiə sənayesi əməkdaşlığı, pilotsuz uçuş aparatları texnologiyaları, Qara dəniz təhlükəsizliyi, yenidənqurma prosesləri və enerji xətləri kimi sahələr ikitərəfli münasibətlərin əsas sütunlarını təşkil edir. Buna görə mədəni məzmunlarla bağlı məhdud miqyaslı müzakirələr daha çox ictimai rəy səviyyəsində simvolik xarakter daşıyan və uzunmüddətli strateji münasibətlərə birbaşa təsir etməyən mövzular kimi qəbul edilir.

Bundan əlavə, Türkiyənin “yumşaq güc” potensialı baxımından qiymətləndirildikdə, televiziya serialları mühüm mədəni diplomatiya alətinə çevrilmişdir. Türk seriallarının Ukrayna da daxil olmaqla bir çox ölkədə geniş tamaşaçı kütləsinə çatması Türkiyənin mədəni görünürlüğünü artırır və cəmiyyətlərarası qarşılıqlı təsiri gücləndirir. Bu baxımdan Ukraynada Türk seriallarına dair mümkün məhdudlaşdırma müzakirələri Türkiyə üçün birbaşa siyasi məsələ deyil, mədəni təsir sahəsinin təbii bir hissəsi kimi dəyərləndirilir”.

Mehmet Gökhan Özçubukçu qeyd etdi ki, digər tərəfdən, Ukraynanın müharibədən sonrakı yenidənqurma prosesi və Avroatlantik inteqrasiya hədəfləri nəzərə alındıqda, ölkənin media və mədəniyyət siyasətlərində müəyyən qoruyucu tendensiyaların ortaya çıxması da anlaşılandır: “Lakin bu cür tendensiyalar Türkiyə ilə münasibətlərdə struktur gərginlik yaratmaqdan çox, qlobal miqyasda bir çox ölkənin üzləşdiyi mədəni sənaye rəqabətinin bir təzahürü kimi qiymətləndirilməlidir.

Nəticə etibarilə Türkiyə–Ukrayna münasibətləri yüksək səviyyəli strateji əməkdaşlıq, qarşılıqlı siyasi dəstək və inkişaf edən iqtisadi bağlar üzərində qurulmuş çoxqatlı bir struktura malikdir. Bu çərçivədə Türk serialları ilə bağlı müzakirələrin ikitərəfli münasibətlərin əsas oxunu müəyyən etməsi deyil, daha çox mədəni qarşılıqlı təsir sahəsində məhdud və dövri bir müzakirə mövzusu olaraq qalması gözlənilir. Bu vəziyyət iki ölkə arasındakı münasibətlərin dayanıqlığını və çoxölçülü xarakterini də ortaya qoyur”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Nacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ