ABŞ senatoru Berni Sanders İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin "Livan yansın" açıqlamasına sərt reaksiya verib.
Sanders X media hesabında belə bir açıqlamanın bir ölkənin hökumət üzvündən gözlənilən "tipik bir açıqlama" olmadığını bildirib: "İsrail milli təhlükəsizlik naziri Ben-Qvirin açıqlaması müharibə cinayətkarının açıqlamasıdır".
Senator Sanders, "irqçi və ekstremist" adlandırdığı İsrail hökumətinin "bir qəpik də ABŞ dəstəyinə" layiq olmadığını deyib.
Qeyd edək ki, İsrailin ifrat sağçı nazir Ben-Qvir, Livanda hücumlarını davam etdirən İsrail əsgərlərinin Hizbullahın hücumunda öldürülməsindən sonra ABŞ-İran razılaşmasına baxmayaraq, "Livanın yanması" və "bir israilli ananın tökdüyü hər göz yaşı üçün 1000 livanlı ananın ağlaması" gərəkdiyini bildirmişdi.
Tahir TAĞIYEV