Prezident İlham Əliyev Lüksemburqun Böyük Hersoqu Giyoma məktub ünvanlayıb. Bu barədə məlumat Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.
Məktubda qeyd olunub:
"Əlahəzrət,
Lüksemburq Böyük Hersoqluğunun milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram".