İyunun 8-də Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 10-cu üçtərəfli görüşü keçiriləcək.
Türkiyənin Xarici İşlər Nazirliyi açıqlamasına görə, Türkiyənin xarici işlər naziri Hakan Fidanın ev sahibliyi ilə keçiriləcək görüş İstanbulda baş tutacaq.
Görüşdən sonra nazirlərin mətbuata açıqlama vermələri nəzərdə tutulub.
Türkiyə KİV-i Xarici İşlər Nazirliyindəki mənbələrəistinadən bildirir ki, görüşdə üç ölkə arasında əməkdaşlığın irəliləyişi və birgə səylərin gücləndirilməsi üçün gələcək addımlar müzakirə olunacaq. Mənbələrin verdiyi məlumata görə, gündəliyə regionalda baş verən hadisələr, xarici siyasət məsələləri, Cənubi Qafqazda əməkdaşlıq, nəqliyyat və tranzit şəbəkələrinin gücləndirilməsi, enerji təhlükəsizliyi və ticarət-iqtisadi əlaqələrin dərinləşdirilməsi daxildir.
Tahir TAĞIYEV