Mətləb Salahov: “Paşinyanın qələbəsindən sonra Moskva Ermənistan üzərində daha güclü iqtisadi təzyiqlərə start verəcək”
“Bazar günü İrəvanda keçiriləcək parlament seçkiləri həm də ona görə kiritik mahiyyət daşıyır ki, hazırkı Nikol Paşinyan hökümətinin seçkilərdə qələbə qazanması Rusiya üçün Ermənistanı birdəlik itirmək demək olacaq. Düdzür, hazırda Gümrüdə rus hərbi kontingenti yerləşir. Lakin onların İrəvanda çevriliş hazırlayıb Nikol Paşinyanı devirməsi mümkünsüz görünür. Çünki hazırda İrəvan küçələrində Avropa İttifaqının “hərbi mütəxəssisləri” qismində var-gəl edən kifayət qədər Qərb cəsus şəbəkəsi mövcuddur və hansısa rus əsgərinin N.Paşinyana “qulaqburması” vermək imkanı yoxdur. Əslində Moskva Cənubi Qafqazdakı təsir gücünü hələ Boris Yelstin dövründəki yarıtmaz siyasəti ucbatından çox-çox əvvəllər itirib”. Bu fikirləri "Bakı Xəbər"-ə açıqlamasında jurnalist-ekspert Mətləb Salahov bildirib. O qeyd edib ki, bazr günü keçiriləcək seçkilərdə N.Paşinyanın komandası qələbə qazanarsa Rusiya rəsmi İrəvana qarşı alternativ təzyiq mexanizmləri üzərində işləyəcək. “Təsəvvür edin ki, əksər ermənilər Ermənistandakı ailələri üçün “çörək pulunu” Vaşinqntonda deyil, daha yaxındakı Moskvada qazanırlar. Hazırda əksər erməni zənginlər Rusiya vətəndaşlarıdır və bütün bunlar Rusiyanın gələcəkdə Ermənistana qarşı daha təsirli təsir mexanizmini işə salmasına kömək edir. Üstəlik, rəsmi İrəvan bir sıra enerji daşıyıcıları üçün hələ də Moskvanın qapısında boynubükük dayanır. Bu il açılışı gözlənilən TRIPP layihəsi bu iqtisadi asılılığı nisbətən azalda bilər, lakin tam aradan qaldıra bilməz. Çünki Vaşinqton okeanın o tərəfindədir, Ermənistanda isə Moskvanın “nəfəsini” hər gün hiss edirlər...”
Namiq Quliyev