çərşənbə günü, 23 sentyabr 2026
     

Böyük Qayıdış mərhələsində keçmiş məcburi köçkünlərə sosial dəstək siyasəti yeni mərhələyə daxil olur

Image


Azərbaycan dövləti müstəqillik dövrü ərzində məcburi köçkün ailələrinin sosial müdafiəsinin təmin edilməsini daim prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində doğma yurdlarından didərgin düşmüş yüz minlərlə vətəndaş uzun illər ərzində dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunub, onların yaşayış şəraitinin yaxşılaşdırılması, sosial rifahının yüksəldilməsi və təhsil imkanlarının genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib.

Bu gün ölkəmiz yeni tarixi mərhələyə qədəm qoyub. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılması, Böyük Qayıdış proqramının uğurla icra olunması məcburi köçkünlərin sosial müdafiəsi sahəsində də yeni yanaşmaların formalaşdırılmasını zəruri edir. Məhz bu kontekstdə “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanunlarda nəzərdə tutulan dəyişikliklər məcburi köçkün statusu və ona tətbiq olunan xüsusi sosial dəstək mexanizmlərinin mövcud reallıqlara uyğun şəkildə yenidən tənzimlənməsinə xidmət edir. Bu dəyişikliklər ilk növbədə Böyük Qayıdış prosesi çərçivəsində vətəndaşların daimi yaşayışının təmin olunması, sosial-iqtisadi reinteqrasiyasının dəstəklənməsi, mülkiyyət hüquqlarının genişləndirilməsi və sosial müdafiə mexanizmlərinin yeni mərhələyə uyğunlaşdırılması məqsədini daşıyır. Qeyd edək ki, məcburi köçkün ailələrinin sosial problemlərinin həlli istiqamətində dövlət tərəfindən uzun illər ərzində genişmiqyaslı və sistemli tədbirlər həyata keçirilib. Azərbaycan prezidenti tərəfindən 2004–2019-cu illər ərzində bu sahə ilə bağlı 75 fərman və sərəncam imzalanıb. Eyni dövrdə Nazirlər Kabineti tərəfindən 224 qərar və sərəncam qəbul edilib, Milli Məclis tərəfindən isə 11 qanun təsdiq olunub. Bu siyasətin əsas istiqamətlərindən biri Azərbaycan prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” olub. Həmin proqram çərçivəsində minlərlə məcburi köçkün ailəsinin sosial rifahının yüksəldilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluq imkanlarının genişləndirilməsi istiqamətində mühüm nəticələr əldə edilib. Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması sahəsində atılmış ən əhəmiyyətli addımlardan biri uzun illər onların məskunlaşdığı müvəqqəti yaşayış məntəqələrinin mərhələli şəkildə ləğv olunması olub. 2007-ci ildə ölkədə mövcud olan 12 çadır düşərgəsi və dəmir yolu üzərindəki yük vaqonlarından ibarət yaşayış məntəqələri tamamilə ləğv edilib. Sonrakı illərdə fin tipli qəsəbələrin də mərhələli şəkildə aradan qaldırılması prosesi həyata keçirilib və bu proses 2016-cı ildə sonuncu belə qəsəbənin ləğvi ilə yekunlaşıb. Dövlət tərəfindən həyata keçirilən genişmiqyaslı mənzil təminatı proqramları nəticəsində 121 yeni qəsəbə və hündürmərtəbəli yaşayış kompleksləri tikilərək istifadəyə verilib. Bunun nəticəsində 62 mindən çox məcburi köçkün ailəsinin, yəni 300 mindən artıq vətəndaşın mənzil-məişət şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Uzun illər ərzində məcburi köçkün ailələrinə müxtəlif sosial müdafiə tədbirləri vasitəsilə dəstək göstərilib. Vahid aylıq müavinət sistemi, kommunal xidmətlərlə bağlı dəstək tədbirləri, məşğulluq proqramları və digər sosial müdafiə mexanizmləri bu kateqoriyadan olan vətəndaşların rifahının təmin olunmasına mühüm töhfə verib. Təhsil sahəsində həyata keçirilən dəstək tədbirləri də xüsusi əhəmiyyət daşıyıb. Məcburi köçkün ailələrindən olan gənclərin ali və orta ixtisas təhsilinə çıxış imkanlarının genişləndirilməsi dövlət siyasətinin vacib istiqamətlərindən biri olub. Bu siyasət nəticəsində minlərlə gənc keyfiyyətli təhsil almaq imkanı əldə edib, gələcək peşə fəaliyyətinə hazırlıq baxımından mühüm üstünlüklər qazanıb. Hazırda da təhsil sahəsində dəstək tədbirləri davam etdirilir. Belə ki, 2025/2026-cı tədris ilində ödənişli əsaslarla ali təhsil müəssisələrinə yeni qəbul olmuş 3 923 məcburi köçkün statuslu tələbənin təhsil xərcləri dövlət tərəfindən qarşılanır. Bu yanaşma gənclərin təhsil imkanlarının qorunmasına və insan kapitalının inkişafına yönəlmiş dövlət siyasətinin davamlı xarakter daşıdığını göstərir.

Böyük Qayıdış proqramının həyata keçirilməsi ilə işğaldan azad edilmiş ərazilərə qayıdan vətəndaşlar üçün yeni imkanlar yaranır. Bu imkanların ən mühüm istiqamətlərindən biri daimi yaşayış sahələri ilə təminat məsələsidir. Qayıdan ailələr müasir standartlara cavab verən yaşayış məntəqələrində məskunlaşır, zəruri infrastruktur, sosial xidmətlər və məşğulluq imkanları ilə əhatə olunurlar. Bununla yanaşı, yaşayış sahələrinin vətəndaşların mülkiyyətinə verilməsi istiqamətində atılan addımlar onların sosial təminatının daha da möhkəmləndirilməsinə xidmət edir. Bu yanaşma vətəndaşların öz doğma torpaqlarında uzunmüddətli və dayanıqlı yaşayışının təmin olunmasına, iqtisadi fəallığının artırılmasına və sosial rifahının yüksəldilməsinə şərait yaradır. Qanunvericilikdə nəzərdə tutulan dəyişikliklər də məhz bu yeni reallıqları və dövlət siyasətinin prioritetlərini nəzərə alır. Milli Məclisin deputatı Bəhruz Məhərrəmov da qeyd edir ki, Azərbaycan Konstitusiyasının preambulasına əsasən, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək dövlətin ali niyyətlərindən, Ana Qanunumuzun 12-ci maddəsinə görə isə ölkənin vətəndaşlarına layiqli həyat səviyyəsininin təmin edilməsi dövlətin ali məqsədlərindən biri kimi təsbit olunub. Onun sözlərinə görə, dövlət siyasətinin mərkəzində hər zaman insan amili, Azərbaycan vətəndaşı, xüsusilə də doğma yurdundan didərgin salınmış məcburi köçkünlər dayanıb: "Məhz bu prizmadan yanaşsaq, "Azərbaycan Respublikasının Mənzil Məcəlləsi"ndə, "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" və "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik layihəsi təkcə hüquqi-texniki tənzimləmə deyil, ölkəmizin son 30 ildə həyata keçirdiyi uğurlu, humanist və strateji siyasətin təntənəsi və hüquqi bazisin yeni dövrün reallıqlarına uyğunlaşdırılması kimi qiymətləndirilə bilər.

Hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinin aparıldığı və artıq 80 mindən çox soydaşımızın Qarabağ və Şərqi Zəngəzura dayanıqlı və əbədi formada döndüyü şəraitdə xüsusi sosial dəstək mexanizmlərinin müvafiq qanunvericilik çərçivəsində yenidən tənzimlənməsi və dövlətin sosial siyasətində "xüsusi müdafiə mexanizmlərindən dayanıqlı inteqrasiya modelinə" keçid reallaşır". Yeni qanun layihəsi də ilk növbədə bu hədəflərə fokuslanıb və çoxşaxəli tezisləri, o cümlədən Böyük Qayıdış prosesinin hüquqi tənzimlənməsini əhatələyir. Məhz bu çərçivədə qanun layihəsi hazırkı unikal situasiyada vətəndaşlarımızın mülkiyyət hüququnun tam bərpası üçün çox sadə, eyni zamanda effektiv, çevik və fundamental model ortaya qoyaraq "İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu" yaradılmasını nəzərdə tutur. Mənzil Məcəlləsinə ediləcək dəyişikliklə bu Fonda daxil olan ev və mənzillər məcburi köçkünlərin köçürülməsi üçün istifadə olunacaq. Yeni mexanizm doğma yurdlarına qayıdan vətəndaşlarımızın dövlət tərəfindən təmin olunduğu ev və ya mənzil üzərində mülkiyyət hüququnun dərhal təmin edilməsinə imkan yaradır. Daha aydın dillə desək, həmin yaşayış sahəsi dərhal keçmiş məcburi köçkünlərin özəl mülkiyyətinə çevrilir". O qeyd edir ki, dövlət humanizm və sosial həssaslıq prinsiplərini rəhbər tutaraq, humanist mövqeyini qoruyaraq məcburi köçkünlər üçün güzəştlərin birdən-birə ləğv olunmasını məqbul hesab etməyərək, yeni yaşayış şəraitinə uyğunlaşmasına yumşaq keçid imkanı yaradan 3 illik keçid dövrü müəyyənləşdirir. Daha dəqiq desək, sosial müdafiə tədbirləri köçürülən şəxslər və köçürülmə təklifini qəbul etməyən şəxslər üçün statusun itirildiyi tarixdən sonra daha 3 il müddətində davam edəcək. Qanun qüvvəyə minənədək köçürülmüş şəxslər üçün isə bu 3 illik müddət köçürüldükləri real tarixdən hesablanır. Beləliklə, sosial dəstək mexanizmləri Böyük Qayıdış prosesinin tələblərinə uyğun şəkildə təkmilləşdirilir, vətəndaşların sosial müdafiəsinin davamlılığı təmin edilir və onların reinteqrasiyası üçün daha əlverişli şərait formalaşdırılır. Əhəmiyyətli məqamlardan biri də ondan ibarətdir ki, dövlət tərəfindən həyata keçirilən sosial dəstək siyasəti davam edir. Ünvanlı dövlət sosial yardımı, məşğulluq proqramları, peşə hazırlığı layihələri, təhsil dəstəyi və digər sosial müdafiə mexanizmləri qüvvədə qalır və vətəndaşların rifahının yüksəldilməsinə xidmət etməyə davam edir. Bu yanaşma göstərir ki, məqsəd sosial təminatın zəiflədilməsi deyil, əksinə, işğaldan azad edilmiş ərazilərdə daimi yaşayışın təmin olunması şəraitində sosial müdafiə tədbirlərinin yeni mərhələyə uyğunlaşdırılmasıdır. Dövlət siyasətinin mərkəzində yenə də vətəndaşın rifahı, təhlükəsizliyi və sosial təminatı dayanır. Bu gün Azərbaycan məcburi köçkün problemi ilə bağlı uzun illər davam edən çətin bir mərhələdən yeni inkişaf mərhələsinə keçid edir. Böyük Qayıdış proqramı yalnız insanların doğma yurdlarına qayıdışını deyil, həm də onların sosial, iqtisadi və ictimai həyata tam reinteqrasiyasını nəzərdə tutur. Qanunvericilikdə aparılan yeniliklər də məhz bu strateji məqsədə xidmət edir. Məcburi köçkün statusu və ona tətbiq olunan xüsusi sosial dəstək mexanizmlərinin yenidən tənzimlənməsi Azərbaycanın əldə etdiyi yeni reallıqlara uyğun sosial siyasətin formalaşdırılması istiqamətində atılan mühüm addımdır. Böyük Qayıdış çərçivəsində daimi yaşayışın təmin olunması, mülkiyyət hüquqlarının genişləndirilməsi, təhsil və məşğulluq imkanlarının qorunması, sosial müdafiə tədbirlərinin davam etdirilməsi dövlətin vətəndaş rifahına yönəlmiş siyasətinin əsas prioritetləri olaraq qalır.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Makron Bakıya qarşı yeni plan qurub - bir özbək milyarderin üzərindən...

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

SON XƏBƏRLƏR

23.09.2026 / 18:29
Prezident İlham Əliyevin tapşırığı ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına yeni nəfəs verildi

23.09.2026 / 18:18
Avropa İttifaqı Gürcüstandan əl çəkmir - müxalifətə pul ayırır...

23.09.2026 / 18:06
Trampın jurnalistlərlə “müharibəsi” şiddətlənir...

23.09.2026 / 17:55
Fransa Azərbaycana Martin Ryanın əfv olunmasına görə təşəkkür etdi

23.09.2026 / 17:50
Dağ-mədən proqramı: gəlir iki dəfə artmalıdır, amma 5.3 milyard manat investisiya lazımdır...

23.09.2026 / 17:14
Əfv sərəncamının icrası başa çatdı

23.09.2026 / 16:40
Prezident İlham Əliyev BƏƏ Vitse-prezidentinə başsağlığı verdi

23.09.2026 / 16:21
Vüqar Rəhimzadə: Dağ-mədən sənayesinin inkişafı Azərbaycanın iqtisadi potensialını daha da gücləndirəcək

23.09.2026 / 16:08
Hərbiləşdirilmiş Mühafizə İdarəsi AZCON-un idarəetməsinə verildi

23.09.2026 / 16:06
“AzerGold”un Müşahidə Şurasının tərkibində dəyişiklik edildi

23.09.2026 / 15:54
"Ermənistana elə çip-lər verəcəyik ki, dünyanın az ölkəsində var"- ABŞ Ermənistanda nə və kimə qarşı hazırlayır?..

23.09.2026 / 15:48
“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirildi

23.09.2026 / 14:52
Trampın “Husilər taktikası”- Məkkə sazişlərinə qarşı düşünülmüş taktika...

23.09.2026 / 14:35
Mirzoyan Ermənistan hökumətinin TRIPP sazişi üzrə nümayəndəsi təyin edildi

23.09.2026 / 14:27
Onları ABŞ-dan Türkiyə gözləyirdi – 24 milyarda başqa dövlətə satdı... Səbəb?..

23.09.2026 / 14:14
İrəvanda keçirilməsi planlaşdırılan Azərbaycan və Ermənistan ekspertlərinin görüşü təxirə salındı

23.09.2026 / 14:08
Qafqaz Albaniyası və Efiopiya yazı sistemləri kontekstində erməni əlifbasının mənşəyi...

23.09.2026 / 13:59
Bərdədə “Kalaşnikov” satmaq istəyən şəxs tutuldu

23.09.2026 / 13:46
Kiyev iki rus oliqarxa qarşı sanksiyaların ləğvinə sərt reaksiya verdi - Zelenski ilə Lyayen arasında gərgin görüş...

23.09.2026 / 13:29
Oktyabrda Azərbaycanla Türkiyə elə sazişlər imzalayacaq ki... Gözləməyə dəyər...

23.09.2026 / 13:28
Rusiya Odessada yük gəmisini vurdu…

23.09.2026 / 13:14
ABŞ Dövlət katibi əmin danışdı - Putin Ukraynaya qarşı müharibədə qalib gələ bilməyəcək…

23.09.2026 / 13:11
Bodrumda yerli həyatın izində: Egey sahilinin fərqli üzünü kəşf edin - FOTOLAR

23.09.2026 / 12:56
İranla müharibədə ölən ABŞ hərbçilərinin sayı 19-a çatdı…

23.09.2026 / 12:42
Şara Trampa Nyu-Cersini İsrailə verməyi təklif edib - Onlara vermək üçün Qolan təpələriniz yoxdur, amma Nyu-Cersi sizindir…

23.09.2026 / 12:30
Prezident İsveçin yeni səfirini qəbul etdi - FOTO

23.09.2026 / 12:27
ABŞ bu gün “Tramp marşrutu” ilə bağlı yeni fondun yaradıldığını elan ediləcək…

23.09.2026 / 11:40
Fransaya casusluqda ittiham olunan Martin Ryan da əfv olundu

23.09.2026 / 11:36
Rusiya Ukraynaya daha bir genişmiqyaslı hücuma hazırlaşır - Zelenski xəbərdarlıq etdi…

23.09.2026 / 11:23
Prezident əfv Sərəncamı imzaladı

23.09.2026 / 11:17
Naxçıvanda 10 min manatlıq dələduzluq - tanınmış idmançı saxlandı...

23.09.2026 / 11:15
Prezident İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

23.09.2026 / 11:12
Prezident İlham Əliyev Səudiyyə Kralını təbrik etdi

23.09.2026 / 11:02
“Azərbaycanla dəmir yolu əlaqəsi quracağıq” - Paşinyan ABŞ-da TRIPP-dən danışdı…

23.09.2026 / 10:45
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı

23.09.2026 / 10:32
Hörmüz boğazında İranın Qeşm adası yaxınlığında güclü partlayış - 10 nəfər öldü…

23.09.2026 / 10:20
Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı təsdiqləndi

23.09.2026 / 10:15
Ev şəraitində hazırlanıb bazara çıxarılan qidalara sertifikat tələbi olunur? - AQTA-dan iddialara cavab...

23.09.2026 / 09:53
Bü gün Nyu-Yorkda Lavrov və Rubio arasında görüş keçiriləcək

23.09.2026 / 09:42
Rusiya erməniləri Avropaya inteqrasiyanın təhlükələrini qiymətləndirməyə çağırdı…

23.09.2026 / 09:37
Fransa Avroittifaqın sanksiya qərarından yararlana bilmədi - Usmanov siyahıdan çıxarıldı

23.09.2026 / 09:25
Uzun mübahisələrdən sonra Qrenlandiyanın təhlükəsizliyi ilə bağlı saziş imzalandı - Tramp istədiyini aldımı...

23.09.2026 / 09:19
Məmməd Musayevə ilə cinayət işi açıldı...

23.09.2026 / 08:52
Restoranda müştərinin bank kartını oğurlayıb 1590 manatını ələ keçirdi...

23.09.2026 / 08:29
Ceyhun Bayramov ABŞ Prezidentinin ev sahibliyi etdiyi qəbulda iştirak edib

23.09.2026 / 08:10
Ceyhun Bayramov Əraqçi ilə görüşdü....

22.09.2026 / 23:34
Ərdoğanın BMT-də çıxışı zamanı İsrail heyəti, Trampın çıxışı zamanı isə kubalılar zalı tərk etdi…

22.09.2026 / 23:08
Nyu-Yorkda ABŞ və İran arasında 3 saat davam edən sürpriz görüş - Tramp açıqladı…

22.09.2026 / 22:53
Səfirlik İranda qalan vətəndaşlarımızın ölkəyə qayıtması məsələsinə aydınlıq gətirdi - quru yolla...

22.09.2026 / 22:47
İran Hörmüzü açmaq üçün ABŞ qarşısında şərt qoydu – blokada və hərbi təzyiqi dayandırın...

22.09.2026 / 22:30
NATO Rusiya sərhədində nüvə silahı yerləşdirir - Litva ilk addımı atdı...

22.09.2026 / 22:19
Lukaşenkonun Suvalk təlimi - Avropa Rusiya ilə müharibə hazırlığına başladı...

22.09.2026 / 22:12
"...Azərbaycan və Ermənistan arasında davamlı sülh bərqərar olacaq" - Ərdoğan

22.09.2026 / 21:57
Vahid məktəbli formasına xor baxanlara mesaj - Bilirsiniz bu forma nələr edir...

22.09.2026 / 21:35
Sərhədlər açıq olsaydı Rusiya Tiflisə qarşı bu planı Bakıya da tətbiq edərdi...

22.09.2026 / 21:18
Özbəkistanın Türkiyə dəmiryollarına çıxışı Naxçıvana böyük gələcək vəd edir...

22.09.2026 / 21:02
Putin Ermənistan dövlətini təbrik etdi, Paşinyanı təbrik etmədi...

22.09.2026 / 20:43
Paşinyan mövqeyini dəyişmir: Rusiyanın Ermənistan dəmir yollarını idarə etməsinə son qoyulmalıdır...

22.09.2026 / 20:27
Revanşçılar Ermənistanın müstəqilliyini Kərki kəndində qeyd etdilər - Kərki ilə bağlı plan gözlərində qalacaq...

22.09.2026 / 20:23
“Formula 1”lə əlaqədar sabahdan universitetlərdə dərslər distant olacaq

22.09.2026 / 20:10
Xristianlığı dövlət dini kimi ilk qəbul edən Azərbaycan dövləti - Erməni iddiaları zibilliyə atıldı...

22.09.2026 / 19:54
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının açılışında iştirak edib

22.09.2026 / 19:47
İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırılır...

22.09.2026 / 19:36
Lənkəranda evdən içərisində 75 min manat olan seyf oğurlandı...

22.09.2026 / 19:30
"Azərbaycan Prezidenti bildirdi ki, 6 ayda möcüzə yaratmışam" - Tramp

22.09.2026 / 19:27
Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı oldu - FOTO/VİDEO

22.09.2026 / 19:16
Makron Bakıya qarşı yeni plan qurub - bir özbək milyarderin üzərindən...

22.09.2026 / 19:04
Kommunist Partiyasının siyasi varisi Almaniyada hakimiyyətə gəlir

22.09.2026 / 18:55
Azərbaycandan Gürcüstanın ərazi bütövlüyünə tam dəstək - qondarma “seçkiləri”ni tanımırıq...

22.09.2026 / 18:48
Ermənistanın baş kəşfiyyatçısı Bakıda

22.09.2026 / 18:30
Tramp Çinlə birlikdə Rusiyaya qarşı “süni intellekt planı” işləyir...

22.09.2026 / 18:16
Avropanın elektrik təminatı Azərbaycan və Türkiyənin əlində cəmləşə bilər... Oktyabrda saziş...

22.09.2026 / 17:59
Paşinyan 102-ci bazadan sonra Rusiya sərhədçilərinin də ayağını ölkədən kəsmək istəyir...

22.09.2026 / 17:45
Neft 120 dollara qalxır - Yəməndə münaqişənin təsirləri regionun hüdudlarını aşdı...

22.09.2026 / 17:20
Azərbaycanla Türkiyə hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə edib

22.09.2026 / 17:15
Özbəkistan Fransa ilə İlham Əliyevdən xəbərsiz nə hazırlayıb - Usmanov işi...

22.09.2026 / 16:57
Eldəniz Quliyev: “Yaranan situasiya ilə əlaqədar yeganə çarəmiz ölkə başçısına müraciət etmək idi” - MÜSAHİBƏ

22.09.2026 / 16:39
ABŞ mliyyə naziri Hörmüz boğazı barədə inanılmaz sözlər danışdı...

22.09.2026 / 16:08
Putin Duma seçkisindən sonra ümumi səfərbərlik edəcək – Avropada panika...

22.09.2026 / 15:45
Ərdoğan BMT TŞ-də veto hüququnun ləğvini istədi – Rusiya qarşı çıxdı...

22.09.2026 / 15:37
Kənan Musayev: “Tələbimiz odur ki, alternativ namizdələrin iştirakı ilə seçki yenidən keçirilsin”

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ