çərşənbə günü, 23 sentyabr 2026
     

AB Rusiyanın acığına Ermənistana "Ukrayna və Moldova" tədbirlərini tətbiq etdi...

Image


Rusiya 7 iyunda keçiriləcək parlament seçkiləri ərəfəsində Ermənistana qarşı təhdidlərini getdikcə daha çox artırır. Kreml Ermənistanda hökumətin Rusiyayönlü bir hakimiyyətə dəyişməsinə ümid edir və baş nazir Nikol Paşinyanın Avropayönlü siyasətini sərt tənqid edir. Ötən həftə Putinin təhdidlərinə bəzi digər ölkələr də qoşuldu.

Belarus lideri Aleksandr Lukaşenko Vladimir Putinin Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşmasını davam etdirəcəyi təqdirdə "Ukrayna ilə eyni aqibətlə" üzləşə biləcəyi ilə bağlı təhdidlərini təkrarladı: "Ermənilər, Allah eləməsin, Ukraynada baş verənləri təkrarlamamaq üçün çox diqqətli olmalıdırlar. Ukraynada hər şey tam olaraq belə başladı". Rusiya öz növbəsində artıq bütün iqtisadi təsirlərini tətbiq edib. Ermənistana rüsumsuz qaz və neft tədarükünü dayandırmaqla hədələyib. Bundan başqa, Ermənistandan tərəvəz, meyvə, çiçək, çiyələk, balıq və konyak ixracını qadağan edib, yaxud məhdudlaşdırıb. İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı üzrə Federal Nəzarət Xidməti olan "Rospotrebnadzor" Rusiyaya idxal edilən Ermənistanın "Cermuk" mineral suyunun şüşələrini satışdan çıxarıb. Putin özü isə açıq şəkildə bildirib ki, Ermənistan Aİ ilə inteqrasiyasını davam etdirərsə, əsasən Rusiya bazarının itirilməsi səbəbindən ÜDM-nin 14%-ə qədərini itirə bilər. O, həmçinin, Rusiyadakı Ermənistan vətəndaşlarının Rusiyaya və ölkənin əmək bazarına daxil olmaq üçün daha sərt giriş tələbləri ilə üzləşəcəyi ilə hədələyib: "Bundan sonra MDB ölkələrindən olan miqrantlar üçün eyni tələblər erməni işçilərinə də tətbiq olunacaq. Bu nə deməkdir? Bu o deməkdir ki, onlar Rusiyada işləmək üçün patent almalı olacaqlar". Son illərdə Rusiya miqrant işçilər üçün giriş qaydalarını əhəmiyyətli dərəcədə sərtləşdirib, yaşayış və iş icazələrinin qiymətini artırıb. Təhlükəsizlik qüvvələri və millətçi təşkilatlar da müntəzəm olaraq miqrantlara basqın edir, sənədlərinin müddəti bitmiş şəxslər saxlanma mərkəzlərinə göndərilir, sonra deportasiya olunurlar. Əgər Rusiya erməni miqrant işçilərini qəsdən deportasiya etməyə başlasa, bu onların vətənə pul köçürmələrinə və nəticədə Ermənistanın ÜDM-nə təsir göstərəcək. Avrasiya İqtisadi Birliyinin (AİB) üzvləri - Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan da Ermənistanın Avropa Birliyinə qoşulmaqla bağlı mümkün qədər tez referendum keçirməli olduğunu və hökumətinin bu kimi məsələlərə birtərəfli qərar verməməli olduğunu bildiriblər. Kreml əmindir ki, Nikol Paşinyanın Avropayönlü siyasəti bütün Ermənistan əhalisi tərəfindən dəstəklənmir. Bu günlərdə isə "Reuters" agentliyi aşkar edib ki, Paşinyana qarşı dezinformasiya kampaniyasından əlavə, Kreml on minlərlə erməninin 7 iyun seçkilərində səs vermək üçün Ermənistana göndərilməsini müzakirə edib. Qeyd edək ki, Ermənistan vətəndaşlarının xaricdə səs verməsi qadağandır. Erməni bloger Natali Aleksanyan qeyd edir ki, rüşvət müqabilində səs vermək üçün Rusiyadan Ermənistana gələnlər artıq erməni hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qarşılanırlar. Onlardan bəziləri saxlanılıb: “Ermənistan hüquq-mühafizə orqanları əıməkdaşlarının əllərində Rusiyada seçki rüşvəti alanların dəqiq siyahıları var. Rusiyadan gələn və seçki rüşvəti aldığı sübut edilməyən şəxslər dərhal 25 günlük təlim düşərgələrinə göndərilir”.

Paşinyanın keçmiş müşaviri Arsen Xaratyan bidirir ki, indi daha vacib olan İrəvanın Rusiya və Avrasiya İqtisadi Birliyindən gördüyü iqtisadi, hələlik qeyri-rəsmi sanksiyalardır: "Buraya, əsasən Rusiya bazarına ixrac edilən müəyyən qida məhsullarının ixracının dayandırılması da daxildir. Bu, əlbəttə ki, Ermənistan iqtisadiyyatına təsir göstərə bilər. Amma düşünmürəm ki, bu, hazırda ölkənin daxili siyasi müzakirələrində ən ciddi məsələdir". O bildirir ki, Rusiyanın Ermənistan tərəvəzlərinin idxalını qadağan etməsi Ermənistan rəhbərliyinin qərarlarına təsir edən amil deyil: "Deməzdim ki, bu amil qərar qəbuletməyə əhəmiyyətli dərəcədə təsir göstərir. Biz oxşar şeyləri əvvəllər də, hətta 2018-ci ildə Ermənistanda inqilab baş verəndən əvvəl də görmüşük. Rusiyanın Ermənistan hakimiyyətinə qarşı qeyri-rəsmi təsir vasitələrindən istifadə etdiyi dövrlər olub. Bunun Ermənistan iqtisadiyyatına nə qədər təsir edəcəyini demək çətindir. Amma seçkilərə az qalıb və düşünmürəm ki, bu cür addımlar erməni seçicilərinin qərarlarına təsir edəcək. Ermənistandakı insanlar Rusiya ilə münasibətlərimizin həqiqətən dəyişdiyini başa düşürlər. Müdafiə baxımından vəziyyət xeyli dəyişib: Rusiyanın Ermənistandakı iştirakı əhəmiyyətli dərəcədə azalıb. İqtisadi baxımdan, əlbəttə ki, ixracla məşğul olan bəzi Ermənistan biznesləri bunun təsirini hiss edəcəklər. Lakin insanlar hələ bu qərarları hiss etməyiblər. Deməzdim ki, orta statistik vətəndaş Moskvadan gələn təhdidlərə əsasən kimə səs verəcəyinə qərar verəcək. Aydındır ki, Ermənistanın Avropa yolu və Avropa Birliyi ilə mümkün inteqrasiyası gələcəkdə Rusiya-Ermənistan münasibətlərinə təsir göstərə bilər və edəcək. Amma mən deməzdim ki, insanlar Rusiyanın fiziki təcavüzünü ciddi şəkildə mümkün hesab edir". Ekspert xatırladır ki, Kreml Ermənistan seçkilərində rusiyalı milyarder və "Taşir" Qrupunun qurucusu Samvel Karapetyana güvənir: "Heç kim onun müəyyən sayda səs toplayacağına şübhə etmir. Onun yeni partiyasının seçki həddini aşıb parlamentə düşmə ehtimalı yüksəkdir. Sosioloqlar hesab edirlər ki, Samvel Karapetyan ikinci ən böyük partiyadır, lakin gördüyümüz bütün rəqəmlərə əsasən Paşinyanın partiyası qalib gəlir. Biz Paşinyanın təxminən 37%, Karapetyanın isə təxminən 12-13% səs toplayacağını gözləyirik". Bunlar fonunda Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu iddia edir ki, AB ilə inteqrasiya, hətta şaxələndirmə adı altında belə, Aİİ və Rusiya ilə əlaqələrin kəsilməsi deməkdir. Bu cür addımlar Ermənistan iqtisadiyyatını dərin böhrana aparacaq: “Açıq şəkildə demək istəyirəm: biz Ermənistanın AB ilə əlaqələrinin genişləndirilməsini, Avropa standartlarına keçidin yumşaldılmasını və sonrakı iqtisadi böhrandan qurtuluşunu maliyyələşdirməyəcəyik”. Onun sözlərinə görə, Ermənistan iqtisadiyyatının faktiki olaraq bütün real sektoru Rusiya ilə bağlıdır, İrəvan üçün Avropada bazar yoxdur: “Ermənistan təkcə kənd təsərrüfatı məhsulları sahəsində - hansı ki, 96%-dən çoxu Rusiya tərəfindən istehlak olunur - hər il 700 milyon dollardan çox itirəcək, minlərlə, bəlkə də on minlərlə iş yeri bağlanacaq”. Bu arada Avropa Birliyi Ermənistan hökumətinə Rusiyanın artan iqtisadi təzyiqi ilə bağlı daha çox yardım vəd edib. Qurumun genişlənmə üzrə komissarı Marta Kos Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla danışıb. Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər Aİ-Ermənistan ticarətini artırmaq üçün xüsusi mexanizmləri də müzakirə ediblər. Kos Rusiyanın artan iqtisadi təzyiqi qarşısında Aİ-nin Ermənistanla həmrəyliyini bir daha vurğulayıb. Komissar sosial şəbəkə X-də yazıb: "Biz qısa müddətdə Aİ-nin Ermənistana dəstəyini artırmağın yollarını axtarırıq. Həmçinin Cənubi Qafqazla və region daxilində ticarət, eləcə də enerji əlaqələrini gücləndirmək, Ermənistanın yaxın qonşuluğu ilə iqtisadi əlaqələrini dəstəkləmək üçün işimizi sürətləndirəcəyik". Maliyyə yardımından əlavə, Brüssel Ermənistan üçün ticarət sektorunda güzəştli şərtlər yaratmaq niyyətindədir. Söhbət Muxtar Ticarət Tədbirlərindən gedir. Bu rejim Ermənistandan bəzi məhsulların Avropa bazarına gömrük rüsumları və kvotalar olmadan daxil olmasını nəzərdə tutur. Belə bir rejim Rusiyanın genişmiqyaslı işğalından aylar sonra, 2022-ci ilin iyununda Ukraynaya münasibətdə tətbiq edilib. Moldova isə 2008-ci ildən Muxtar Ticarət Tədbirlərindən istifadə edir. 2014-cü ildə Rusiya Moldova şərablarının, meyvələrinin və ət məhsullarının idxalını qadağan edəndə AB bu imtiyazları daha da genişləndirmişdi. Ermənistan parlamentinin sədri Alen Simonyan isə qeyd edib: "Rusiya Federasiyasına müraciət edirəm: sanksiyalar ləğv edilməsə, Ermənistan öz problemlərini müstəqil şəkildə həll edəcək. Keçmişin səhvlərini təkrarlamayın".

Samirə SƏFƏROVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Makron Bakıya qarşı yeni plan qurub - bir özbək milyarderin üzərindən...

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

SON XƏBƏRLƏR

23.09.2026 / 18:29
Prezident İlham Əliyevin tapşırığı ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına yeni nəfəs verildi

23.09.2026 / 18:18
Avropa İttifaqı Gürcüstandan əl çəkmir - müxalifətə pul ayırır...

23.09.2026 / 18:06
Trampın jurnalistlərlə “müharibəsi” şiddətlənir...

23.09.2026 / 17:55
Fransa Azərbaycana Martin Ryanın əfv olunmasına görə təşəkkür etdi

23.09.2026 / 17:50
Dağ-mədən proqramı: gəlir iki dəfə artmalıdır, amma 5.3 milyard manat investisiya lazımdır...

23.09.2026 / 17:14
Əfv sərəncamının icrası başa çatdı

23.09.2026 / 16:40
Prezident İlham Əliyev BƏƏ Vitse-prezidentinə başsağlığı verdi

23.09.2026 / 16:21
Vüqar Rəhimzadə: Dağ-mədən sənayesinin inkişafı Azərbaycanın iqtisadi potensialını daha da gücləndirəcək

23.09.2026 / 16:08
Hərbiləşdirilmiş Mühafizə İdarəsi AZCON-un idarəetməsinə verildi

23.09.2026 / 16:06
“AzerGold”un Müşahidə Şurasının tərkibində dəyişiklik edildi

23.09.2026 / 15:54
"Ermənistana elə çip-lər verəcəyik ki, dünyanın az ölkəsində var"- ABŞ Ermənistanda nə və kimə qarşı hazırlayır?..

23.09.2026 / 15:48
“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirildi

23.09.2026 / 14:52
Trampın “Husilər taktikası”- Məkkə sazişlərinə qarşı düşünülmüş taktika...

23.09.2026 / 14:35
Mirzoyan Ermənistan hökumətinin TRIPP sazişi üzrə nümayəndəsi təyin edildi

23.09.2026 / 14:27
Onları ABŞ-dan Türkiyə gözləyirdi – 24 milyarda başqa dövlətə satdı... Səbəb?..

23.09.2026 / 14:14
İrəvanda keçirilməsi planlaşdırılan Azərbaycan və Ermənistan ekspertlərinin görüşü təxirə salındı

23.09.2026 / 14:08
Qafqaz Albaniyası və Efiopiya yazı sistemləri kontekstində erməni əlifbasının mənşəyi...

23.09.2026 / 13:59
Bərdədə “Kalaşnikov” satmaq istəyən şəxs tutuldu

23.09.2026 / 13:46
Kiyev iki rus oliqarxa qarşı sanksiyaların ləğvinə sərt reaksiya verdi - Zelenski ilə Lyayen arasında gərgin görüş...

23.09.2026 / 13:29
Oktyabrda Azərbaycanla Türkiyə elə sazişlər imzalayacaq ki... Gözləməyə dəyər...

23.09.2026 / 13:28
Rusiya Odessada yük gəmisini vurdu…

23.09.2026 / 13:14
ABŞ Dövlət katibi əmin danışdı - Putin Ukraynaya qarşı müharibədə qalib gələ bilməyəcək…

23.09.2026 / 13:11
Bodrumda yerli həyatın izində: Egey sahilinin fərqli üzünü kəşf edin - FOTOLAR

23.09.2026 / 12:56
İranla müharibədə ölən ABŞ hərbçilərinin sayı 19-a çatdı…

23.09.2026 / 12:42
Şara Trampa Nyu-Cersini İsrailə verməyi təklif edib - Onlara vermək üçün Qolan təpələriniz yoxdur, amma Nyu-Cersi sizindir…

23.09.2026 / 12:30
Prezident İsveçin yeni səfirini qəbul etdi - FOTO

23.09.2026 / 12:27
ABŞ bu gün “Tramp marşrutu” ilə bağlı yeni fondun yaradıldığını elan ediləcək…

23.09.2026 / 11:40
Fransaya casusluqda ittiham olunan Martin Ryan da əfv olundu

23.09.2026 / 11:36
Rusiya Ukraynaya daha bir genişmiqyaslı hücuma hazırlaşır - Zelenski xəbərdarlıq etdi…

23.09.2026 / 11:23
Prezident əfv Sərəncamı imzaladı

23.09.2026 / 11:17
Naxçıvanda 10 min manatlıq dələduzluq - tanınmış idmançı saxlandı...

23.09.2026 / 11:15
Prezident İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

23.09.2026 / 11:12
Prezident İlham Əliyev Səudiyyə Kralını təbrik etdi

23.09.2026 / 11:02
“Azərbaycanla dəmir yolu əlaqəsi quracağıq” - Paşinyan ABŞ-da TRIPP-dən danışdı…

23.09.2026 / 10:45
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı

23.09.2026 / 10:32
Hörmüz boğazında İranın Qeşm adası yaxınlığında güclü partlayış - 10 nəfər öldü…

23.09.2026 / 10:20
Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı təsdiqləndi

23.09.2026 / 10:15
Ev şəraitində hazırlanıb bazara çıxarılan qidalara sertifikat tələbi olunur? - AQTA-dan iddialara cavab...

23.09.2026 / 09:53
Bü gün Nyu-Yorkda Lavrov və Rubio arasında görüş keçiriləcək

23.09.2026 / 09:42
Rusiya erməniləri Avropaya inteqrasiyanın təhlükələrini qiymətləndirməyə çağırdı…

23.09.2026 / 09:37
Fransa Avroittifaqın sanksiya qərarından yararlana bilmədi - Usmanov siyahıdan çıxarıldı

23.09.2026 / 09:25
Uzun mübahisələrdən sonra Qrenlandiyanın təhlükəsizliyi ilə bağlı saziş imzalandı - Tramp istədiyini aldımı...

23.09.2026 / 09:19
Məmməd Musayevə ilə cinayət işi açıldı...

23.09.2026 / 08:52
Restoranda müştərinin bank kartını oğurlayıb 1590 manatını ələ keçirdi...

23.09.2026 / 08:29
Ceyhun Bayramov ABŞ Prezidentinin ev sahibliyi etdiyi qəbulda iştirak edib

23.09.2026 / 08:10
Ceyhun Bayramov Əraqçi ilə görüşdü....

22.09.2026 / 23:34
Ərdoğanın BMT-də çıxışı zamanı İsrail heyəti, Trampın çıxışı zamanı isə kubalılar zalı tərk etdi…

22.09.2026 / 23:08
Nyu-Yorkda ABŞ və İran arasında 3 saat davam edən sürpriz görüş - Tramp açıqladı…

22.09.2026 / 22:53
Səfirlik İranda qalan vətəndaşlarımızın ölkəyə qayıtması məsələsinə aydınlıq gətirdi - quru yolla...

22.09.2026 / 22:47
İran Hörmüzü açmaq üçün ABŞ qarşısında şərt qoydu – blokada və hərbi təzyiqi dayandırın...

22.09.2026 / 22:30
NATO Rusiya sərhədində nüvə silahı yerləşdirir - Litva ilk addımı atdı...

22.09.2026 / 22:19
Lukaşenkonun Suvalk təlimi - Avropa Rusiya ilə müharibə hazırlığına başladı...

22.09.2026 / 22:12
"...Azərbaycan və Ermənistan arasında davamlı sülh bərqərar olacaq" - Ərdoğan

22.09.2026 / 21:57
Vahid məktəbli formasına xor baxanlara mesaj - Bilirsiniz bu forma nələr edir...

22.09.2026 / 21:35
Sərhədlər açıq olsaydı Rusiya Tiflisə qarşı bu planı Bakıya da tətbiq edərdi...

22.09.2026 / 21:18
Özbəkistanın Türkiyə dəmiryollarına çıxışı Naxçıvana böyük gələcək vəd edir...

22.09.2026 / 21:02
Putin Ermənistan dövlətini təbrik etdi, Paşinyanı təbrik etmədi...

22.09.2026 / 20:43
Paşinyan mövqeyini dəyişmir: Rusiyanın Ermənistan dəmir yollarını idarə etməsinə son qoyulmalıdır...

22.09.2026 / 20:27
Revanşçılar Ermənistanın müstəqilliyini Kərki kəndində qeyd etdilər - Kərki ilə bağlı plan gözlərində qalacaq...

22.09.2026 / 20:23
“Formula 1”lə əlaqədar sabahdan universitetlərdə dərslər distant olacaq

22.09.2026 / 20:10
Xristianlığı dövlət dini kimi ilk qəbul edən Azərbaycan dövləti - Erməni iddiaları zibilliyə atıldı...

22.09.2026 / 19:54
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının açılışında iştirak edib

22.09.2026 / 19:47
İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırılır...

22.09.2026 / 19:36
Lənkəranda evdən içərisində 75 min manat olan seyf oğurlandı...

22.09.2026 / 19:30
"Azərbaycan Prezidenti bildirdi ki, 6 ayda möcüzə yaratmışam" - Tramp

22.09.2026 / 19:27
Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı oldu - FOTO/VİDEO

22.09.2026 / 19:16
Makron Bakıya qarşı yeni plan qurub - bir özbək milyarderin üzərindən...

22.09.2026 / 19:04
Kommunist Partiyasının siyasi varisi Almaniyada hakimiyyətə gəlir

22.09.2026 / 18:55
Azərbaycandan Gürcüstanın ərazi bütövlüyünə tam dəstək - qondarma “seçkiləri”ni tanımırıq...

22.09.2026 / 18:48
Ermənistanın baş kəşfiyyatçısı Bakıda

22.09.2026 / 18:30
Tramp Çinlə birlikdə Rusiyaya qarşı “süni intellekt planı” işləyir...

22.09.2026 / 18:16
Avropanın elektrik təminatı Azərbaycan və Türkiyənin əlində cəmləşə bilər... Oktyabrda saziş...

22.09.2026 / 17:59
Paşinyan 102-ci bazadan sonra Rusiya sərhədçilərinin də ayağını ölkədən kəsmək istəyir...

22.09.2026 / 17:45
Neft 120 dollara qalxır - Yəməndə münaqişənin təsirləri regionun hüdudlarını aşdı...

22.09.2026 / 17:20
Azərbaycanla Türkiyə hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə edib

22.09.2026 / 17:15
Özbəkistan Fransa ilə İlham Əliyevdən xəbərsiz nə hazırlayıb - Usmanov işi...

22.09.2026 / 16:57
Eldəniz Quliyev: “Yaranan situasiya ilə əlaqədar yeganə çarəmiz ölkə başçısına müraciət etmək idi” - MÜSAHİBƏ

22.09.2026 / 16:39
ABŞ mliyyə naziri Hörmüz boğazı barədə inanılmaz sözlər danışdı...

22.09.2026 / 16:08
Putin Duma seçkisindən sonra ümumi səfərbərlik edəcək – Avropada panika...

22.09.2026 / 15:45
Ərdoğan BMT TŞ-də veto hüququnun ləğvini istədi – Rusiya qarşı çıxdı...

22.09.2026 / 15:37
Kənan Musayev: “Tələbimiz odur ki, alternativ namizdələrin iştirakı ilə seçki yenidən keçirilsin”

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ