çərşənbə axşamı günü, 28 iyul 2026
     

İran savaşı ABŞ-da idarəçilik böhranı yaradır - Konqres prezidentə qarşı sərt hərəkətə keçdi...

Image


ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Donald Trampın İrana qarşı hərbi kampaniyasını məhdudlaşdırmaq məqsədilə müharibə səlahiyyətlərinə dair qətnamə qəbul edib. Bu addım hər iki partiyanın administrasiyaya etirazı kimi qiymətləndirilir. Bu arada dövlət katibi Marko Rubio ABŞ-ın Tehrana qarşı əməliyyatlarının başa çatdığını bildirib.

Nümayəndələr Palatası iyunun 3-də keçirilən səsvermədə qətnaməni 215-208 səs nisbəti ilə qəbul edib. Dörd respublikaçı konqresmen də demokratlarla birlikdə sənədin lehinə səs verib. Nyu-Yorkdan olan konqresmen Qreqori Miksin təqdim etdiyi qətnamədə Trampdan ABŞ Silahlı Qüvvələrini İrana qarşı hərbi əməliyyatlardan geri çəkmək tələb olunur. Sənədə əsasən, bu növ əməliyyatlar yalnız Konqres rəsmi şəkildə müharibə elan etdikdə və ya hərbi gücdən istifadəyə icazə verdikdə aparıla bilər. Qətnamə baxılması üçün Senata göndərilib. Hazırda Senatda da müharibə səlahiyyətləri ilə bağlı ayrıca qətnamə layihəsi müzakirə edilir. Hər iki palata sənədi qəbul etsə belə, Trampın öz səlahiyyətlərinin məhdudlaşdırılması cəhdlərinə veto qoyacağı gözlənilir. Nümayəndələr Palatasının qəbul etdiyi cari sənəd birbaşa hüquqi qüvvəyə malik deyil və simvolik addım sayılır. Bu səsvermə üç aydan çoxdur davam edən münaqişəyə qarşı Konqresin indiyədək göstərdiyi ən sərt reaksiya hesab olunur. Miks səsvermədən sonra verdiyi bəyanatda hərbi kampaniyanın qarşıya qoyulan məqsədlərə nail olmadığını və İranın nüvə proqramı ilə bağlı diplomatik həll səylərinə zərbə vurduğunu qeyd edib: "Əksinə, bu kampaniya İranın nüvə proqramının diplomatik yolla nizamlanması perspektivini daha da uzaqlaşdırıb". Nyu-Yorkdan olan demokrat siyasətçi artan yanacaq qiymətlərini və münaqişənin maliyyə yükünü də vurğulayıb. O, amerikalıların həm bahalaşan benzinin, həm də cəmiyyətin böyük hissəsi tərəfindən dəstəklənməyən müharibənin xərclərini ödəmək məcburiyyətində qaldığını deyib. Palatadakı respublikaçı rəhbərlər isə bu hərbi kampaniyanın Konqresin icazəsini tələb edən genişmiqyaslı müharibə olmadığını irəli sürürlər. Onların fikrincə, prezidentin səlahiyyətlərinin məhdudlaşdırılması Tehran rejiminə üstünlük verə bilər. Buna baxmayaraq, respublikaçılar arasında da narazılıq artmaqdadır. Tomas Massi, Brayan Fitspatrik, Tom Barrett və Uorren Devidson kimi konqresmenlər öz partiyadaşlarının əksəriyyətindən fərqli olaraq qətnamənin lehinə səs veriblər. Səsvermədən bir neçə saat əvvəl Marko Rubio Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsindəki çıxışında administrasiyanın siyasətini müdafiə edib. Rubio ABŞ-ın hərbi kampaniyasına toxunaraq deyib: "Epik Qəzəb" əməliyyatı başa çatdığı üçün artıq İranın hərbi potensialını zəiflətmək məqsədilə ölkə daxilinə davamlı zərbələr endirmirik". O, Vaşinqtonun qarşıya qoyduğu əsas hədəflərə çatdığını əlavə edib və həmçinin vurğulayıb ki, administrasiyanın məqsədi heç vaxt Tehranda rejim dəyişikliyi olmayıb: "İranda dəyişiklik və ölkənin xalq tərəfindən idarə olunmasını istərdik, amma bu, bizim hərbi missiyamızın məqsədi deyildi".

Rubionun sözlərinə görə, Vaşinqtonun məqsədi İranın regionu raket və dron hücumları ilə təhdid etmək gücünü sarsıtmaq olub. O, bu hərbi potensialın beynəlxalq birliyin İranın nüvə ambisiyalarına təsir göstərmək rıçaqlarını zəiflətdiyini vurğulayıb. Amma Yaxın Şərqdəki böhranı cilovlamaq üçün göstərilən diplomatik səylərlə paralel olaraq gərginlik də yüksəlməkdədir. Bu fonda Vaşinqtonda İsrail və Livan rəsmiləri arasında ABŞ-ın vasitəçiliyi ilə danışıqların dördüncü raundu keçirilib. Marko Rubio Konqresdəki çıxışında Tehranla nüvə danışıqlarının bərpa olunacağına ümid etdiyini bildirib. Amma onu da əlavə edib ki, Hörmüz boğazının yenidən açılması qarşılığında İrana qarşı sanksiyalar yumşaldılmayacaq və belə bir addım yalnız İranın nüvə proqramındakı addımları ilə əlaqələndiriləcək. "New Lines" Strategiya və Siyasət İnstitutunun baş analitiki Daniya Arayssinin qənaətincə, Tehran Livanı Vaşinqtonla aparılan istənilən danışıqlarda vasitəyə çevirməyə çalışır. Livan hökuməti uzun illərdir ölkənin suverenliyini və sərhəd nəzarətini təmin etməyə can atsa da, İranın təlimatları ilə idarə olunan "Hizbullah" qruplaşması İsrailə qarşı hücumları dayandırmır. ABŞ bu qruplaşmanı bütövlükdə, Avropa İttifaqı isə yalnız hərbi qanadını terror təşkilatı kimi tanıyır: "Tehran İsrailə qarşı təzyiqi saxlamaq üçün "Hizbullah"dan Livanda bir vasitə kimi istifadə edir. Livan hökuməti mövcud problemlərin həlli və "Hizbullah"ın silahsızlaşdırılması üçün İsraillə əməkdaşlığa hazır olduğunu açıq şəkildə bəyan edib... Gözləntim budur ki, Livan hökuməti və İsrail ABŞ-nin köməyi ilə “Hizbullah” barədə, xüsusilə də onun Livandakı silah-sursat anbarları haqqında kəşfiyyat məlumatlarını bir-biri ilə bölüşəcəklər. Bu, hər iki tərəf üçün faydalı nəticələrin əldə olunmasına kömək edə bilər. Həmçinin Livan və İsrail arasında atəşkəsin davam edəcəyini, hətta genişləndirilə biləcəyini gözləyirəm. Bu prosesdə ABŞ əsas vasitəçi rolunu oynayacaq". Arayssi İranla danışıqlarda ciddi nəticənin nüvə proqramı ilə bağlı irəliləyişdən asılı olduğunu qeyd edir. ABŞ administrasiyası İranın nüvə fəaliyyətinin 20 il müddətinə dondurulmasını təklif etsə də, Tehran bu təklifi rədd edib. Onun sözlərinə görə, gələcək razılaşmalarda İsrailin təhlükəsizliklə bağlı narahatlıqları da mütləq nəzərə alınmalıdır. Təhlilçi "Hizbullah" daxilində fikir ayrılıqlarının olduğunu bildirib. Bir tərəfdən qruplaşma İrandan göstərişlər alır, digər tərəfdən isə Livanda müharibədən yorulan şiə əhalinin təzyiqi ilə üzləşir. Onun qənaətincə, "Hizbullah"ın maliyyə və siyasi imkanları əvvəlki səviyyədə deyil və təşkilat sonda atəşkəsi qəbul etməyə məcbur olacaq. Arayssi vurğulayır ki, İranın qərarvermə prosesində qeyri-müəyyənlik artır və hakimiyyət daxilində fikir ayrılıqları yaranır. Bir qrup beynəlxalq ictimaiyyətlə daha praqmatik münasibətlərin tərəfdarı olduğu halda, digər qrup İranın nüvə proqramını qorumaqda israrlıdır. Bu amil də danışıqlar prosesini çətinləşdirir. Bütün bu böhranlar yeni regional nizamın formalaşdığını göstərir, yoxsa hər bir məsələyə ayrıca yanaşmaq lazımdır? Təhlilçinin fikrincə, ABŞ yeni regional nizamın formalaşdığını qəbul etməlidir. İran öz maraqları və dünyagörüşü olan mühüm regional aktordur. Əsas iş riskləri azaltmağa və münaqişələrin qarşısını almağa xidmət edən etimad, eləcə də kommunikasiya mexanizmlərinin yaradılmasıdır: "Biz artıq regionun digər ölkələrində, o cümlədən Səudiyyə Ərəbistanında mülki nüvə imkanları ilə bağlı müzakirələrin şahidi oluruq. Bu isə o deməkdir ki, nüvə texnologiyasının başqa ölkələrə qarşı təhdid vasitəsinə çevrilməməsini təmin edən çərçivələr yaradılmalıdır".

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Bankı ləğv edilən Mehdiyev nələrdən oldu?..

Rusiya gizli görüşü danır - Belə də Putinin inanılmış adamı müharibədən 2 həftə sonra Bakıya niyə gəlmişdi?

Azərbaycan Türkiyədən S-400 raketlərini almalıdırmı?..

SON XƏBƏRLƏR

28.07.2026 / 15:43
İran yenə Ermənistanın xilaskarına çevrilmək istəyir

28.07.2026 / 15:35
“Polis üzümü islatmadan saqqalımı zorla qırxdı” - Tacikistanın hicab və saqqal davası qızışır...

28.07.2026 / 15:17
Avropanın “cəhənnəm odu”: yüz minlərlə insan Fransa və İspaniyadan qaçır

28.07.2026 / 15:09
Tramp Netanyahuya Türkiyənin F-35-ləri ilə bağlı sərt təpindi – “mən özüm bilərəm”...

28.07.2026 / 14:06
Elçin Hüseynli Azərbaycanın İtaliyada yeni səfiri təyin edildi

28.07.2026 / 13:54
Özəl şirkətlər ƏDV hesablarındakı vəsaiti DSMF-yə yönəldə biləcəklər...

28.07.2026 / 13:50
İraqdakı İranyönlü şiə qruplar Səudiyyəni hədələdi - bizə hücum olsa...

28.07.2026 / 13:43
Azərbaycanla Ukrayna arasında mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında Müqavilə təsdiqləndi

28.07.2026 / 13:39
Yaponiyanın cənubunda 7,1 bal gücündə zəlzələ - sunami xəbərdarlığı edildi...

28.07.2026 / 13:25
Ukrayna Moskvada daha bir logistika mərkəzini vurdu…

28.07.2026 / 13:10
İrandan Azərbaycana 7 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

28.07.2026 / 12:53
Putin Prezident İlham Əliyevə zəng edib

28.07.2026 / 12:38
Dini inanclı insanlarla bağlı paylaşım edən şəxs saxlandı

28.07.2026 / 11:56
Ukraynanın keçmiş prezidenti Yanukoviç soyadını dəyişdirdi və Soçiyə köçdü…

28.07.2026 / 11:41
Rəsmi Bakıdan Rusiya XİN-ə sərt təpki - buna son qoyulmalıdır...

28.07.2026 / 11:19
Qara dənizdə Rusiyanın vurduğu Türkiyə gəmisi batdı...

28.07.2026 / 11:01
ŞOK!!! İran Tramp ailəsini açıq sui-qəsdlə təhdid etdi - "Bizi gözləsin"…

28.07.2026 / 10:45
Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlandı

28.07.2026 / 10:27
Abşeronda uşaq yanan doqquzmərtəbədən özünü atdı...

28.07.2026 / 10:22
Zelenski Trampla görüşmək üçün ABŞ-a getdi...

28.07.2026 / 10:04
ABŞ danışıqlar sona çatana qədər Hörmüzün açıq qalmasını istədi, İran rədd etdi…

28.07.2026 / 09:47
Azərbaycan nefti 95 dollara satılır

28.07.2026 / 09:12
Putindən ordu ilə bağlı yeni qərar – şəxsi heyətin sayı 27 min nəfər artdı…

28.07.2026 / 08:25
İran Ukraynanı qisasla hədələdi - Xəzərdə dənizçinin ölümünə görə…

28.07.2026 / 08:12
İran Hörmüzü keçən Rusiya gəmilərinə xüsusi imtiyaz verir

28.07.2026 / 07:58
Livan öz ərazisindən Aralıq dənizinə “neft yolu” təklif etdi

28.07.2026 / 07:47
Tramp İranı Venesuela ilə müqayisə etdi - “…onlar məğlub edilməlidir”…

28.07.2026 / 07:39
İran-Oman danışıqları yenidən başladı, ikincilər nikbindir

27.07.2026 / 23:20
Tərəkəmə/Köçəri mədəniyyətin Başkənd yurd ocaqları və tarixi-coğrafi səciyyəsi...

27.07.2026 / 22:47
Rumıniya bir rus diplomatını ölkədən qovdu, Moskvadakı səfirini isə geri çağırdı…

27.07.2026 / 22:25
Putin Paşinyandan tələb etdi - AİB-lə bağlı referendumu mümkün qədər tez keçirin…

27.07.2026 / 22:08
Bakının maliyyələşmə təklifinə ciddi baxmasa, Avropa qışda qaz tapmayacaq - anbarlar boşdur...

27.07.2026 / 21:51
Xəzərdə müharibə gedir - İran Avropanı və Ukraynanı hədələdi...

27.07.2026 / 21:36
Rusiya Ermənistanı tam çökdürür, fermerlərin narazılığı artır...

27.07.2026 / 21:22
Səfir ABŞ-ın İrana qarşı quru əməliyyat planını (?) açdı...

27.07.2026 / 21:20
Husilər Səudiyyənin neft zavodlarını məhv edəcəklərini açıqladı...

27.07.2026 / 21:09
Ermənistan şirkətləri də faktiki olaraq geosiyasi vəziyyətin girovuna çevriliblər...

27.07.2026 / 21:03
Husilər Səudiyyənin liman şəhərində neft obyektlərini bombaladı…

27.07.2026 / 20:55
Ermənistanın yeni enerji dəhlizi ABŞ və Rusiyanın xoşuna gələcəkmi...

27.07.2026 / 20:40
BMT və NATO-da Rusiyaya qarşı 2 gediş - Putin hələ də Trampı “tumarlayır”... niyə?

27.07.2026 / 20:27
Moldova separatçı Dnestryanı problemini su və Ukrayna vasitəsilə həll etməyə çalışır

27.07.2026 / 20:18
Zelenski İranla münasibətlərin pisləşməsinə münasibət bildirdi – birinci onlar bizə hücum edib…

27.07.2026 / 20:10
ABŞ İranda yenidən iğtişaşlar yaratmaq istəyir

27.07.2026 / 19:56
Neft sənayesinə zərbələr və Ukrayna ssenarisi: ruslar Qazaxıstanı seçim qarşısında qoyur...

27.07.2026 / 19:40
Ukrayna səfiri Hindistan Xarici İşlər Nazirliyinə çağırıldı

27.07.2026 / 19:26
Tramp və İrandan ziddiyyətli açıqlamalar – biri “danışıqlar aparırıq” deyir, digəri “heç bir danışıq aparılmır” deyir…

27.07.2026 / 19:11
Fransa səfiri İran XİN-ə çağırıldı - üzr istəməlisiniz…

27.07.2026 / 18:53
34 yaşlı xanım baş direktor Putinin ən böyük kabusu oldu – HHM sistemləri çökdü, Kremlin bütün planları alt–üst oldu…

27.07.2026 / 18:30
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində prokurorlar çıxış edib

27.07.2026 / 18:02
Ermənistanın eks-ombudsmanı TRİPP-i aparıb Bjezinskiyə bağladı

27.07.2026 / 17:45
Zelenski Britaniyada dron zavodu qurmaq fikrindədir

27.07.2026 / 17:38
Üç düşmən ölkə Türkiyəyə qarşı ittifaq qurdu - “Axilles qalxanı”...

27.07.2026 / 17:10
ABŞ vitse-prezidenti İran kampaniyasının genişlənməsindən niyə narahatdır?..

27.07.2026 / 17:03
Lerikdə saxlanan şübhəli şəxsin maşınından 9 kq narkotik çıxdı - VİDEO

27.07.2026 / 16:55
Tramp Netanyahu ilə görüşdən imtina etdi - "İsrail ABŞ-ın planını pozur" iddiaları...

27.07.2026 / 16:48
Maşını cərimə meydançasına aparılan sürücülərə ödənilən pul bu hallarda geri qaytarılacaq...

27.07.2026 / 16:38
MEDİA-dan İranın AzTV qərarına sərt reaksiya - "Səhər" TV və "Mehr"in Azərbaycanda fəaliyyəti qanunsuz elan edildi

27.07.2026 / 16:32
Türkiyənin turizmi ABŞ-da nüfuzlu mükafatlar qazandı

27.07.2026 / 16:27
“Sərdarı, Bünyadı var” - sovetin ideoloji qalıqları olan mahnılar...

27.07.2026 / 15:56
Qazaxıstan prezidentinin Putinə "ana mesajı" - "vasitəçilik ermək istəmirəm, müharibəni özünüz dayandırın"...

27.07.2026 / 15:37
ABŞ Mərkəz komandanlığı Trampın İran əməliyyatlarına qarşı çıxdı...

27.07.2026 / 15:25
Ukrayna donanması rəsmən NATO strukturuna daxil edildi...

27.07.2026 / 15:10
Ukrayna Udmurtiyada Rosrezerv neft bazasını vurdu…

27.07.2026 / 14:52
Avropanın böyük ölkələrinin Aİ-ni ələ keçirmək planı… Gürcü spiker üsyan etdi – “artıq üzvlüyün nə mənası var?”

27.07.2026 / 14:26
İran ABŞ-a açıq bir mesaj göndərdi - buna icazə vermədik və verməyəcəyik…

27.07.2026 / 14:11
Hörmüz boğazında gecə gərginliyi - İran 6 gəmini saxladı, biri qəzaya uğradı...

27.07.2026 / 13:47
Husilər Səudiyyənin neft zavodlarını məhv edəcəklərini açıqladı...

27.07.2026 / 13:39
Prezident Azərbaycanda keçiriləcək U-15 dünya çempionatı və festivalı ilə bağlı Sərəncam imzaladı

27.07.2026 / 13:33
İstanbul şəhərinə yeni baş konsul təyin edildi

27.07.2026 / 13:31
Azərbaycanın Qars şəhərindəki baş konsulu dəyişdi

27.07.2026 / 13:29
Azərbaycanın İstanbuldakı baş konsulu geri çağırıldı

27.07.2026 / 13:11
Tramp İranla bağlı üç mümkün ssenarini nəzərdən keçirir...

27.07.2026 / 12:57
Laçında bir tondan çox çətənə kolu məhv edildi

27.07.2026 / 12:43
Ukrayna Rostovda ixrac terminalını, Yaroslavl və Udmurtiyada neft obyektlərini vurdu - VİDEO

27.07.2026 / 12:11
İranla müharibədə ölən ABŞ əsgərlərinin sayı ilə bağlı qalmaqal – Pentaqon sayı azaltdı...

27.07.2026 / 11:57
Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

27.07.2026 / 11:43
İki gündə 76 cinayətin üstü açıldı, 57 şübhəli saxlandı...

27.07.2026 / 11:38
Putin orduya vur emri verdi – bunu edən ölkələr Rusiya ordusu ilə qarşılaşacaq...

27.07.2026 / 11:25
Ağdamın Kəngərli və Papravənd kəndlərində baş verən yanğınlar söndürüldü

27.07.2026 / 11:12
Azərbaycanın dövlət borcu açıqlandı

27.07.2026 / 11:04
ChatGPT-in böyük təhlükəsi ortaya çıxdı - istifadəçilərə bioloji silahların necə yaradıldığını öyrədir...

Süni intellekt texnologiyaları təhsil proqramlarına necə inteqrasiya olunur...

XƏBƏR ARXİVİ