Tramp bu gün səhər üzü Venesuelanın paytaxtı Karakası vurdu. Artıq şəhərdən duman və tüstü qalxır... Deyilənə görə, Karakasın bir neçə kilometrliyində hərbi baza vurulur... Ancaq bir neçə şəhərin işığı kəsilib...
Bunu "Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
“Deyəsən 2026 "müharibələr ili" olacaq. Allah qorusun hamını... İran, Suriya, Yəmən, Somali, Tayvan, Ukrayna - görün neçə yerdə müharibə ocaqları alovlanır... Somalidə Türkiyə ilə İsrailin toqquşa biləcəkləri də ehtimallar sırasındadır... Ən pisi odur ki, artıq ölkələrin çəkinmədən bir-birinə hücum etməsi adi hal almaqdadır...”
Tahir TAĞIYEV