Bazar ertəsi günü, 28 sentyabr 2026
     

Ermənistan öz enerji təhlükəsizliyini tədricən Azərbaycana etibar edə bilər...

Image


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Gürcüstandan olan həmkarı Maka Botçorişvili ilə telefon danışığı qarşıdakı dövr ərzində Bakı və İrəvan arasında ticarətin davam edəcəyini göstərir. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, tərəflər bölgədə ticarət və kommunikasiya məsələləri barədə müzakirə apararaq bu istiqamətdə səyləri alqışlayıblar.

Bu xüsusda qeyd edilir: “Azərbaycan neft məhsullarının Gürcüstan üzərindən Ermənistana ixracı ilə bağlı tarif məsələsində əldə olunmuş razılığı məmnuniyyətlə qeyd edən nazirlər bu istiqamətdə işlərin davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar. Nazir Ceyhun Bayramov Gürcüstan rəhbərliyinin operativ qaydada məsələni həll etdiyinə görə qarşı tərəfə təşəkkürünü bildirib”.

Bundan əvvəl Ermənistan iqtisadiyyat naziri Qevorq Papoyan deyib ki, Gürcüstan dəmir yolları vasitəsilə Azərbaycandan Ermənistana yüklərin tranziti üçün ilkin tarif nisbətən yüksəkdir və rəqabətədavamlı deyil, lakin bu məsələ ilə bağlı danışıqlar davam edir: “Bir tərəfdə Gürcüstan dəmiryol şirkəti, digər tərəfdə isə taxıl və ya benzin idxal edən şirkətlər var. Təbii ki, onlar danışıqlar aparmalı və ən yaxşı variantı tapmalıdırlar”. Belə fikirlər də səslənirdi ki, Gürcüstan Azərbaycandan Ermənistana yanacaq tranziti üçün əsassız yüksək tarif tələb edib. Daha sonra Tiflis neft məhsullarının ilk partiyasının Gürcüstan tərəfindən pulsuz çatdırılacağını açıqlayıb. Bu barədə 2025-ci ilin yekunlarına dair hesabatı təqdim edərkən Ceyhun Bayramov da danışıb. Nazirin sözlərinə görə, Azərbaycan tərəfi bu tariflərin mövcud nəqliyyat və bazar şərtlərinə uyğun olmadığını diqqətə çatdırıb. Qısa müddət ərzində Gürcüstan rəhbərliyi məsələni nəzərdən keçirib və operativ müdaxilə nəticəsində vəziyyət tamamilə dəyişib: “Nəticədə tariflər şəffaflıq prinsipi əsasında, bazar və praktiki şərtlərə uyğun şəkildə şirkətlər arasında razılaşdırılıb və müvafiq müqavilə əldə olunub”. Xatırladaq ki, dekabrın ortalarında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Ermənistana 1220 ton Aİ-95 markalı benzin çatdırıb. Yanacaq ixracı barədə razılaşma noyabrın 28-də Qəbələdə əldə olunub. Həmin gün Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev ermənistanlı həmkarı ilə Mher Qriqoryanla görüşmüşdü. Hazırda Ermənistan yanacağının 60 faizindən çoxunu Rusiyadan idxal edir, qalanı isə İran, Rumıniya, Malta və Türkiyədən gəlir. Amma Azərbaycanın payının da artması gözlənilir. Ermənistanda isə revanşistlərin Azərbaycan benzinini boykot etmək çağırışları uğursuz olub. Ermənistan mediası bir neçə gün öncə bazara çıxarılan Azərbaycan benzininin sürətlə satıldığı haqda məlumat yayıb. Məlumata görə, Azərbaycan benzini daha münasib və keyfiyyəti yanacaq kimi qiymətləndirilir. Azərbaycan benzininin sürətlə satılması erməni revanşistləri məyus edib. İranşünas, Azərbaycana qarşı çağırışları ilə tanınan Vardan Voksanyan təəssüflə yazır ki, bu mənzərə utancvericidir: “Azərbaycan benzininin sürətlə satılması narahatlıq yaradır. Bu benzin digərləri ilə müqayisədə 90 dram daha ucuzdur. Bu, o qədər də əhəmiyyətli fərq olmasa da, sürücülər kütləvi şəkildə Azərbaycan benzini alırlar. Bu həm də sosial deqradasiyanın və istehlakçılığın “milli şərəf və ləyaqət” üzərində qələbəsinin göstəricisidir”.

Həmçinin Azərbaycan benzinin satışını həyata keçirən şirkətlərdən biri olan “Mega Trade” də bunu konkret rəqəmlərlə təsdiq edir. Şirkət ona məxsus “Run Oil” yanacaqdoldurma məntəqələrində tariflərin endirilməsi səbəbindən benzin satışlarının kəskin şəkildə artdığını bildirir. Burada bir litr Azərbaycan premium benzini 520 drama deyil, 430 drama satılır. “Mega Trade” şirkətinin direktoru Karen Hayriyan paytaxt İrəvan da daxil olmaqla Ermənistanın müxtəlif bölgələrindəki bütün “Run Oil” yanacaqdoldurma məntəqələrində Azərbaycan benzininin satışının həyata keçirildiyini qeyd edir: “Satış həcmlərinin əvvəlki ilə müqayisədə artıq dörd dəfə artdığını təsdiqləyə bilərəm. Gözlənildiyi kimi, məhsulun mənşəyi nəyəsə həlledici təsir göstərmir”. İqtisadiyyat naziri Gevorq Papoyan da əmindir ki, benzinin Azərbaycan mənşəli olması satışa maneə ola bilməz. Papoyan vurğulayır ki, elə türk brendləri Ermənistanda bazarda ən çox satılan geyim mağazaları arasında lider mövqe tutur. Azərbaycan faktorunun benzin idxal edən hanısa bir şirkətə zərər verməsinin mümkünlüyü barədə suala o, belə cavab verib: “Bu mümkün deyil. 3 nəfər Azərbaycan benzininin əleyhinə yazır, 300 nəfər 90 dram daha ucuz benzin almağa gedir”. Digər tərəfdən erməni biznes dairələri də Azərbaycanla ticarətdə maraqlı tərəf kimi çıxış edir. Baş nazir Nikol Paşinyan yaxın gələcəkdə Ermənistandan Azərbaycana ixracın olacağını istisna etmir: “Baş verənlərin miqyasını qiymətləndirmək çox vacibdir və mən göstərmək istəyirəm, göstərirəm, bəyan edirəm ki, sülh reallıqdır. Və bu reallığın konkret ifadə formaları var. Ümid edirəm ki, yaxın gələcəkdə Ermənistan və Azərbaycan arasında ikitərəfli ticarət fenomeni olacaq. İndi Azərbaycandan Ermənistana idxal var. Ümid edirəm ki, Ermənistandan Azərbaycana ixrac da olacaq”. Bəs Ermənistan Azərbaycana nə ixrac edə bilər? İqtisadiyyat naziri Gevorq Papoyan iddia edir ki, bu cür məhsullar var: “Kənd təsərrüfatı məhsulları, alüminium folqa, qızıl-zinət əşyaları, ferromolibden, mürəbbələr və sair. Yəni, biz Azərbaycanın idxalına, ixracımıza baxdıq, düşünürük ki, Azərbaycan bazarının ehtiyac duyduğu məhsullar var və əgər biznes icmamız rəqabətli qiymət təklif edə bilirsə, düşünürəm ki, Azərbaycan tərəfi bundan imtina etməyəcək”.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

27.09.2026 / 00:03
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ