şənbə günü, 08 avqust 2026
     

İsrailin Somalilandı dövlət kimi tanımasının arxasında qorxunc plan üzə çıxır...

Image


Somali prezidenti Həsən Şeyx Mahmud İsrailin özünü müstəqil elan edən Somaliland bölgəsini tanımasını dünyanın və regionun təhlükəsizliyinə və sabitliyinə təhdid kimi xarakterizə edib. Növbədənkənar parlament iclasında Mahmud bu tanınmanın Somali Respublikası xalqının suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və birliyinə qarşı açıq bir hücum olduğunu bildirib.

Somalinin baş naziri Həmzə Abdi Barre İsrailin tanınma qərarını ölkəsinin suverenliyinə qəsdən edilən hücum adlandırıb.

Xatırladaq ki, İsrailin baş naziri Binyamin Netanyahu bu günlərdə ölkəsinin Somalidən birtərəfli şəkildə müstəqilliyini elan edən Somalilandı tanıdığını açıqlayıb. İsrail bu əraziləri rəsmi olaraq tanıyan ilk ölkə olub. İsrail Baş nazirinin ofisindən verilən açıqlamaya görə, Netanyahu, İsrail xarici işlər naziri Gideon Saar və Somaliland “lideri” Məhəmməd Abdullahi birgə bəyanat imzalayıblar. Somalinin Ərəb Liqasındakı nümayəndəsi Əli Əbdi Avare də İsrailin qərarının beynəlxalq hüququn, Ərəb Liqası və Afrika Birliyinin nizamnamələrinin ciddi şəkildə pozulması olduğunu bildirib. O, həmçinin xəbərdarlıq edib ki, bu tanınma İsrailin fələstinlilərin məcburi köçürülməsinə yanaşmasını əks etdirir. Əli Əbdi Avare Somalinin Fələstin xalqının qovulması cəhdlərinin bir hissəsi olmayacağına söz verib. Ramallahda yerləşən WAFA xəbər agentliyinin məlumatına görə, Fələstinin Ərəb Liqasındakı nümayəndəsi Muhannad El Aklouk İsrailin Somalilanddan, xüsusən də Qəzza zolağından fələstinliləri zorla qovmaq məqsədi daşıyan planların bir hissəsi kimi istifadə etməyə cəhd etdiyi barədə xəbərdarlıq edib. O, həmçinin bildirib ki, fələstinlilər heç bir bəhanə ilə zorla köçürülə bilməzlər. Fələstin Xarici İşlər Nazirliyi də yazılı açıqlamada bildirib ki, İsrail əvvəllər Somaliland ərazisini “xüsusilə Qəzza zolağından olan fələstinlilərin məskunlaşması üçün hədəf” kimi təklif etmişdi. Nazirlik Somalilandın müstəqil dövlət kimi tanınmasını İsrailin regional və beynəlxalq sülhü pozmaq üçün daha geniş səylərinin bir hissəsi kimi təsvir edib. HƏMAS-ın bu fonda verdiyi yazılı açıqlamada deyilirdi: “Xalqımızı zorla didərgin salmağa yönəlmiş bütün planları, o cümlədən Qəzza xalqını didərgin salmaq üçün Somalilanddan istifadəni rədd edirik”. Bu ilin əvvəlində müxtəlif media orqanları ABŞ və İsrailin Qəzzadan zorla didərgin salınmış fələstinlilərin yenidən yerləşdirilməsi ehtimalı ilə bağlı Somalilandla əlaqə saxladığını bildiriblər. “New York Post” qəzetinin verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp Somalilandı “dərhal tanımayacağını” və “məsələni araşdırmalı olduğunu” bildirib. Tanınma qərarı ilk olaraq Türkiyə, Misir və Cibuti tərəfindən pislənib. Misir Xarici İşlər Nazirliyi üç ölkənin xarici işlər nazirləri arasında baş tutan telefon danışığı ilə bağlı açıqlama yayıb. Bəyanatda deyilir: “Nazirlər İsrailin Somaliland bölgəsini tanımasını tamamilə rədd etdilər və qınadılar. Onlar Somalinin birliyini, suverenliyini və ərazi bütövlüyünü tam dəstəklədiklərini vurğuladılar”. Pakistan Xarici İşlər Nazirliyi İsrailin bu addımını pisləyən açıqlamada bildirib ki, belə qanunsuz və təxribatçı hərəkətlər bütün regionda sülh və sabitliyi təhdid edir.

Amma bütün bunlara baxmayaraq, Netanyahu İsrailin Somaliland ilə kənd təsərrüfatı, səhiyyə, texnologiya və iqtisadiyyat sahələrində təcili əməkdaşlıq qurmaq istədiyini açıqlayıb. O, həmçinin Somaliland lideri Abdullahini İsrailə səfər etməyə dəvət edib.

Netanyahu həmçinin tanınma qərarının “İbrahim Sazişlərinin ruhuna uyğun” olduğunu iddia edib. Altı ölkədən ibarət Körfəz Əməkdaşlıq Şurasından da məsələyə reaksiya gəlib. Birgə bəyanatda İsrailin hərəkəti beynəlxalq hüquq prinsiplərinin ciddi şəkildə pozulması və Somalinin suverenliyinə və ərazi bütövlüyünə açıq hücum kimi təsvir edilib. Şuranın Baş katibi Casem Məhəmməd Əlbudaivi bildirib ki, bu tanınma Afrika Buynuzu bölgəsində sabitliyin təməllərini sarsıdacaq və gələcək gərginlik və münaqişələrə yol açacaq təhlükəli bir presedent yaradır. Afrika Buynuzu kimi tanınan bölgədə yerləşən Somaliland Efiopiya, Somali və Cibuti ilə həmsərhəddir. Somaliland təxminən 34 il əvvəl müstəqilliyini elan etsə də, bu günə qədər heç bir ölkə onu tanımayıb. Somaliland beynəlxalq səviyyədə Somalinin bir hissəsi kimi tanınır, lakin Somaliland hakimiyyəti 1991-ci ilin yazında birtərəfli şəkildə dövlət suverenliyini elan edib. İddialara əsasən, İsrail yüz minlərlə Qəzza sakinini Somalilanda köçürmək planı işə salmaq üçün belə bi raddım atıb. Bu baxımdan İsrail Baş naziri Binyamin Netanyahunun kabineti Somalilandın separatçı lideri ilə erkən gizli məsləhətləşmələr aparıb və sızan xəbərlər Qəzza sakinlərinin hava və dəniz yolu ilə köçürülməsi planının həyata keçirilməyə hazır olduğunu göstərir. İkincisi, İsrail Bab əl-Məndəb boğazına və Ədən körfəzinə nüfuz etmək və hərbi varlıq yaratmaq üçün belə addəm atır. Üçüncüsü, İsrailin ixracının 85 faizini təşkil edən Asiya və Şərqi Afrikaya dəniz ticarət yollarının təhlükəsizliyi məsələsi var, Qəzzadakı mücahidlərlə həmrəylik əlaməti olaraq Yəmən qüvvələri və raketləri tərəfindən Qırmızı dənizin İsrail ticarət və hərbi gəmiləri üçün bağlanması səbəbindən tamamilə dayandırılıb. Dördüncüsü, İsrailin Süveyş kanalına nəzarəti və Misir rəsmilərini şantaj etməsi, Afrika Buynuzunun mərkəzində, yəni tanınma müqabilində yaradılması razılaşdırılmış hərbi bazalarda hərbi varlığı ilə Efiopiya İntibah Bəndinin qorunmasını təmin etməsi məsələsi var.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Təhsil Nazirliyini iki yeni münaqişə gözləyir...

Ermənistan “rus ayısının pəncəsində” - Avropanın gözü qarşısında “param-parça” edilir...

Cənubi Qafqazın 3 ölkəsinin xarici ticarəti bir-birindən inanılmaz fərqli imiş...

SON XƏBƏRLƏR

07.08.2026 / 22:37
Rusiya XİN vətəndaşları uzunmüddətli müharibəyə hazır olmağa çağırdı - Avropa sülhə imkan vermir…

07.08.2026 / 22:14
Yeni tədris modelli orta məktəblər repetitorluğun alternativi ola bilməz(ər) - mübahisə və şübhələr var...

07.08.2026 / 21:57
Rusiya Cənubi Koreyadan 30 min ton neft məhsulları aldı…

07.08.2026 / 21:45
Zelenskidən ABŞ-a ittihamçı eyham - raketlərin tükənməsi Ukraynanı kapitulyasiyaya məcbur etmək taktikasıdır...

07.08.2026 / 21:21
Əliyev-Tramp-Paşinyan sənədinin imzalanmasından 1 il ötdü... TƏHLİL...

07.08.2026 / 21:06
Azərbaycandan Ukraynaya qaz ixracı yenidən gündəmdə...

07.08.2026 / 20:48
Dünyanı Bakıya tökdülər, separatçı ermənilər barədə hökmü zərrə qədər dəyişə bilmədilər...

07.08.2026 / 20:34
Ukraynada Rusiyaya qarşı 72 ölkədən 16 min əcnəbi döyüşür…

07.08.2026 / 20:21
Qarşıdakı 4 ildə Bakıda 9 yeni metro stansiyası?...

07.08.2026 / 20:03
Elmi müdafiələrdə “ədəbiyyat tarixi mütəxəssisi opponent ola bilməz (?!)...Niyə?

07.08.2026 / 19:47
Rusiya Ermənistana göndərilən 220 min dolları müsadirə etdi...

07.08.2026 / 19:40
17 yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundu

07.08.2026 / 19:37
Bankomatlardan 7 təqaüdçünün pulunu talayan şəxs qandallandı

07.08.2026 / 19:23
Yaxın Şərqdə tarazlığı dəyişəcək yeni hərbi ittifaq... Türkiyə, Səudiyyə və Pakistan müdafiə paktı imzaladı - “İslam NATO-su”na doğru ilk addım atıldı...

07.08.2026 / 19:13
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (qədim dövr)” kitabı nəşr olunub

07.08.2026 / 19:10
Ermənistan hakimiyyəti müxalifətin bütün biznesini ələ keçirir...

07.08.2026 / 18:54
2 mindən çox sayta müdaxilə edib ələ keçirdilər... kiberpolisdən əməliyyat - 2 haker yaxalandı - VİDEO

07.08.2026 / 18:48
Ukraynanın “Patriot” dalanı: Rusiya Qərbin də səbrini sınayır

07.08.2026 / 18:32
8 avqustdan sonra ilk 1 il, Əliyevlə Trampın doldurduğu boşluq, Putin 9 noyabr sənədini niyə yeniləmədi? - Aydın QULİYEV yazır...

07.08.2026 / 18:17
ATƏT bu dəfə Xəzər regionunda faydalı qurum olduğunu sübut etmək istəyir

07.08.2026 / 17:54
Yanmış, güllələnmiş və yaralanmış Rusiya əsgərləri cəbhə xəttinə geri göndərilir...(?)

07.08.2026 / 17:39
Azərbaycanın Ukrayna və Rusiya ilə münasibətləri Ermənistan üçün böyük dərd olub

07.08.2026 / 17:04
Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər məhkəmə qarşısına çıxarılır...

07.08.2026 / 16:49
ABŞ-la Azərbaycanın ən məzmunlu sənədləri Trampla Əliyevin arasında inzalanıb...

07.08.2026 / 16:25
Tramp hələ prezident seçilməzdən öncə İlham Əliyevlə əlaqələrin möhkəm əsasları yaradılmışdı...

07.08.2026 / 16:10
Trampın naziri ilə müavini bir-birini qırdı - "raketlər tükənib" qalmaqalı böyüyür...

07.08.2026 / 15:45
Azərbaycanın Ukrayna ilə "strateji tərəfdaşlığı" Kremli qıcıqlandırdı - Bakıya "dəyişiklik eyhamı"...

07.08.2026 / 15:21
Qafanda Rusiya konsulluğunun açılması gündəmə qaytarıldı - hədəf "dəhlizdir"...

07.08.2026 / 15:05
10 ölkə NATO-nun alternativini yarada bilər - Kiyevdən "NATO köhnəlib" ideyası...

07.08.2026 / 14:47
ABŞ kəşfiyyatından dünyanı silkələyən İDDİA - Rusiya NATO-ya hücum edəcək...

07.08.2026 / 14:21
Doğumla ABŞ-da vətəndaşlıq almaq istəyənlərə pis xəbər – Tramp "doğum turizmi"ni ləğv etdi...

07.08.2026 / 14:06
Husilərdən Səudiyyəyə ağır zərbə - 58 nəfər öldürüldü, onlarla insan yaralandı...

07.08.2026 / 13:50
XƏBƏRDARLIQ - sabah temperatur 39 dərəcəyədək yüksələcək...

07.08.2026 / 13:24
Xəzər Fərhadov Azərbaycan Malayziyadakı səfiri təyin edildi

07.08.2026 / 13:22
Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradıldı

07.08.2026 / 13:17
İrfan Davudov Azərbaycanın Pakistandakı səfiri təyin edildi

07.08.2026 / 13:15
Azərbaycan Estoniyaya yeni səfir təyin etdi

07.08.2026 / 13:10
Azərbaycan və Tacikistan arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılması haqqında saziş təsdiqləndi

07.08.2026 / 12:58
Media və Yayım Şurasının strukturu təsdiqləndi

07.08.2026 / 12:42
Neft Fondu Perunun ən böyük enerji şirkətinə investisiya yatırdı

07.08.2026 / 12:34
Türkiyənin UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilən unikal tarixi abidəsi - Kadıkalesi

07.08.2026 / 12:20
"TRIPP vasitəsilə Azərbaycan və Ermənistanla münasibətlərimizi yenidən başlatdıq" - ABŞ rəsmisi

07.08.2026 / 12:12
Bakının mərkəzində obyekt yanır - insanlar təxliyə edildi

07.08.2026 / 11:56
Zərdabda qəsdən yanğın törədən şəxs saxlandı

07.08.2026 / 11:31
Tərtərdə ər-arvadı evdə yandırıb pullarını oğurladı, ancaq çox uzağa gedə bilmədi...

07.08.2026 / 11:27
Ermənistan Aİİ-nin büdcəsinə 319 milyon köçürdüklərini xatırlatdı və baryerlərin qaldırılmasını istədi

07.08.2026 / 11:10
Yetmiş min manatlıq elektrik naqilləri oğurlayan şəxs yaxalandı

07.08.2026 / 10:48
"Müqavilə olmasa da, müəllif qonorarı ödənilməlidir" - Ali Məhkəmə

07.08.2026 / 10:09
Moskva İrəvana sərt xəbərdarlıq etdi - Ermənistana rus turistlərin axını dayandırıla bilər...

07.08.2026 / 09:52
Rusiya Azərbaycan üzərindən Ermənistana buğda və daş kömür göndərəcək

07.08.2026 / 09:25
Paşinyanın milyardlarla dollar tələbi Moskvanı qəzəbləndirdi – bizi şantaj etməyə çalışırlar...

07.08.2026 / 07:56
Mossad iki yüksək rütbəli məmurunu işdən çıxardı - İranda uğursuz çevriliş planı üzündən…

07.08.2026 / 06:14
Tramp etiraz etdi - “külli miqdarda sursatımız var…”

07.08.2026 / 05:57
Rusiya kəşfiyyatı Almaniyanın dron istehsalçısının izində - sui-qəsd cəhdi alınmadı

07.08.2026 / 00:55
İran Hörmüzün açılması üçün təzə şərtlər qoydu...

07.08.2026 / 00:25
Rubinyan vəzifədə oturan kimi Türkiyə rəhbərlərini kabab yeməyə dəvət etdi...

07.08.2026 / 00:15
Saakaşvili: “Tiflisdə işığın ümumi kəsilməsi İvanişvilinin biznesi üzündən baş verir"...

06.08.2026 / 23:28
ABŞ Ukraynanın Rusiya ərazisinə zərbələr endirməsinə kömək etdiyini etiraf etdi...

06.08.2026 / 23:11
Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi - Lənkəran üsyanı (iyul 1920 – fevral 1921)

06.08.2026 / 22:46
“Azərbaycan öz milli maraqlarını rəhbər tutaraq müstəqil və prinsipial xarici siyasət yürüdür” - Hikmət Hacıyev

06.08.2026 / 22:35
Rusiya XİN Ermənistan hakimiyyətinin Kiyevlə yaxınlaşmasına münasibət bildirdi - ciddi şübhələr yaradır…

06.08.2026 / 22:17
Ceyhun Bayramov Zelenski ilə görüşdü - FOTO

06.08.2026 / 22:08
Azərbaycan Mədəniyyəti sosial platforması Yayfest-də uğurla çıxış edib...

06.08.2026 / 21:41
İran 8 ildən sonra Xəzərin statusuna münasibətini dəyişdi...

06.08.2026 / 21:24
Rusiya Ukrayna müharibəsinin strategiyasını dəyişir - Parlamentdən müraciət təsadüf deyil...

06.08.2026 / 20:57
Omanla yeni razılaşma regional güc balansını İranın xeyrinə dəyişir...

06.08.2026 / 20:42
Təhsil Nazirliyini iki yeni münaqişə gözləyir...

06.08.2026 / 20:25
Satınalmaların 50 faizi şübhəli icra olunub - məlumat rəsmi mənbələrdən təsdiqlənib...

06.08.2026 / 20:01
Tehrandan ABŞ-a mesaj - Hörmüz İrana qarşı təhdidlər dayandırılana qədər bağlı qalacaq...

06.08.2026 / 19:45
Tramp Zelenski ilə “Patriot” razılaşmasından tam imtina etdi...

06.08.2026 / 19:29
Avropa ölkələri ifrat sağçı partiyaların əlində qalıb - Azərbaycan vaxtında demişdi siyasəti dəyişin...

06.08.2026 / 19:14
Azərbaycanın neçə və hansı ölkələrlə müttəfiqlik müqaviləsi var...

06.08.2026 / 19:00
Zəngəzur dəhlizi ilə bağlı ABŞ və Ermənistan arasında mühüm proses başladı

06.08.2026 / 18:47
ABŞ ŞOKDA… Ordunun raket ehtiyatı tükəndi - Tramp müdafiə nazirdən izahat tələb etdi…

06.08.2026 / 18:33
Yeniyetmələr üçün sosial şəbəkə məhdudiyyətləri ailə məsələlərinə necə təsir edəcək...

06.08.2026 / 18:22
Mobil internetin sürətinə görə Azərbaycan Gürcüstandan da geridə qalır...

06.08.2026 / 17:48
Vətənə ürəkdən bağlanmaq eşqi

06.08.2026 / 17:24
Mərkəzi Bank "Zolotaya Korona" köçürmələrinin dayandırılmasına münasibət bildirdi

06.08.2026 / 17:13
Rusiya Qara dənizdə hərbi yük daşıdığını iddia etdiyi Ukrayna gəmilərini vurdu…

06.08.2026 / 16:50
Rusiya kəşfiyyatı Fransada prezident-2027 seçkisinə qarşı əməliyyata başladı...

06.08.2026 / 16:32
Ceyhun Bayramov İrpen şəhərinə gedib

Yeniyetmələr üçün sosial şəbəkə məhdudiyyətləri ailə məsələlərinə necə təsir edəcək...

XƏBƏR ARXİVİ