çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Suriya Demokratik Qüvvələri “Terrorsuz Türkiyə” layihəsinə qarşı böyük təhdidə çevrildi...

Image


Türkiyə Böyük Millət Məclisində “Terrorsuz Türkiyə” prosesi çərçivəsində yaradılan Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komissiyasının səlahiyyət müddəti daha iki ay uzadılıb. Dekabr ayının sonuna qədər işini başa çatdırması planlaşdırılan komissiya hesabat prosesinin tamamlanmasında gecikmələr səbəbindən işini fevral ayının sonuna qədər davam etdirəcək.

Komissiya Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun sədrliyi ilə 20-ci dəfə toplanıb.

Komissiyanın fəaliyyətinin kritik bir mərhələyə çatdığını bildirən Türkiyə Böyük Millət Məclisinin sədri davam edən işlərin demokratik yetkinliklə həyata keçirildiyini söyləyib. Kurtulmuş müxtəlif fikirlərin açıq şəkildə ifadə edildiyi və bütün qiymətləndirmələrin protokollarda qeyd edildiyi məhsuldar bir iş prosesinin aparıldığını bildirib. Onun sözlərinə görə, komissiya dinləmə prosesi zamanı vətəndaş cəmiyyəti təşkilatları, akademiklər və rəy liderləri ilə məsləhətləşib. Komissiyanın artıq fəaliyyətinn son mərhələsinə çatdığını deyən Kurtulmuş növbəti addımın birgə hesabatın hazırlanması olduğunu qeyd edib. O, siyasi partiyaların öz qiymətləndirmə hesabatlarını Parlament Sədrinin Aparatına təqdim etdiklərini və bu hesabatların ictimaiyyətlə paylaşıldığını xatırladıb. Kurtulmuş məqsədlərinin tərəflərin təqdim etdiyi hesabatlar əsasında ortaq bir mətn yaratmaq olduğunu bildirərək, bu mərhələnin prosesin ən vacib mərhələlərindən biri olduğunu vurğulayıb. Sədr hesabatların ortaq bir zəmində birləşdirilməsi üçün daha çox vaxta ehtiyac olduğunu və partiya nümayəndələri ilə məsləhətləşmələr zamanı bu məsələdə razılığa gəlindiyini bildirib. Belə bir vaxtda MHP-nin sədr müavini Semih Yalçın bildirib ki, Türkiyənin PKK-nın Suriya qolu olan bütün digər terrorçu ünsürləri əbədi olaraq məhv etmək gücü var. Onun belə bir açıqlama verməsinə səbəb Suriya Demokratik Qüvvələrinin Suriya ordusunun tərkibinə daxil olmaqdan imtina etməsidir. Demokratik Suriya Qüvvələri kürdlərdən ibarətdir və onlar Ankaranın “Terrorsuz Türkiyə” layihəsi üçün ciddi təhdiddir. Semih Yalçın Suriya Demokratik Qüvvələri ilə Suriya ordusu arasında "inteqrasiya" məsələsi ilə bağlı “Məsləhəti başa düşməyənlər döyülməyə layiqdirlər” ifadəsini işlədib. Yazılı açıqlamasında Yalçın, Suriya Demokratik Qüvvələrinin Suriya ordusuna inteqrasiya olunmamasının Türkiyənin sərhəd təhlükəsizliyinə təhdid yaratmağa davam etdiyini bildirib. Məsələnin həllində ilk addımın diplomatiyanın olacağını bildirən Yalçın bunları qeyd edib: “Məsləhətlə yoluna davam etməyənlər təriflənmək əvəzinə, danlanacaqlar. Töhmətə uyğun gəlməyənlər isə döyülməyə layiqdirlər. Türkiyənin xəbərdarlığa qulaq asmayanlarla mübarizə aparmaq üçün iradəsi və gücü var. Türkiyənin PKK-nın Suriya qolunu, eləcə də İŞİD və FETÖ kimi bütün digər elementləri əbədi olaraq məhv etmək gücü var.

Türkiyənin mövcudluğuna qarşı bütün təhdidləri aradan qaldırmaq və bütün təhlükələri dəf etmək əzmi var. Məsləhət və diplomatiyanı anlamayanların taleyi, əlbəttə ki, məhv olmaqdır. Burada türk milləti adından əsl əzmkarlığı göstərməli olan səlahiyyət siyasi iradədir. Siyasi iradə artıq öz vəzifəsini tamamilə yerinə yetirir. Türk millətçilərinin bəhanələrə əl atmaq kimi lüksü yoxdur. Bütün qanuni siyasi partiyalar və hüquqi şəxslər siyasi iradəni dəstəkləməlidirlər. Çünki “Terrorsuz Türkiyə” milli məsələdir. “Terrorsuz Türkiyə” üçün siyasi iradənin təşəbbüsü ilk növbədə türk millətçiləri tərəfindən dəstəklənməlidir. Türk millətçilərinin gileylənmək və müxtəlif bəhanələrə əl atmaq lüksü yoxdur. Türk millətçisi olduğunu iddia edib sonra dağıtma komandasına qoşulmaq xəyanətə bərabərdir. Əsl xəyanət millətimizi boş ölüm, xarabalıq və dağıntı vədləri ilə ümidsizliyə salmaqdır. Əsl xəyanət heç bir əsas olmadan insanlara qorxu və ümidsizlik aşılamaqdır. Bu, fəlakətin xəbərçisi olmaqdır. Əsl xəyanət sosial sülhə və terrorizmə son qoymaq səylərinə qarşı çıxmaqdır. Əsl xəyanət xaricdə daha güclü olmaq üçün daxili sülhü təmin etmək səylərinə mane olmaqdır”. Yalçın açıqlamasında ana müxalifət partiyası CHP və digər müxalifət qruplarını da hədəfə alaraq, bu dairələrin cəmiyyətdə pessimizm və qorxu yaydığını iddia edib. Belə bir vaxtda PKK/YPG terror təşkilatı kimi tanınan Suriya Demokratik Qüvvələri Hələbin şimalında, Şeyxan dairəvi yolunda Daxili İşlər Nazirliyinə məxsus nəzarət-buraxılış məntəqəsinə hücum edib. Bu barədə Hələb vilayətinin Daxili Təhlükəsizlik İdarəsinin rəhbəri, polkovnik Məhəmməd Abdel Qaninin açıqlamasında bildirib. Hələb vilayətinin Daxili Təhlükəsizlik İdarəsinin rəhbəri, polkovnik Məhəmməd Abdel Qani bildirib ki, bu cür hücumlar mövcud razılaşmaların açıq şəkildə pozulmasıdır. O, vətəndaşları gərginlik olan ərazilərdən uzaq durmağa və rəsmi göstərişlərə əməl etməyə çağırıb. Onun sözlərinə görə, Suriya dövləti asayişin qorunması və mülki əhalinin təhlükəsizliyi üçün səylərini davam etdirir, lakin Suriya Demokratik Qüvvələri tərəfindən atəşkəsin pozulması və təhlükəsizlik məntəqələrinə hücumlar lazımi cavab tədbirləri ilə qarşılanacaq. Polkovnik vurğulayıb ki, mümkün eskalasiya və onun nəticələrinə görə bütün məsuliyyət Suriya Demokratik Qüvvələrinin üzərinə düşür. əvvəl əldə edilən razılaşma çərçivəsində Suriya Demokratik Qüvvələrinin Suriya ordusuna və Daxili Təhlükəsizlik Qüvvələrinə mərhələli şəkildə daxil edilməsi, eyni zamanda Raqqa, Deyr əz-Zor və Hasaka kimi strateji əhəmiyyətə malik bölgələrdə Müdafiə Nazirliyinə tabe olacaq ayrıca hərbi diviziyaların formalaşdırılması nəzərdə tutulur. Bu addım Suriyada mərkəzləşmiş təhlükəsizlik sisteminin qurulması və ölkənin ərazi bütövlüyünün möhkəmləndirilməsi istiqamətində atılan ən ciddi addımlardan biri kimi dəyərləndirilir. Lakin Suriya Demokratik Qüvvələri razılaşmaları pozur. Maraqlıdır ki, bu vəziyyətdə İmralıda saxlanan PKK lieri Abdullah Öcalan susur. Hesab edilir ki, bu, iki səbəbdən qaynaqlanır. Ya Abdullah Öcalan Suriya Demokratik Qüvvələri üzərində söz sahibi deyil, ya da o, Ankara ilə terrorun ləğvi məsələsində razılaşmaları pozur, əlavə şərtlərlə çıxış edir. Bu da “Terrorsuz Türkiyə” layihəsinin uğuru üçün ciddi təhdid yaradır. Ankara bu fonda Suriya Demokratik Qüvvələri ilə bağlı məsələyə indi böyük həsasslıqla yanaşır.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

27.09.2026 / 00:03
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ