Ukrayna Rusiyanın Qara dəniz sahillərində mühüm neft tranzit obyektlərinə hücum edib.
Qazaxıstan Energetika Nazirliyi Ukrayna Silahlı Qüvvələri (VSU) tərəfindən Novorossiyskdəki Xəzər Boru Kəməri Konsorsiumunun (KTK) dəniz terminalına edilən hücumdan sonra neft ixracını dərhal alternativ marşrutlara yönəltmək qərarına gəlib.
Qazaxıstan Energetika Nazirliyi verdiyi açıqlamada beynəlxalq layihə olan KTK-ya hücumların qlobal enerji təhlükəsizliyinə birbaşa təhdid yaratdığını vurğulayıb. Bildirilir ki, bu cür hücumlar Qazaxıstan da daxil olmaqla, konsorsiumun bütün üzvlərinin maraqlarını pozur.
Qazaxıstanın qərarı xam neftin böyük hissəsini daşıyan əsas terminalın yararsız vəziyyətindən qaynaqlanır.
Qazaxıstanın neftini alternativ marşrutlara, məsələn, Bakı-Tbilisi-Ceyhan boru kəmərinə və ya Xəzər dənizi vasitəsilə tankerlərə yönəltməsi gözlənilir.
KTK Qazaxıstanın nəhəng neft yataqları olan Tengiz, Kaşaqan və Qaraçaqanakdan xam nefti dünya bazarlarına daşıyan əsas marşrutdur.
Ukrayna Novorossiyskdəki KTK dəniz terminalına noyabrın 29-da pilotsuz uçuş aparatları ilə hücum edib. Hücum nəticəsində doklardan biri zədələnib və yararsız vəziyyətə düşüb.
Bu, son bir həftə ərzində KTK obyektlərinə edilən ikinci hücumdur. Əvvəlki hücum noyabrın 25-də baş vermişdi və limanda neft yüklənməsi müvəqqəti olaraq dayandırılmışdı.
TAHİR