çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

"Əliyev Zəngəzuru alacaq, 300 min Qərbi azərbaycanlını qaytaracaq"...

Image


“Vətən müharibəsindən sonra Azərbaycanın artan geosiyasi çəkisi Cənubi Qafqazda yeni strateji düzən yaradıb. Suverenliyini və ərazi bütövlüyünü tam təmin edən Azərbaycan regionda sülhün, sabitliyin və iqtisadi inkişafın aparıcı aktoruna çevrilib. Bu dövrdə həm Şərq–Qərb, həm də Şimal–Cənub istiqamətlərində yeni nəqliyyat-kommunikasiya xətlərinin formalaşdırılması regional əməkdaşlığın genişlənməsində mühüm rol oynayır”. Bu fikirlər türkiyəli politoloq Hüsamettin İnanç tərəfindən səsləndirilib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması Azərbaycan ilə ABŞ və Avropa arasında iqtisadi-ticarət əlaqələrinin dərinləşməsində mühüm mərhələ olacaq. Lakin, eyni zamanda, Azərbaycan–İran–Rusiya arasında ötən gün Bakıda imzalanan üçtərəfli memorandum regionda balanslı əməkdaşlıq modelinin formalaşmasında, Şimal–Cənub xəttinin yeni strateji məzmun kəsb etməsində mühüm rol oynayacaq: “Azərbaycan Qərblə tərəfdaşlıq qurarkən region ölkələrini prosesdən kənarda saxlamır. Əksinə, qarşıdurmanı deyil, əməkdaşlığı önə çəkir. Bu üçtərəfli memorandum məhz həmin balanslaşdırılmış siyasətin nəticəsidir”. Bütün bunlar fonunda Azərbaycanın Cənubi Qafqazda artan rolu Ermənistanda böyük əndişə yaradıb. Ermənistanın “Past” nəşri yazır ki, güclənən Azərbaycan İrəvandan istəklərini uğurla alır. Vurğulanır ki, əslində Paşinyan Azərbaycana heç vaxt olmadığı qədər çox şey verib: “Həm Bakı Zəngəzurdan keçən ekstraterritorial dəhlizi alacaq, həm 300 min azərbaycanlının Ermənistana qayıdışı təmin ediləcək, həm Ermənistan ordusu zəiflədiləcək, həm də Bakının şərtləri ilə delimitasiya və demarkasiya prosesi aparılacaq. Lakin bu birtərəfli güzəştlər özlüyündə sülhün göstəricisi deyil. Hazırda baş nazir kreslosunu tutan şəxsin fikrincə, əgər israrla “sənin sayəndə sülh gəlib” desən, nə vaxtsa insanlar buna inanacaq. Daha da “güclüsü”, sülh barədə narrativlər sanki təkcə sənin tərəfindən monopoliyaya alınır. Guya təkcə sən sülhpərvərsən, sənin tənqidçilərin hamısı isə müharibə tərəfdarıdır. Belə olanda hər şey son dərəcə rahat olur. Nikol Paşinyanı zəif diplomat və populyar olmayan lider kimi tənqid edən, onu kilsəni təhqir etməkdə və hakimiyyəti itirmək qorxusundan görünməmiş repressiyalar aparmaqda ittiham edən, onun istefasını tələb edən hər kəs dərhal “sülhə qarşı çıxan” elan olunur. Bu, müharibə tərəfdarı deməkdir. Bu isə “həyata qarşı mübarizə aparan” anlamına gəlir. Beləliklə, Ermənistan hakimiyyətinin opponentlərinə qarşı ən qeyri-demokratik metodların tətbiqi asanlıqla əsaslandırılır: axı sən kreslon üçün yox, “sülh və həyat uğrunda” mübarizə aparırsan. Belə mübarizədə isə guya hər vasitə məqbuldur. Bir çox ekspertlər artıq sübut ediblər və sübut etməkdə davam edirlər ki, Paşinyanın siyasəti Ermənistana sülh gətirməyəcək, böyük ehtimalla isə suverenliyin itirilməsi ilə nəticələnəcək. Daha doğrusu, yalnız Türkiyənin himayəsi altında olan ekspertlər hələ ki, belə açıq fikirlər bildirməyiblər (amma Paşinyan tərəfdarları, təbii ki, hamını KQB agenti adlandırır, hətta söhbət ABŞ Konqresi üzvlərindən, amerikalı jurnalistlərdən və Avropa universitetlərinin professorlarından gedəndə belə). Məsələn, “American Conservator” qəzetinin siyasi şərhçisi Ceyms Karden bir daha xəbərdarlıq edir ki, yalnız piar məqsədli imzalanmış anlaşmalarla aldanmaq olmaz: “Bu müqavilə Ermənistana sülh gətirməyəcək, Azərbaycana Ermənistanla hesablaşmaq üçün “yaşıl işıq” yandırır. Ermənistan çox təhlükəli vəziyyətdədir, kiçik Suriyaya çevrilə bilər.

ABŞ-ın vədlərinə inanmaq olmaz. Ermənistan heç vaxt Avropanın bir hissəsi olmayacaq, bu, absurddur. ABŞ müdafiə nazirinin sabiq baş müşaviri, amerikalı polkovnik Makqreqor da Türkiyə müdaxiləsinə qarşı ABŞ-nin “möcüzəvi qorumasına” inanmağa çağıranlara etinasız yanaşmağı tövsiyə edir: “ABŞ Cənubi Qafqazda sülhə zəmanət vermir. Burada onların həyati maraqları yoxdur. Ermənistan öz təhlükəsizliyini özü düşünməlidir”. “Beynəlxalq Xristian Həmrəyliyi” hüquq müdafiə təşkilatının rəhbəri, amerikalı ekspert Con Eybner regionu yaxından tanıyan şəxs kimi daha konkret proqnoz verir: “Ermənistan vassal, məğlub dövlətə çevriləcək və Türkiyə-Azərbaycan tandeminə təhvil veriləcək. ABŞ-ın Türkiyədəki səfiri faktiki olaraq regionun qubernatoruna çevrilib və bəyan edib ki, bəzi tayfalar (işarə edir ki, ermənilər) dövlətçiliyi təsadüfən alıblar, yəni Ermənistan legitim dövlət deyil. Kağız üzərində yazılmış müqavilə heç vaxt onun təhlükəsizliyini təmin etməyəcək. Xatırlayın, britaniyalılar aysorları İraqda tək buraxdı və onlar məhv edildilər. Ermənistan təhlükə altındadır, o özünü müdafiə etməlidir”. “Paris Panteon-Asas” Universitetinin beynəlxalq hüquq professoru Raffi Kalfayan isə Paşinyanın sülh siyasətinin yaxın gələcəkdə hansı nəticələri verəcəyini belə təsvir edir: “Zəngəzur dəhlizi açıldıqdan, xüsusilə yüz minlərlə azərbaycanlı qayıtdıqdan sonra Zəngəzurda yaşayan ermənilər tədricən bölgəni tərk edəcək. Ermənistan yaşama qabiliyyətini itirəcək və tədricən boşalacaq”. Bu, yalnız ən son qiymətləndirmələrdən bir neçəsidir, sitatların siyahısını sonsuzadək davam etdirmək olar. Amma Paşinyan ekspertləri dinləmək niyyətində deyil. O, özünü insanların günahları üçün “əziyyət çəkən” obrazında təqdim etməyə, “guya Ermənistana sülh gəlib, sadəcə, ermənilər çox yaralıdır deyə bunu hiss etmirlər” iddiasını təkrarlamağa davam edəcək. Son vaxtlar isə o, narahat suallara cavab verməmək üçün yeni üsul da öyrənib: sadəcə gülümsəyir və barmaqları ilə ürək işarəsi edir. Əgər bizə bu “ürək işarəsi” mürəkkəb geosiyasi suallara cavab kimi kifayət edirsə, o zaman Paşinyanı baş nazir postunda saxlamaq lazımdır. Yaxud da sadəcə oturub reallıqdan uzaq təsəllilərlə məşğul olmaq olar”.

Samirə SƏFƏROVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ