çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Gürcüstan Zəngəzur dəhlizi barədə bir söz deyir, başqa şey edir - 2 milyon ton yük itkisi...

Image


Zəngəzur dəhlizi layihəsi bütün bölgə üçün faydalı olacaq. Bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərin Zəngəzur dəhlizinin açılmasından sonra Gürcüstanın Orta Dəhlizdə funksiyalarını itirib-itirməyəcəyi ilə bağlı sualına cavabında deyib.

Şalva Papuaşvili bildirib ki, Gürcüstan Zəngəzur dəhlizi təşəbbüsünü alqışlayır: “Azərbaycanla Ermənistan arasında sülh sazişi bütövlükdə bölgə üçün yeni perspektivlər açır və bu, yalnız nəqliyyat dəhlizinin funksiyası ilə bağlı deyil. Bu, daşıyıcılara daha yaxşı şərtlərin təklif olunması baxımından vacibdir və rəqabət buna daha əlverişli zəmin yaradır. Digər tərəfdən, bu, regionun sabitliyinin göstəricisidir. Sabitlik həm dəhliz ətrafında infrastruktur təminatına, həm də bölgədə müxtəlif sahələrə investisiyaları artıracaq”. Ancaq xatırladaq ki, Batumi və Tiflis gömrük-keçid məntəqələrində 20 gündən artıqdır saxlanılan Azərbaycan yük avtomobilləri ciddi problemlə üzləşib, onların buraxılışı əngəllənib. Daha sonra Azərbaycanın Gürcüstandakı səfirliyi bu məsələni nəzarətə götürüb və səfirliyin nümayəndələri Gürcüstanın müvafiq qurumlarının nümayəndələri ilə görüşlər keçiriblər. Danışıqlardan sonra qarşı tərəf məsələnin çox qısa zamanda tam həll olunacağına söz verib. Azərbaycana aid TIR sürücülərindən Pərvin Həsənov qeyd edib ki, yalnız Azərbaycan səfirliyinin əməkdaşlarının Gürcüstanın müvafiq orqanlarının nümayəndələri ilə görüşündən sonra saxlanılan yük avtomobillərinin problemi həll olunmağa başlayıb. O qeyd edib ki, keçid üçün hazırlıqlar aparılır və gömrüyü tərk edəcəyinə ümid edir. Sürücü bildirib ki, bu dəfə məsələ həll olunsa da, onlar mütəmadi olaraq belə problemlərlə qarşılaşırlar: “Mən tütün məmulatları daşıyıram. Şəkidən yükü Yunanıstana aparıram. Eyni adda yükü daşıyan Gürcüstana aid avtomobillər gömrüyü problemsiz keçirlər. Biz isə gömrükdə gecikmə səbəbindən Avropadakı müştərilərimizin narazılığı ilə üzləşirik”. P.Həsənov bildirib ki, onu heç bir səbəb göstərmədən 22 gün gömrükdə saxlayıblar. Onun sözlərinə görə, gömrükdə noyabrın 7-dən saxlanılıb və onunla birlikdə Azərbaycana aid 30-dan çox avtomobil sürücüsü eyni situasiya ilə qarşılaşıb: “Sürücülər kimə yaxınlaşırlar, onlarla heç kim danışmır. Gömrük əməkdaşları kobud davranır və ümumiyyətlə ünsiyyət qurmurlar". Analoji problemlə qarşılaşan sürücü Balay Allahverdiyev onlardan əvvəl 70-ə yaxın avtomobilin geri qaytarıldığını deyib: “Həmin sürücülərə Gürcüstan tərəfi deyib ki, sizin Zəngəzur dəhliziniz var, gedin, oradan keçin. Onları geri qaytarıblar və hazırda həmin sürücülər İran və ya Türkiyə ərazisindən keçid etməyə cəhd göstərirlər”. Bütün bunlar əslində, gürcü tərəfində Zəngəzur dəhlizi ilə bağlı müəyyən narahatlıqların olduğunu göstərir. Bu günlərdə Gürcüstanın Nəqliyyat Dəhlizləri Tədqiqatları Mərkəzinin direktoru Paata Tsaqareişvili sözügedən narahatlığı belə izah edib: “Ermənistan, Azərbaycan və Türkiyə arasında yeni marşrutların açılmasından sonra Gürcüstan tranzit yüklərinin 20%-ə qədərini itirmək riski ilə üzləşir. “Gürcüstandan keçən yük axınını azaldacaq - itkilər təxminən 1,5-2 milyon ton təşkil edə bilər. İtkilər Orta dəhlizin tranzit axınının 15-20%-nə bərabərdir. Gürcüstan ərazisindən hər il təxminən 18-20 milyon ton yük daşınır. Bu miqyaslı itkilər olduqca ciddidir. Gürcüstan bu gün rəqabət qabiliyyətini qorumaq üçün addımlar atmalıdır: tarif siyasətini yenidən nəzərdən keçirməli, infrastrukturu inkişaf etdirməli və yük daşıyıcıları üçün stimullar təmin etməlidir”. Saqareişvili xəbərdarlıq edib ki, Ermənistan–Türkiyə sərhədinin açılmasından sonra Gürcüstan hazırda Türkiyədən Ermənistana onun ərazisi üzərindən gedən tranzit yük axınının bir hissəsini də itirə bilər: “Hazırda bu yüklər əvvəlcə Gürcüstana gətirilir, Tbilisi terminalında yenidən yüklənir, sonra Ermənistana göndərilir. Amma sərhəd açıldıqdan sonra bu yüklər birbaşa Gürcüstanı dolanaraq Türkiyədən Ermənistana gedəcək”.

Ekspertlər bildirir ki, Zəngəzur dəhlizinin açılması Gürcüstandan keçən xətlərin ikinci plana düşməsi anlamına gəlmir. İndi hətta Ermənistan da Gürcüstanı buna inandırmağa çalışır. Ermənistan prezidenti Vaaqn Xaçaturyan bəyan edib ki, Zəngəzur dəhlizi Gürcüstan üçün təhlükə yaratmır, əksinə, bütün region ölkələri, o cümlədən Rusiya üçün yeni imkanlar açır. Onun sözlərinə görə, Gürcüstanın tranzit rolu azalmayacaq, əksinə artacaq. Xaçaturyan qeyd edib ki, layihənin həyata keçirilməsi Ermənistan, Türkiyə, İran, Azərbaycan, Gürcüstan və ola bilsin ki, Rusiya üçün əlavə imkanlar yaradacaq. O, həmçinin əlavə edib ki, Gürcüstan rəsmiləri heç bir narahatlıq ifadə etməyiblər və Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına kömək etməyə hazırdırlar. Beynəlxalq iqtisadiyyat üzrə ekspert Nəvid Danəşvər isə qedy edir ki, heç Tehran da bu dəhlizdən narahat olmamalıdır: “Zəngəzur dəhlizi İran ilə Azərbaycan arasındakı ticarət, nəqliyyat və tranzit əlaqələrini genişləndirməklə yanaşı, region ölkələri arasında da iqtisadi əlaqələri artıracaq. İran ilə Azərbaycanın birlikdə iştirak etdiyi beynəlxalq nəqliyyat layihələrindən biri də Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xəttidir. Bu xəttin tikintisi ləngisə də, düşünürəm ki, İran və Rusiya üçün əhəmiyyətli olan bu yolun tikintisi başa çatdırılacaq. Azərbaycan tranzit ölkə olaraq üzərinə düşən infrastruktur işləri həyata keçirib”.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ