şənbə günü, 08 avqust 2026
     

Trampın sözləri hamını şoka salıb - "Rusiya Ukraynaya böyük güzəştə gedir"...

Image


Donald Trampın Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlamaları dünya siyasətində ciddi narahatlıqlara səbəb olub. Trampın fikrincə, müharibəni dayandırmaq üçün Ukrayna müəyyən ərazi güzəştləri verməli, Rusiya isə daha artıq torpaq tutmağı dayandırmalıdır.

Onun açıqlamalarına görə, bu “güzəşt” Ukrayna üçün müharibənin dayandırılması və daha böyük insan itkisinin qarşısının alınması deməkdir. Lakin bu yanaşma beynəlxalq hüquq, suverenlik və ədalətli sülh prinsipləri baxımından problemli hesab olunur. Əgər razılaşma Trampın təklif etdiyi şərtlərlə baş tutarsa, Ukrayna ərazi güzəştləri verəcək, amma Rusiya faktiki olaraq heç bir öhdəlik götürməyəcək, heç bir güzəştə getməyəcək. Bu, yalnız Ukrayna üçün deyil, bütün Qərb koalisiyası üçün strateji məğlubiyyətin göstəricisi ola bilər.

Tarixi konteksti nəzərə alsaq, 1994-cü ildə Ukrayna nüvə arsenalından imtina etmişdi və bunun müqabilində ABŞ, Rusiya və Böyük Britaniya təhlükəsizlik zəmanətləri vermişdi. Bu zəmanətlər siyasi öhdəlik formasında olsa da, nüvə silahlarından imtina edən Ukraynanın ərazi bütövlüyünün qorunmasını təmin etməli idi. Lakin son onilliklərdə baş verən işğallar və 2014-cü ildən başlayan hərbi əməliyyatlar göstərdi ki, bu zəmanətlər yetərsiz olub. Bu, beynəlxalq etimadın zəiflədiyini və presedent yaratdığını göstərir. Ukraynanın ərazilərinin işğalı və bu işğalın sülh danışıqları vasitəsilə leqallaşdırılması gələcəkdə digər dövlətlər üçün də güc yolu ilə ərazi əldə etməyi cazibədar edə bilər.

Trampın yanaşması əsasən real politik prinsiplərinə əsaslanır. O, müharibəni tezliklə dayandırmaq, əlavə insan itkilərinin və Avropada enerji-iqtisadi böhran risqlərinin qarşısını almaq istəyir. Bunun üçün Ukraynanın müəyyən ərazilərdə güzəştə getməsi və ordusunun məhdudlaşdırılması nəzərdə tutulur. Lakin problem ondadır ki, bu model asimmetrikdir və güclü tərəf olan Rusiya strateji üstünlük qazanır, zəif tərəf olan Ukrayna isə uzunmüddətli risqlərlə üzləşir. Bu, ədalətli sülh yox, sadəcə status-kvo və işğalın leqallaşdırılması deməkdir.

Beynəlxalq hüquq və suveren dövlətlərin toxunulmazlığı prinsipləri baxımından bu yanaşma ciddi təhlükələr yaradır. Güc yolu ilə əldə olunmuş ərazilərin leqallaşdırılması gələcəkdə digər işğalçı aktorlara presedent verə bilər. Ukraynanın ordusunun məhdudlaşdırılması və NATO-dan uzaqlaşdırılması ölkənin təhlükəsizlik boşluğunu artırır. Müharibə cinayətlərinə görə məsuliyyətin olmaması isə ədalətin təmin edilməməsi deməkdir.

Bu yanaşma yalnız ABŞ və Rusiyanın strateji maraqlarına xidmət edə bilər. Tramp üçün sürətli sülh, enerji xərclərinin azalması və siyasi qazanc maraqlıdır. Rusiya üçün isə əldə etdiyi torpaqların beynəlxalq səviyyədə tanınması əsas məqsəddir. Lakin Ukrayna və Avropa üçün belə bir razılaşma strateji itkidir və ədalətli sülhü təmin etmir. Ədalətli sülh yalnız silahların susması ilə ölçülmür. Ədalət üçün suverenliyin qorunması, ərazilərin geri qaytarılması, kompensasiyalar, dağıntıların bərpası və gələcək təhlükəsizlik təminatları vacibdir.

Əgər razılaşma yalnız maddi və strateji maraqlara əsaslanırsa və zəif tərəfi məğlub vəziyyətinə salırsa, bu, beynəlxalq hüquq və dünya nizamı üçün ciddi geriləmədir. Əgər Trampın təklifi reallaşarsa, bu, dünya üçün nümunəyə çevrilə və qarşıdakı onilliklər ərzində dünya cəngəllik qanunları ("güclü zəifi yeyir") ilə idarə edilə bilər. Ona görə də belə bir vəziyyət yalnız Ukrayna üçün deyil, bütün region və qlobal sistem üçün təhlükədir. Əgər dünyada güc qanundursa, onda BMT-yə, beynəlxalq hüquqa, konvensiyalara və digər sənədlərə nə ehtiyac var? Elə isə, bütün problemləri Tramp-Putin iradəsinin ifadəsi ilə həll etmək yetər...

NATO, Avropa dövlətləri və beynəlxalq ictimaiyyət bu cür asimmetrik güzəştlərə qarşı çıxmalı, Ukraynanın hüquq və təhlükəsizliyini qorumağa yönəlmiş siyasət və strategiyalar həyata keçirməlidir.

Ədalətli sülh yalnız hüquqa, dəyərlərə və bərabərliyə əsaslanarsa mümkündür. Qlobal təhlükəsizlik, beynəlxalq hüquq və demokratik nizamın qorunması üçün bu prinsiplərin nəzərə alınması vacibdir. Trampın təklif etdiyi model isə bu prinsipləri alt-üst edir, ciddi təhlükə altına qoyur, güc üstünlüyünü və maraqların primatını (üstünlüyünü) əsas götürür. Nəticədə ədalətli sülh deyil, yalnız Tramp-Putin tandeminin iradəsinə uyğun geopolitik və strateji balansın leqallaşdırılmış versiyası ortaya çıxır.

Akif NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Təhsil Nazirliyini iki yeni münaqişə gözləyir...

Ermənistan “rus ayısının pəncəsində” - Avropanın gözü qarşısında “param-parça” edilir...

Cənubi Qafqazın 3 ölkəsinin xarici ticarəti bir-birindən inanılmaz fərqli imiş...

SON XƏBƏRLƏR

08.08.2026 / 14:03
Britaniya səfirliyi Vaşinqton sammitinin ildönümü ilə bağlı bəyanat yaydı

08.08.2026 / 13:45
ABŞ Azərbaycanın regional liderliyini dəstəkləyir

08.08.2026 / 13:43
Bakının yeraltı mineral suları: Hidrogeoloji xüsusiyyətləri, şəhərsalma tarixi və istifadə perspektivləri

08.08.2026 / 13:12
"TRIPP marşrutu Azərbaycanın Naxçıvana maneəsiz çıxışını təmin edəcək" - ABŞ-ın müvəqqəti işlər vəkili

08.08.2026 / 12:35
Paşinyan Prezident İlham Əliyevə zəng edib

08.08.2026 / 12:20
Vaşinqton görüşü Cənubi Qafqazın logistika xəritəsində yeni bir səhifə açdı

08.08.2026 / 11:20
8 avqust Vaşinqton görüşü Cənubi Qafqazın müasir siyasi tarixində mühüm dönüş nöqtəsinə çevrildi

08.08.2026 / 11:08
Rusiya Azərbaycan vasitəsilə Ermənistana buğda və daş kömür göndərdi

08.08.2026 / 10:49
Xocavənddə buldozer minaya düşdü

08.08.2026 / 10:16
"Vaşinqton sammiti Ermənistanı dalandan çıxarıb" - Paşinyan

08.08.2026 / 09:32
Azərbaycan XİN Gürcüstandakı münaqişənin sülh yolu ilə həllinə dəstəyini təsdiqləyib

08.08.2026 / 07:18
Tramp indi də Dövlət Departamentinin əmlakına “göz qoydu” - rəsm, ya çilçıraq…

07.08.2026 / 22:37
Rusiya vətəndaşlarını uzunmüddətli müharibəyə hazır olmağa çağırdı - Avropa sülhə imkan vermir…

07.08.2026 / 22:14
Yeni tədris modelli orta məktəblər repetitorluğun alternativi ola bilməz(ər) - mübahisə və şübhələr var...

07.08.2026 / 21:57
Rusiya Cənubi Koreyadan 30 min ton neft məhsulları aldı…

07.08.2026 / 21:45
Zelenskidən ABŞ-a ittihamçı eyham - raketlərin tükənməsi Ukraynanı kapitulyasiyaya məcbur etmək taktikasıdır...

07.08.2026 / 21:21
Əliyev-Tramp-Paşinyan sənədinin imzalanmasından 1 il ötdü... TƏHLİL...

07.08.2026 / 21:06
Azərbaycandan Ukraynaya qaz ixracı yenidən gündəmdə...

07.08.2026 / 20:48
Dünyanı Bakıya tökdülər, separatçı ermənilər barədə hökmü zərrə qədər dəyişə bilmədilər...

07.08.2026 / 20:34
Ukraynada Rusiyaya qarşı 72 ölkədən 16 min əcnəbi döyüşür…

07.08.2026 / 20:21
Qarşıdakı 4 ildə Bakıda 9 yeni metro stansiyası?...

07.08.2026 / 20:03
Elmi müdafiələrdə “ədəbiyyat tarixi mütəxəssisi opponent ola bilməz (?!)...Niyə?

07.08.2026 / 19:47
Rusiya Ermənistana göndərilən 220 min dolları müsadirə etdi...

07.08.2026 / 19:40
17 yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundu

07.08.2026 / 19:37
Bankomatlardan 7 təqaüdçünün pulunu talayan şəxs qandallandı

07.08.2026 / 19:23
Yaxın Şərqdə tarazlığı dəyişəcək yeni hərbi ittifaq... Türkiyə, Səudiyyə və Pakistan müdafiə paktı imzaladı - “İslam NATO-su”na doğru ilk addım atıldı...

07.08.2026 / 19:13
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (qədim dövr)” kitabı nəşr olunub

07.08.2026 / 19:10
Ermənistan hakimiyyəti müxalifətin bütün biznesini ələ keçirir...

07.08.2026 / 18:54
2 mindən çox sayta müdaxilə edib ələ keçirdilər... kiberpolisdən əməliyyat - 2 haker yaxalandı - VİDEO

07.08.2026 / 18:48
Ukraynanın “Patriot” dalanı: Rusiya Qərbin də səbrini sınayır

07.08.2026 / 18:32
8 avqustdan sonra ilk 1 il, Əliyevlə Trampın doldurduğu boşluq, Putin 9 noyabr sənədini niyə yeniləmədi? - Aydın QULİYEV yazır...

07.08.2026 / 18:17
ATƏT bu dəfə Xəzər regionunda faydalı qurum olduğunu sübut etmək istəyir

07.08.2026 / 17:54
Yanmış, güllələnmiş və yaralanmış Rusiya əsgərləri cəbhə xəttinə geri göndərilir...(?)

07.08.2026 / 17:39
Azərbaycanın Ukrayna və Rusiya ilə münasibətləri Ermənistan üçün böyük dərd olub

07.08.2026 / 17:04
Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər məhkəmə qarşısına çıxarılır...

07.08.2026 / 16:49
ABŞ-la Azərbaycanın ən məzmunlu sənədləri Trampla Əliyevin arasında inzalanıb...

07.08.2026 / 16:25
Tramp hələ prezident seçilməzdən öncə İlham Əliyevlə əlaqələrin möhkəm əsasları yaradılmışdı...

07.08.2026 / 16:10
Trampın naziri ilə müavini bir-birini qırdı - "raketlər tükənib" qalmaqalı böyüyür...

07.08.2026 / 15:45
Azərbaycanın Ukrayna ilə "strateji tərəfdaşlığı" Kremli qıcıqlandırdı - Bakıya "dəyişiklik eyhamı"...

07.08.2026 / 15:21
Qafanda Rusiya konsulluğunun açılması gündəmə qaytarıldı - hədəf "dəhlizdir"...

07.08.2026 / 15:05
10 ölkə NATO-nun alternativini yarada bilər - Kiyevdən "NATO köhnəlib" ideyası...

07.08.2026 / 14:47
ABŞ kəşfiyyatından dünyanı silkələyən İDDİA - Rusiya NATO-ya hücum edəcək...

07.08.2026 / 14:21
Doğumla ABŞ-da vətəndaşlıq almaq istəyənlərə pis xəbər – Tramp "doğum turizmi"ni ləğv etdi...

07.08.2026 / 14:06
Husilərdən Səudiyyəyə ağır zərbə - 58 nəfər öldürüldü, onlarla insan yaralandı...

07.08.2026 / 13:50
XƏBƏRDARLIQ - sabah temperatur 39 dərəcəyədək yüksələcək...

07.08.2026 / 13:24
Xəzər Fərhadov Azərbaycan Malayziyadakı səfiri təyin edildi

07.08.2026 / 13:22
Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradıldı

07.08.2026 / 13:17
İrfan Davudov Azərbaycanın Pakistandakı səfiri təyin edildi

07.08.2026 / 13:15
Azərbaycan Estoniyaya yeni səfir təyin etdi

07.08.2026 / 13:10
Azərbaycan və Tacikistan arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılması haqqında saziş təsdiqləndi

07.08.2026 / 12:58
Media və Yayım Şurasının strukturu təsdiqləndi

07.08.2026 / 12:42
Neft Fondu Perunun ən böyük enerji şirkətinə investisiya yatırdı

07.08.2026 / 12:34
Türkiyənin UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilən unikal tarixi abidəsi - Kadıkalesi

07.08.2026 / 12:20
"TRIPP vasitəsilə Azərbaycan və Ermənistanla münasibətlərimizi yenidən başlatdıq" - ABŞ rəsmisi

07.08.2026 / 12:12
Bakının mərkəzində obyekt yanır - insanlar təxliyə edildi

07.08.2026 / 11:56
Zərdabda qəsdən yanğın törədən şəxs saxlandı

07.08.2026 / 11:31
Tərtərdə ər-arvadı evdə yandırıb pullarını oğurladı, ancaq çox uzağa gedə bilmədi...

07.08.2026 / 11:27
Paşinyan Aİİ-nin büdcəsinə 319 milyon köçürdüklərini xatırlatdı və baryerlərin qaldırılmasını istədi

07.08.2026 / 11:10
Yetmiş min manatlıq elektrik naqilləri oğurlayan şəxs yaxalandı

07.08.2026 / 10:48
"Müqavilə olmasa da, müəllif qonorarı ödənilməlidir" - Ali Məhkəmə

07.08.2026 / 10:09
Moskva İrəvana sərt xəbərdarlıq etdi - Ermənistana rus turistlərin axını dayandırıla bilər...

07.08.2026 / 09:52
Rusiya Azərbaycan üzərindən Ermənistana buğda və daş kömür göndərəcək

07.08.2026 / 09:25
Paşinyanın milyardlarla dollar tələbi Moskvanı qəzəbləndirdi – bizi şantaj etməyə çalışırlar...

07.08.2026 / 07:56
Mossad iki yüksək rütbəli məmurunu işdən çıxardı - İranda uğursuz çevriliş planı üzündən…

07.08.2026 / 06:14
Tramp etiraz etdi - “külli miqdarda sursatımız var…”

07.08.2026 / 05:57
Rusiya kəşfiyyatı Almaniyanın dron istehsalçısının izində - sui-qəsd cəhdi alınmadı

07.08.2026 / 00:55
İran Hörmüzün açılması üçün təzə şərtlər qoydu...

07.08.2026 / 00:25
Rubinyan vəzifədə oturan kimi Türkiyə rəhbərlərini kabab yeməyə dəvət etdi...

07.08.2026 / 00:15
Saakaşvili: “Tiflisdə işığın ümumi kəsilməsi İvanişvilinin biznesi üzündən baş verir"...

06.08.2026 / 23:28
ABŞ Ukraynanın Rusiya ərazisinə zərbələr endirməsinə kömək etdiyini etiraf etdi...

06.08.2026 / 23:11
Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi - Lənkəran üsyanı (iyul 1920 – fevral 1921)

06.08.2026 / 22:46
“Azərbaycan öz milli maraqlarını rəhbər tutaraq müstəqil və prinsipial xarici siyasət yürüdür” - Hikmət Hacıyev

06.08.2026 / 22:35
Rusiya XİN Ermənistan hakimiyyətinin Kiyevlə yaxınlaşmasına münasibət bildirdi - ciddi şübhələr yaradır…

06.08.2026 / 22:17
Ceyhun Bayramov Zelenski ilə görüşdü - FOTO

06.08.2026 / 22:08
Azərbaycan Mədəniyyəti sosial platforması Yayfest-də uğurla çıxış edib...

06.08.2026 / 21:41
İran 8 ildən sonra Xəzərin statusuna münasibətini dəyişdi...

06.08.2026 / 21:24
Rusiya Ukrayna müharibəsinin strategiyasını dəyişir - Parlamentdən müraciət təsadüf deyil...

06.08.2026 / 20:57
Omanla yeni razılaşma regional güc balansını İranın xeyrinə dəyişir...

06.08.2026 / 20:42
Təhsil Nazirliyini iki yeni münaqişə gözləyir...

06.08.2026 / 20:25
Satınalmaların 50 faizi şübhəli icra olunub - məlumat rəsmi mənbələrdən təsdiqlənib...

06.08.2026 / 20:01
Tehrandan ABŞ-a mesaj - Hörmüz İrana qarşı təhdidlər dayandırılana qədər bağlı qalacaq...

Yeniyetmələr üçün sosial şəbəkə məhdudiyyətləri ailə məsələlərinə necə təsir edəcək...

XƏBƏR ARXİVİ