çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Putin 2026-cı il üçün Avrasiyada “yeni layihə planını” açıqladı - planın Azərbaycana təsirləri...

Image


“...Təhlükəsizlik üçün ən böyük təhdid də elə Rusiyadan gəlir”

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının Bişkekdəki “Yntımak Ordo” (“Birlik mərkəzi”) hökumət kompleksində keçirilən növbəti sessiyasında Vladimr Putin bildirib ki, Rusiya tərəfi 2026-cı ildə Moskvada KTMT zirvə toplantısından əvvəl Avrasiyada bərabər və bölünməz təhlükəsizlik arxitekturasının inkişafına həsr olunmuş beynəlxalq ekspert forumunun keçirilməsini təklif edir. “Biz üzv dövlətlərin nümayəndə heyətlərini, eləcə də dost ölkələrin, çoxtərəfli strukturların və inteqrasiya birliklərinin nümayəndələrini bu tədbirdə iştirak etməyə dəvət etməyi planlaşdırırıq”-deyə Rusiya prezidenti bildirib.

Qeyd edək ki, görüşdə Rusiya prezidenti Vladimir Putin, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan prezidenti Sadır Japarov, Tacikistan rezidenti Emoməli Rəhmon və KTMT-nin baş katibi İmanqali Tasmaqambetov iştirak edib.

“Ekspertlər forumunun keçirilməsinin, ola bilər ki, Azərbaycan üçün də müəyyən...”

Putinin Avrasiyada ekspertlərin görüşündə bütöv və bölünməz təhlükəsizlik arxitekturası yaratmaqla bağlı “yeni layihəsinin” Azərbaycana təsirləri barədə danışan “Alyans” Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Putinin KTMT-nin sammitində səsləndirdiyi təklif yeni deyil, Ukrayna müharibəsindən əvvəl də, müharibə dövründə də bu təklif dəfələrlə səslənib. “Müharibənin başlamasının əsas səbəblərindən biri kimi məhz təhlükəsizliyin bölünməzliyi prinsipi göstərilib. 1999-cu ildə keçirilən ATƏT-in İstanbul sammitində qəbul olunmuş yekun sənəddə təhlükəsizliyin bölünməzliyi prinsipi öz əksini tapıb. Bunun mahiyyəti ondan ibarətdir ki, bir dövlətin, yaxud dövlətlər qrupunun təhlükəsizliyi digərinin hesabına təmin oluna bilməz, təhlükəsizlik hamının hüququdur. Rusiya prezidenti dəfələrlə bəyan edib ki, NATO-nun Rusiya sərhədlərinə yaxınlaşması ATƏT-in İstanbul sammitində qəbul olunmuş həmin prinsipin pozulmasıdır. Çünki bir tərəfdən NATO ölkələri öz təhlükəsizliklərini təmin etdiklərini deyirlər, bu məqsədlə Rusiya sərhədlərinə yaxınlaşırlar, digər tərəfdən Rusiyanın və onun müttəfiqlərinin təhlükəsizliyinə təhdid yaradırlar. Yəni yalnız öz təhlükəsizliklərini düşünürlər, digərlərinin təhlükəsizliyini düşünmürlər. NATO-nun Ukraynada təlimlər keçirməsi, Ukrayna və Gürcüstanı NATO üzvlüyünə qəbul etmək öhdəliyini götürməsi Putin tərəfindən bu prinsipin pozulması kimi qiymətləndirildi. 2021-ci ilin dekabrında həm NATO-ya, həm də ABŞ-a müqavilə layihəsi göndərildi. Orada o prinsip bir daha xatırladılırdı və tələb olunurdu ki, NATO Şərqə doğru genişlənmək planlarından imtina etsin, Ukraynanın və keçmiş Sovetlər İttifaqına daxil olmuş respublikaların NATO-ya üzvlüyündən imtina etsin. Bu gün də Ukrayna müharibəsini dayandırmaq, sülh sazişini imzalamaq məsələsi qalxanda Rusiya prezidenti eyni fikri irəli sürür ki, müharibənin başlanmasını şərtləndirən səbəblər aradan qalxmalıdır. Onlardan biri də məhz təhlükəsizliyin bölünməzliyi prinsipinin pozulmasıdır. Nə Ukrayna, nə Gürcüstan, nə də keçmiş ittifaq respublikaları NATO-ya qəbul olunmamalıdır, bu, Rusiyanın təhlükəsizliyinə təhdidlər yaradır. İndi Putin təklif edir ki, 2026-cı ildə Moskvada ekspertlərin iştirakı ilə forum keçirilsin. Görünür, İstanbulda qəbul olunmuş həmin prinsipi daha geniş şəkildə müzakirə edib, daha sanballı sənədin qəbul olunmasına nail olmaq istəyir. Ancaq nədənsə düşünmək istəmir ki, Ermənistanda Rusiyanın hərbi bazasının mövcudluğu Azərbaycan üçün təhlükəsizliyin bölünməzliyi prinsipini pozur, yoxsa pozmur. Təhlükəsizliyin bölünməzliyindən danışanda Putin yalnız Rusiyanı düşünür və hesab edir ki, bu prinsip yalnız Rusiya üçündür, digər dövlətlər üçün o prinsip mövcud deyil və bu gözlənilməməlidir. Təbiidir ki, belə bir tədbirin keçirilməsi, bu məsələlərin geniş tərkibdə ekspertlər tərəfindən müzakirə olunmasının müsbət nəticəsi ola bilər. Azərbaycan üçün də, təbii ki, müsbət nəticəsi ola bilər. Çünki biz də, müstəqillik əldə etmiş digər keçmiş ittifaq respublikaları da öz təhlükəsizlikləri üçün daim narahatlıq keçirirlər və təhlükəsizlik üçün ən böyük təhdid də elə Rusiyadan gəlir”.

A.Səmədovun sözlərinə görə, Rusiyanın müəyyən yüksək vəzifəli şəxslərinin səsləndirdiyi bəyanatlarda bu dövlətlərin ərazi bütövlüyü, suverenliyi daim şübhə altına alınır. “Bu səbəbdən, ekspertlər forumunun keçirilməsinin, ola bilər ki, Azərbaycan üçün də müəyyən qədər müsbət təsiri olsun.

Çıxışında da Putin bir daha təkrar edir ki, KTMT üzv dövlətlərin ərazi bütövlüyünün təminatçısıdır. Hərçənd, o dövlətlərin, ilk növbədə söhbət Qazaxıstandan gedir, ərazi bütövlüyünə təhlükə yaradan əsas dövlət də elə Rusiyanın özüdür. Yaxud Ermənistanın ərazi bütövlüyü ilə bağlı ən böyük təhlükələr Rusiyadan gəlir”- deyə A.Səmədov qeyd etdi.

A.Səmədov bildirdi ki, Ukrayna cəbhəsində, hələ ki, Rusiyanın işləri yaxşı gedir, ABŞ-ın yeni administrasiyası əvvəl yeritdiyi siyasətdən imtina etdi və Rusiyaya güzəştlər etməklə sülhə nail olmağa cəhd göstərir, yardımlar azaldılıb, ABŞ ümumiyyətlə Ukraynaya yardımları dayandırıb. A.Səmədov vurğuladı ki, Avropanın təkbaşına bu yardımları üzərinə götürmək gücü yoxdur, bu da Rusiyanı daha da şirnikləndirir və öz şərtlərini Ukraynaya və digər dövlətlərə qəbul etdirmək istəyir. A.Səmədovun sözlərinə görə, Trampın son təklifində də Putinin həmin təhlükəsizliyin bölünməzliyi prinsipi öz əksini tapıb və Ukraynanın NATO üzvü olmayacağı barədə bəndin konstitusiyaya salınması tələb olunur. “Ən qəribəsi odur ki, eyni zamanda bunu NATO müqaviləsinə salmağı da təklif edirlər. Bu cür şey necə ola bilər? NATO müqaviləsinə yazmaq olarmı ki, Ukrayna heç vaxt NATO-ya üzv qəbul olunmayacaq? Ancaq bütün hallarda bu, Rusiyanın təntənəsi kimi qəbul olunur. Baxmayaraq ki, bu sənədə də xeyli dəyişikliklər edilib, bəzi bəndlər çıxarılıb, ancaq bütövlükdə o sənədin ortaya çıxması Rusiyanın xarici siyasətinin təntənəsi kimi qəbul olunur. Orada göstərilən müddəaların böyük əksəriyyətindən imtina etmək mümkün olmayacaq. Əgər ABŞ belə bir addım atarsa, Ukrayna və Avropa ilə yanaşı sülh müqaviləsinin imzalanmasını pozan dövlət kimi qiymətləndiriləcək. Çox təəssüf ki, ABŞ və Avropadakı müttəfiqləri tələb olunan yardımları vaxtında Ukraynaya göstərə bilmədilər, göstərmək istəmədilər, Rusiyanın nüvə şantajından qorxuya düşdülər. Bu gün artıq ortaya çıxan sənədlər Moskvada hazırlanmış sənədlər təəssüratı bağışlayır. Çox təəssüf ki, Rusiya öz şərtlərini diqtə etməkdə davam edir və son KTMT sammitində Putinin verdiyi təkliflər də onun əvvəlki dövrlərlə müqayisədə özünü xeyli yaxşı hiss etdiyini və həm MDB-nin, həm də KTMT-nin gələcəyinə ümidlə baxdığını göstərir”-deyə A.Səmədov vurğuladı.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ