Bazar günü günü, 09 avqust 2026
     

AB Macarıstan və Slovakiyanı rus qazından qoparmaq yolunu tapdı...

Image


Macarıstanın Türkmənistana enerji ümidləri - “Gazprom”dan uzaqlaşmanın Avropa mənası

“Gazprom"un Avropadakı son böyük müştərisi qazı Türkmənistandan almağa qərar verdi - bunu Avropanın təntənəsi kimi də təqdim etmək olar. Yəni “Gazprom”un Avropadakı hələ də böyük alıcısı olan Macarıstan Türkmənistandan qaz almağa çalışır və onu etibarlı tədarükçü kimi görür.

Macarıstan xarici işlər naziri ölkəsinin enerji sahəsində Türkmənistana ümid etdiyini bildirib.

Macarıstan fransız şirkəti "Engie" ilə 2028-2038-ci illər üçün sıxılmış təbii qaz (LNG) tədarükü üzrə uzunmüddətli müqavilə imzalayıb.

Həmçinin Macarıstan "Shell" şirkəti ilə 2026-2035-ci illəri əhatə edən illik 2 milyard kubmetr qaz almaq barədə müqavilə bağlayıb.

Hazırda Macarıstan Rusiyadan qaz alır və bu tədarüklərin dəyəri aylıq yüz milyonlarla avro ilə ölçülür. Macarıstanın Rusiyadan olan mövcud müqaviləsi illik 4,5 milyard kubmetrə qədər qazı əhatə edir və 2036-cı ilə qədər qüvvədədir. Məlumatlarda qeyd olunur ki, Türkmənistandan Avropaya qaz tədarükü üçün infrastruktur məsələləri problemli ola bilər. Məsələn, qazın Azərbaycandan, İrandan və ya “Türk Axını” boru xətti vasitəsilə daşınması kimi mümkün yollar müzakirə olunur.

Macarıstan rus qazından tamamilə imtina edərmi?

Baki-xeber.com nəşrinə görə, Avropa Rusiyanın enerji hegemonluğundan çıxmağa doğru növbəti addım atır.

Avropanın enerji xəritəsində diqqətçəkən yeni istiqamət yaranıb. “Gazprom”un Avropadakı son böyük müştərisi sayılan Macarıstan artıq Türkmənistandan qaz almağa hazırlaşır. Bu, təkcə bir ticarət qərarı deyil, həm də Avropanın enerji asılılığından qurtulmaq səylərinin simvolu kimi qiymətləndirilir.

Bu, Macarıstanın, eyni zamanda Avropanın Rusiya enerji asılılığından qurtulmasının dönüş nöqtəsi ola bilər.

Macarıstan illərdir Avropada Rusiyadan ən çox enerji asılığı olan ölkələrdən biri kimi tanınır. Hazırda ölkənin qaz tələbatının 80–85 faizi “Gazprom” tərəfindən qarşılanır. 2036-cı ilə qədər qüvvədə olan müqavilə çərçivəsində Macarıstan illik 4,5 milyard kubmetr rus qazı alır.

Lakin Ukrayna müharibəsi, enerji qiymətlərində dalğalanma və Avropa İttifaqının təzyiqləri Budapeşti alternativ mənbələr axtarmağa məcbur edib.

Macarıstanın xarici işlər naziri Peter Siyarto açıqlamasında bildirib ki, “ölkə enerji təhlükəsizliyini yalnız bir tərəfə bağlı saxlaya bilməz” və Türkmənistanı etibarlı tədarükçü kimi gördüklərini vurğulayıb.

Yeni müqavilələri Qərbə açılan enerji körpüsü kimi qiymətləndirmək olar.

Macarıstanın yeni enerji strategiyası çərçivəsində bir neçə əhəmiyyətli müqavilə imzalanıb.

Belə ki, Fransanın “Engie” şirkəti ilə 2028–2038-ci illəri əhatə edən uzunmüddətli sıxılmış təbii qaz (LNG) tədarükü müqaviləsi imzalanıb.

Eyni zamanda, “Shell” şirkəti ilə 2026–2035-ci illər üçün illik 2 milyard kubmetr qaz tədarükü sazişi imzalanıb.

Bu addımlar Macarıstanın qaz idxalında Qərb şirkətlərinin payını artırmaq və Rusiyadan asılılığı tədricən azaltmaq məqsədi daşıyır.

Hazırda Avropada Türkmən qazı barədə düşüncələrin əsasında o dayanır ki, potensial var, amma infrastruktur problemdir. Lakin həll etmək olar.

Türkmənistan dünyada Rusiya, İran və Qətərdən sonra dördüncü ən böyük qaz ehtiyatına malik ölkədir. Sübut olunmuş qaz ehtiyatlarının həcmi 13,6 trilyon kubmetr, potensial ehtiyatları isə 20-24 trlyon kubmetrə çatır. Lakin bu qazın Avropaya çatdırılması infrastruktur məhdudiyyətləri səbəbindən çətindir.

Hazırda Türkmən qazının Avropaya çıxışı üçün üç əsas marşrut müzakirə olunur.

Transxəzər marşrutu üzrə qazın Türkmənistan-Azərbaycan-Türkiyə xətti ilə TANAP və TAP vasitəsilə Avropaya daşınması nəzərdə tutulur.

Bu marşrut ən real variant sayılır. Amma Xəzər dənizinin hüquqi statusu və ekoloji mübahisələr hələ də tam həll olunmayıb.

Eyni zamanda Türkmənistan qazının İran üzərindən Türkiyəyə və oradan Avropaya ötürülməsi variantı da müzakirə masasında mövcuddur.

Lakin sanksiyalar və siyasi maneələr bu istiqaməti məhdudlaşdırır.

“Türk Axını” xətti üzərindən nəql isə Rusiya və Türkiyə vasitəsilə Avropaya çatdırılma variantıdır.

Lakin bu halda qaz hələ də Rusiya tranzit sistemindən keçəcəyi üçün “müstəqil alternativ” sayıla bilməz.

Beləliklə, Türkmənistan qazı ilə bağlı nəzəri perspektiv real bazara çıxmaq üçün uzunmüddətli investisiya tələb edir.

Əgər "Gazprom"un Avropadakı son böyük müştərisi belə alternativ mənbələr axtarırsa, bu, artıq geosiyasi dönüş nöqtəsidir. Macarıstanın qərarı Rusiya qazının tək alternativ olmadığını göstərir. Türkmənistanın bu prosesə qoşulması isə Mərkəzi Asiyanın enerji xəritəsini yenidən cızır.

Bu tendensiya Moskva üçün həm iqtisadi, həm də siyasi baxımdan zərbədir.

Rusiyanın Avropada enerji təsir dairəsi daralır, “Gazprom”un gəlirləri və təzyiq rıçaqları azalır.

Eyni zamanda, Türkmənistan üçün bu, Çindən enerji asılılığını azaltmaq, ixrac bazarlarını genişləndirmək və Avropa bazarına çıxış əldə etmək baxımından strateji imkandır.

Yəni bu simvolik addım geosiyasi cəhətdən mühüm mesaj sayıla bilərmi? Macarıstanın bu qərarı yaxın perspektivdə onun Rusiyadan qaz idxalını tam dayandırmayacaq. Çünki mövcud müqavilə 2036-cı ilə qədər qüvvədədir.

Amma siyasi və strateji baxımdan bu addım dönüş nöqtəsidir. Avropa artıq “Rus qazı olmadan yaşamaq” modelini praktik olaraq qurur. Türkmənistanın bu sistemə daxil olması isə Avrasiya enerji xəritəsində yeni güc balansı yarada bilər.

Nəticə olaraq qeyd edək ki, Macarıstanın Türkmənistana üz tutması “Gazprom” üçün itki, Avropa üçün isə enerji azadlığının növbəti mərhələsi kimi qiymətləndirilə bilər.

Macarıstanın Türkmənistana yönəlməsi, təkcə enerji bazarında yeni müqavilə deyil, həm də Avropanın enerji suverenliyinin tədricən bərpası deməkdir. Bu qərar göstərir ki, “Gazprom”un təchizat üstünlüyü artıq keçmişin mirasıdır. Türkmənistanın prosesə cəlbi isə Mərkəzi Asiyanın Avropaya strateji inteqrasiyasının başlanğıcı ola bilər.

Bununla belə, real enerji balansının dəyişməsi üçün zaman, infrastruktur və siyasi iradə lazımdır. Avropa enerji xəritəsində istiqamət artıq müəyyənləşib - məsələ yalnız neft və qazın deyil, asılılığın da kəsilməsi mərhələsinə keçməkdir.

Akif NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan və ABŞ prezidentləri arasında telefon danışığı olub

Təhsil Nazirliyini iki yeni münaqişə gözləyir...

Ermənistan “rus ayısının pəncəsində” - Avropanın gözü qarşısında “param-parça” edilir...

SON XƏBƏRLƏR

09.08.2026 / 15:22
Bir gün əvvəl Krasnodardan Ukraynaya raket atmış S-400 sistemləri məhv edildi…

09.08.2026 / 14:45
Bolqarıstanda qaz kəməri yaxınlığına dron düşdü - Ukrayna səfiri Bolqarıstan XİN-ə çağırıldı…

09.08.2026 / 13:54
Türkiyə köhnə ABŞ silahlarını Ukrayna satır - 70 ATACMS raketi…

09.08.2026 / 13:16
Husilər Saudi Aramco neft emalı zavoduna hücum etdi…

09.08.2026 / 12:58
İran ABŞ-a Hörmüz boğazı ilə bağlı mesaj göndərdi - şərtlərimiz qəbul edilənə qədər…

09.08.2026 / 11:50
50 illik yubileyidir, yoxsa bu da yeni zarafatıdır...

09.08.2026 / 11:42
Prezident İlham Əliyev Sinqapur Prezidentini təbrik edib

09.08.2026 / 11:18
Rusiya Odessa və Çornomorsk limanlarına zərbələr endirdi…

09.08.2026 / 09:34
Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır…

08.08.2026 / 21:20
İsrail İrana hücum etməyə hazırlaşır…

08.08.2026 / 20:53
Xocavənddə buldozer minaya düşdü - YENİLƏNDİ

08.08.2026 / 20:37
Prezident İlham Əliyev Donald Trampa məktub ünvanlayıb

08.08.2026 / 19:57
İrandan PUA ilə Füzuliyə keçirilən narkotiki satmaq üçün Bakıya gətirənlər Sabunçuda yaxalandı - VİDEO

08.08.2026 / 19:42
“Birgə Bəyannamə Cənubi Qafqazda onilliklərdir davam edən münaqişəyə son qoydu və TRIPP layihəsinə start verdi” - ABŞ dövlət katibi

08.08.2026 / 19:35
Prezident sülh gündəliyinə töhfələrinə görə Trampa minnətdarlığını bildirdi

08.08.2026 / 19:28
Tramp sülh prosesində Prezident İlham Əliyevin rolunu yüksək qiymətləndirdi

08.08.2026 / 19:20
Azərbaycan və ABŞ prezidentləri arasında telefon danışığı olub

08.08.2026 / 18:57
"Tramp Azərbaycan və Ermənistan arasında sülhü təmin edib" - Rubio

08.08.2026 / 18:23
"Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır" - Stiv Uitkoffdan 8 avqust paylaşımı...

08.08.2026 / 17:22
Hörmüzdə BƏƏ tankeri vuruldu - Əbu-Dabi İranı günahlandırdı…

08.08.2026 / 16:55
“Ermənistan "Rusiyaya qarşı qoç" kimi əhəmiyyətini itirən kimi Qərb onlara arxa çevirəcək” - Medvedev

08.08.2026 / 16:25
Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla...

08.08.2026 / 16:08
Ukrayna dronları Rusiyada daha iki neft emalı zavoduna hücum etdi…

08.08.2026 / 15:41
Ukrayna ABŞ-a söz verdi - Qara dənizdə Qazaxıstan tankerlərinə hücum edilməyəcək…

08.08.2026 / 15:23
Rusiya sahillərində Türkiyə gəmisi vuruldu…

08.08.2026 / 15:05
Hikmət Hacıyev: "İlham Əliyev müharibəni də, sülhü də qazandı" - VİDEO

08.08.2026 / 14:03
Britaniya səfirliyi Vaşinqton sammitinin ildönümü ilə bağlı bəyanat yaydı

08.08.2026 / 13:45
ABŞ Azərbaycanın regional liderliyini dəstəkləyir

08.08.2026 / 13:43
Bakının yeraltı mineral suları: Hidrogeoloji xüsusiyyətləri, şəhərsalma tarixi və istifadə perspektivləri

08.08.2026 / 13:12
ABŞ-ın müvəqqəti işlər vəkili: "TRIPP marşrutu Azərbaycanın Naxçıvana maneəsiz çıxışını təmin edəcək" - VİDEO

08.08.2026 / 12:35
Paşinyan Prezident İlham Əliyevə zəng etdi

08.08.2026 / 12:20
Vaşinqton görüşü Cənubi Qafqazın logistika xəritəsində yeni bir səhifə açdı

08.08.2026 / 11:20
8 avqust Vaşinqton görüşü Cənubi Qafqazın müasir siyasi tarixində mühüm dönüş nöqtəsinə çevrildi

08.08.2026 / 11:08
Rusiya Azərbaycan vasitəsilə Ermənistana buğda və daş kömür göndərdi

08.08.2026 / 10:16
"Vaşinqton sammiti Ermənistanı dalandan çıxarıb" - Paşinyan

08.08.2026 / 09:32
Azərbaycan XİN Gürcüstandakı münaqişənin sülh yolu ilə həllinə dəstəyini təsdiqləyib

08.08.2026 / 09:15
Vaşinqton sammitindən bir il ötür - Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən zirvə...

08.08.2026 / 07:18
Tramp indi də Dövlət Departamentinin əmlakına “göz qoydu” - rəsm, ya çilçıraq…

07.08.2026 / 22:37
Rusiya vətəndaşlarını uzunmüddətli müharibəyə hazır olmağa çağırdı - Avropa sülhə imkan vermir…

07.08.2026 / 22:14
Yeni tədris modelli orta məktəblər repetitorluğun alternativi ola bilməz(ər) - mübahisə və şübhələr var...

07.08.2026 / 21:57
Rusiya Cənubi Koreyadan 30 min ton neft məhsulları aldı…

07.08.2026 / 21:45
Zelenskidən ABŞ-a ittihamçı eyham - raketlərin tükənməsi Ukraynanı kapitulyasiyaya məcbur etmək taktikasıdır...

07.08.2026 / 21:21
Əliyev-Tramp-Paşinyan sənədinin imzalanmasından 1 il ötdü... TƏHLİL...

07.08.2026 / 21:06
Azərbaycandan Ukraynaya qaz ixracı yenidən gündəmdə...

07.08.2026 / 20:48
Dünyanı Bakıya tökdülər, separatçı ermənilər barədə hökmü zərrə qədər dəyişə bilmədilər...

07.08.2026 / 20:34
Ukraynada Rusiyaya qarşı 72 ölkədən 16 min əcnəbi döyüşür…

07.08.2026 / 20:21
Qarşıdakı 4 ildə Bakıda 9 yeni metro stansiyası?...

07.08.2026 / 20:03
Elmi müdafiələrdə “ədəbiyyat tarixi mütəxəssisi opponent ola bilməz (?!)...Niyə?

07.08.2026 / 19:47
Rusiya Ermənistana göndərilən 220 min dolları müsadirə etdi...

07.08.2026 / 19:40
17 yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundu

07.08.2026 / 19:37
Bankomatlardan 7 təqaüdçünün pulunu talayan şəxs qandallandı

07.08.2026 / 19:23
Yaxın Şərqdə tarazlığı dəyişəcək yeni hərbi ittifaq... Türkiyə, Səudiyyə və Pakistan müdafiə paktı imzaladı - “İslam NATO-su”na doğru ilk addım atıldı...

07.08.2026 / 19:13
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (qədim dövr)” kitabı nəşr olunub

07.08.2026 / 19:10
Ermənistan hakimiyyəti müxalifətin bütün biznesini ələ keçirir...

07.08.2026 / 18:54
2 mindən çox sayta müdaxilə edib ələ keçirdilər... kiberpolisdən əməliyyat - 2 haker yaxalandı - VİDEO

07.08.2026 / 18:48
Ukraynanın “Patriot” dalanı: Rusiya Qərbin də səbrini sınayır

07.08.2026 / 18:32
8 avqustdan sonra ilk 1 il, Əliyevlə Trampın doldurduğu boşluq, Putin 9 noyabr sənədini niyə yeniləmədi? - Aydın QULİYEV yazır...

07.08.2026 / 18:17
ATƏT bu dəfə Xəzər regionunda faydalı qurum olduğunu sübut etmək istəyir

07.08.2026 / 17:54
Yanmış, güllələnmiş və yaralanmış Rusiya əsgərləri cəbhə xəttinə geri göndərilir...(?)

07.08.2026 / 17:39
Azərbaycanın Ukrayna və Rusiya ilə münasibətləri Ermənistan üçün böyük dərd olub

07.08.2026 / 17:04
Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər məhkəmə qarşısına çıxarılır...

07.08.2026 / 16:49
ABŞ-la Azərbaycanın ən məzmunlu sənədləri Trampla Əliyevin arasında inzalanıb...

07.08.2026 / 16:25
Tramp hələ prezident seçilməzdən öncə İlham Əliyevlə əlaqələrin möhkəm əsasları yaradılmışdı...

07.08.2026 / 16:10
Trampın naziri ilə müavini bir-birini qırdı - "raketlər tükənib" qalmaqalı böyüyür...

07.08.2026 / 15:45
Azərbaycanın Ukrayna ilə "strateji tərəfdaşlığı" Kremli qıcıqlandırdı - Bakıya "dəyişiklik eyhamı"...

07.08.2026 / 15:21
Qafanda Rusiya konsulluğunun açılması gündəmə qaytarıldı - hədəf "dəhlizdir"...

07.08.2026 / 15:05
10 ölkə NATO-nun alternativini yarada bilər - Kiyevdən "NATO köhnəlib" ideyası...

07.08.2026 / 14:47
ABŞ kəşfiyyatından dünyanı silkələyən İDDİA - Rusiya NATO-ya hücum edəcək...

07.08.2026 / 14:21
Doğumla ABŞ-da vətəndaşlıq almaq istəyənlərə pis xəbər – Tramp "doğum turizmi"ni ləğv etdi...

07.08.2026 / 14:06
Husilərdən Səudiyyəyə ağır zərbə - 58 nəfər öldürüldü, onlarla insan yaralandı...

07.08.2026 / 13:50
XƏBƏRDARLIQ - sabah temperatur 39 dərəcəyədək yüksələcək...

07.08.2026 / 13:24
Xəzər Fərhadov Azərbaycan Malayziyadakı səfiri təyin edildi

07.08.2026 / 13:22
Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradıldı

07.08.2026 / 13:17
İrfan Davudov Azərbaycanın Pakistandakı səfiri təyin edildi

07.08.2026 / 13:15
Azərbaycan Estoniyaya yeni səfir təyin etdi

07.08.2026 / 13:10
Azərbaycan və Tacikistan arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılması haqqında saziş təsdiqləndi

07.08.2026 / 12:58
Media və Yayım Şurasının strukturu təsdiqləndi

07.08.2026 / 12:42
Neft Fondu Perunun ən böyük enerji şirkətinə investisiya yatırdı

07.08.2026 / 12:34
Türkiyənin UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilən unikal tarixi abidəsi - Kadıkalesi

07.08.2026 / 12:20
"TRIPP vasitəsilə Azərbaycan və Ermənistanla münasibətlərimizi yenidən başlatdıq" - ABŞ rəsmisi

07.08.2026 / 12:12
Bakının mərkəzində obyekt yanır - insanlar təxliyə edildi

Yeniyetmələr üçün sosial şəbəkə məhdudiyyətləri ailə məsələlərinə necə təsir edəcək...

XƏBƏR ARXİVİ