Bazar ertəsi günü, 17 avqust 2026
     

Qələbəmiz milli iradənin, milli ruhun təntənəsidir

Image


44 günlük Vətən müharibəsi dövründə hamımız bir şüarla yaşadıq: “Öldü var, döndü yoxdur!”

Hər bir xalq üçün öz taleyinə sahib çıxmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman şəhidlərimizin, qazilərimizin, əsgər və zabitlərimizin canı, qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.

Zəfərə gedən yolun başlanğıc günü

Böyük Zəfərimizə gedən yolun başlanğıc günü, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Anım Günü kimi əbədiləşən 2020-ci ilin 27 sentyabr tarixindən beş il keçir. 44 gün davam edən İkinci Qarabağ müharibəsi zamanı otuz ilə yaxın işğal altında qalan torpaqlarımız qəhrəman şəhidlərimizin, qazilərimizin, əsgər və zabitlərimizin qanı və canı bahasına işğalçılardan təmizləndi. Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin xatirəsini uca tutur.

Ermənistan Azərbaycana qarşı uzun illər ərzində düşmənçilik siyasəti aparırdı. Tarixi Azərbaycan torpağı olan Qarabağa ermənilərin çar Rusiyası tərəfindən köçürüldüyü dövrdən etibarən xalqımıza qarşı başlamış düşmənçilik siyasəti 200 ildən çox idi ki, davam edirdi. Ermənilər Azərbaycan ərazisində məskunlaşdıqları dövrdən etibarən xalqımızın toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış və əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrindən azərbaycanlıları sıxışdırıb çıxarmışdılar. 1948-1956-cı illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 mindən artıq azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmiş, 1987-ci ildən başlayaraq daha 300 mindən artıq azərbaycanlı öz doğma yurdundan qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. Daşnak tör-töküntülərinin 1988-ci ildə başladıqları Qarabağ avantürası, erməni ideoloqlarının “dənizdən dənizə böyük Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdi. Təcavüzün davam etdiyi 30 il ərzində Ermənistan ərazilərimizdə təxribatlar törətmiş, keçmiş təmas xətti boyunca yaşayan dinc əhalimizə mütəmadi atəş açmış, onların rahat yaşamasına imkan verməmişdir. Amma Azərbaycan xalqı işğalla heç zaman barışmadı. 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Günnüt əməliyyatı və 2020-ci ilin iyulunda Tovuz döyüşləri zamanı Azərbaycan işğalla barışmayacağını nümayiş etdirdi. Lakin Ermənistan bu döyüşlərdən də nəticə çıxarmadı. 2020-ci ilin 27 sentyabr tarixində növbəti dəfə atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Nəticədə hərbi qulluqçularla yanaşı, Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak oldu.

İşğala son qoyuldu

Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi. 30 ilə yaxın işğal altında qalmış tarixi torpaqlarımız sentyabrın 27-də başlanan 44 günlük İkinci Qarabağ müharibəsində hərbi-siyasi yolla azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitlərinin canı, qanı bahasına noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu. Azərbaycanın mədəniyyət paytaxtı, dünya mədəniyyətinin incilərindən biri hesab edilən Şuşa şəhəri şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da üçtərəfli Bəyanat imzalandı. Bu, Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi oldu. Hərbi müstəvidə əldə edilən Qələbənin siyasi müstəvidə davam etdirilməsi nəticəsində 44 günlük Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayon – noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verildi. 2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli Bəyanata uyğun olaraq Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı.

Rəsmi Bakı hər zaman ən yüksək tribunalardan bəyan edirdi ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola da bilməz. Bir qarış torpağımız belə düşmənə verilməyəcək. Ədalətin və beynəlxalq hüququn yanında olan Azərbaycan gec-tez ədalətin zəfər çalacağına əmin idi. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə başlanan inkişaf yolu Azərbaycanı addım-addım Zəfərə yaxınlaşdırırdı. Baxmayaraq ki, müstəqilliyimizin bərpasının ilk illərində ölkəmizə rəhbərlik edənlərin şəxsi ambisiyalarını dövlətin və xalqın maraqlarından üstün tutmaları ucbatından Azərbaycan haqqında məlumatsızlıq ölkəmizə qarşı qərəzli addımların atılmasına, ABŞ Konqresi tərəfindən “Azadlığı Müdafiə Aktı”na “907-ci düzəliş” kimi əsassız qərarların qəbuluna, bir sözlə, erməni yalanlarının ayaq tutub yeriməsinə səbəb olmuşdu, lakin Ulu Öndər qayıdışı ilə əsas diqqəti ölkəmizin ətrafında yaradılan informasiya blokadasının yarılmasına yönəltdi. Ümummilli Lider Heydər Əliyev xarici ölkələrə bütün səfərlərində Qarabağ münaqişəsinin əsl mahiyyətini faktlar əsasında beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Diaspor quruculuğuna xüsusi önəm verilməsində də əsas hədəflərdən biri məhz bu idi. Ulu Öndər ilk gündən bu çağırışı etdi ki, suverenliyimizi daimi yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıdan müqqədəs Azərbaycan qayəsi ətrafında əməl və əqidə birliyi, sarsılmaz həmrəylik tələb olunur.

2003-cü ildən Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev möhkəm təməl üzərində Azərbaycanı bütün sahələrdə uğurla inkişaf etdirməklə yanaşı, dipomatik mübarizədə üstünlüyün qorunmasını prioritet məsələ kimi qarşıya qoydu. Əsas hədəf torpaqlarımızın işğaldan azad edilməsi idi. Müzəffər Ali Baş Komandan İlham Əliyev çıxışlarında bu məqamı xüsusi qeyd edir ki, Qarabağın işğalı dövründə bəzi hallarda hər birimiz məyusluq və inamsızlıq hissləri yaşamışıq. Hər birimizin qəlbini incidən bu ədalətsizlik bizə sanki əbədi olacaq kimi gəlirdi. Amma o fikirləri biz özümüzdən hər zaman uzaqlaşdırırdıq, inamla yaşayırdıq və onu da bilirdik ki, ədaləti bərpa etmək bizim öz işimiz olmalıdır, heç kim bizim əvəzimizə bu ədaləti bərpa etməyəcək, heç kimin belə niyyəti də, istəyi də olmamışdır.

Azərbaycan 27 il BMT Təhlükəsizlik Şurasının (TŞ) 4 qətnaməsinin icrasını gözlədi. Amma halbuki elə ölkələr var ki, bu qətnamələr bir neçə saatda tətbiq edilir. Məhz bu səbəbdən rəsmi Bakı daim dünyanın ən nüfuzlu təşkilatlarının tribunalarından, xüsusilə BMT Baş Assambleyasının tribunasından bəyan edirdi ki, bu qətnamələrin icrası üçün vahid mexanizm hazırlanmalı və bütün dövlətlərə eyni şəkildə tətbiq edilməlidir. Dövlət başçısı İlham Əliyev bu günlərdə “İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” adlı AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına müraciətində bu məqamlara bir daha diqqət yönəldərək bildirdi ki, Qlobal Cənub ölkələri yeni ədalətli dünya nizamının formalaşdırılmasında yaxından iştirak etməli və bu işə öz töhfələrini verməlidirlər. Bu xüsusda, BMT-də müvafiq islahatların aparılması, Təhlükəsizlik Şurasının daimi üzvləri sırasında Qlobal Cənub ölkələrinin təmsil olunmasının təmin edilməsi çox vacibdir. TŞ artıq günümüzün reallıqları ilə uzlaşmayan təsisata çevrilib. Azərbaycan vaxtilə işğal olunmuş torpaqlarının azad edilməsinə çağıran, lakin sadəcə, kağız üzərində qalmış TŞ qətnamələrinin icrasını özü təmin etmiş bir ölkə kimi bunu çox gözəl anlayır. Ölkəmizin suverenliyini və ərazi bütövlüyünü bərpa etməsindən sonra regionda təşviq etdiyimiz sülh gündəliyi xarici siyasətimiz üçün yeni üfüqlər açır və onun daha qlobal xarakter daşıması baxımından mühüm amil rolunu oynayır. Bu il avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması həm bölgə, həm də daha geniş coğrafiya üçün əlverişli imkanlar yaradır.

Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük İkinci Qarabağ müharibəsində aparıcı dövlətlərin, nüfuzlu beynəlxalq təşkilatların 30 ildə edə blmədiklərini etdi. Haqq-ədalət bərpa olundu, BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edildi, işğalçı Ermənistana və ona dəstək verən dövlətlərə bir daha çatdırıldı ki, beynəlxalq hüquq deyilən məfhum var və ona riayət edilməsi mütləqdir. Dövlət başçısı İlham Əliyevin 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə xarici mətbuata çoxsaylı müsahibələrinin hər biri Azərbaycan həqiqətlərinin təbliğində zəngin mənbədir. Hər bir müsahibə bugünümüz və gələcəyimizlə bağlı çağırışlarla, tarixi Zəfərimizə əminliklə diqqətdə oldu. Prezident İlham Əliyevin həmin müsahibələrdə “Şuşasız bizim işimiz yarımçıq olar” çağırışı özündə bütün məqamları ehtiva etdi. Müharibənin gedişi dövründə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çağırışları, paylaşımları da hər birimizin qalibiyyət rəmzi olan üçrəngli Bayrağımızın tezliklə işğal altında olan bütün torpaqlarımızda dalğalanacağına əminliyini artırdı. “Bu gün biz azərbaycanlılar niyyətimizlə, hərəkət və dualarımızla misli görülməmiş birlik göstəririk. Ulu Tanrı Azərbaycan xalqına onun müqəddəs mübarizəsində yar olsun!” söyləyən Mehriban xanım Əliyeva bu arzusunu ifadə etdi: “Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!”

44 gündə yazılan Zəfər tarixi bütün arzularımızın, istəklərimizin reallığa çevrilməsinin təsdiqi oldu.

Şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirilir

Tarixi Zəfərimizdən bəhs edərkən Qələbənin əsas qəhrəmanının Azərbaycan əsgəri, Azərbaycan zabiti olduğunu dövlət başçısı İlham Əliyev çıxışlarında dəfələrlə xüsusi qeyd edir. Vətən müharibəsində 2908 Azərbaycan hərbçisi şəhid oldu, mindən çox əsgər yaralandı, 6 nəfər itkin düşdü. Müzəffər Ali Baş Komandan İlham Əliyev çıxışlarında daim bu çağırışı edir ki, biz şəhidlərin qisasını döyüş meydanında aldıq. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib. Biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq və azad edilmiş torpaqları quracağıq, bərpa edəcəyik. Şəhidlərimizin, qazilərimizin qəhrəmanlığı dövlətimiz və xalqımız tərəfindən daim yüksək qiymətləndirilir. Şəhid ailələri və qazilərimiz dövlətin diqqətindədir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram göstərir, onların xatirəsinin əbədiləşdirilməsini, eləcə də qazilərimizin müalicəsini və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxlayır. Bu məqsədlə bütün aidiyyəti dövlət qurumlarının potensialı səfərbər olunub. Vətən müharibəsində Qələbə münasibətilə medal və ordenlərin təsis olunması da bu diqqətin tərkib hissəsidir. Yeni medal və ordenlərin təsis edilməsi Qələbənin əbədiləşdirilməsi və iştirakçılara ayrılan ali diqqətin təcəssümüdür. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olundular.

Qələbənin əbədiləşdirilməsi istiqamətində atılan addımlar davamlılığı ilə diqqətdədir. Şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində sağlamlığını itirmiş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması məqsədilə yaradılmış “YAŞAT” Fondu tərəfindən indiyədək 18 mindən yuxarı hərbçi himayəyə götürülmüşdür, 93 milyona yaxın vəsait müvafiq istiqamətlər üzrə xərclənmişdir. Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Zəfər parkı yaradılmışdır. Dövlət başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev ötən il noyabrın 8-də Bakıda Zəfər parkının açılışında iştirak etdilər. Prezident İlham Əliyev bu məkandan xalqa müraciətində «Biz bundan sonra da güclənəcəyik. Heç bir təzyiq, heç bir hədə-qorxu bizə bu günə qədər təsir etməyib. Bundan sonra da təsir etməyəcək. Xalq-iqtidar birliyi gücümüzün əsas mənbəyidir. İnkişafda olan Azərbaycan qürur mənbəyimizdir, şanlı Qələbəmiz isə bizim tarixi nailiyyətimizdir, tarixi zəfərimizdir» söyləyərək bu çağırışı da səsləndirdi ki, gələcəkdə Zəfər muzeyi də olacaq. Şəhərimizin ən gözəl yerlərindən birində parlaq Zəfərimizi əks etdirən yeni simvolumuz artıq yaradılıb. Şəhərə gedən iki yolun kəsişməsində Zəfər tağı yerləşir. Bu parkda və indi tərtib olunan muzeydə bir çox önəmli rəmzlər var. Bu rəmzlər bizimlə əbədi olacaq. Bu Qələbə bizimlə əbədi olacaq. Azərbaycan xalqı bundan sonra qalib xalq, Azərbaycan dövləti müzəffər dövlət kimi yaşayacaqdır.

Ölkəmizin həyatında yeni dövr

Tarixi Zəfərimiz bütün sahələrdə yeniliklərə, təkmilləşməyə yol açdı. Ən əsası müstəqillik tariximizin Zəfər səhifələri daha da zənginləşdi. 2023-cü il aprelin 23-də ərazi bütövlüyümüzün və həmin il sentyabrın 20-də suverenliyimizin tam bərpa olunması ölkəmizin həyatında yeni dövrün başlanğıcı oldu. Yeni dövrün qürurverici hadisəsi müstəqillik tariximizdə ilk dəfə olaraq ölkəmizin bütün əraziləri üzrə prezident, parlament və bələdiyyə seçkilərinin keçirilməsi oldu. Tarixi Zəfərimizin və suverenliyimizin yaratdığı reallıqların qəbulu və təsdiqi kimi dəyərləndirilən bu mühüm hadisələr hər birimizdə böyük qürur hissi yaratdı.

Əbəs yerə deyilmir ki, keçmişini unutmayan, bu günü ilə qürur duyan, gələcəyə böyük inamla addımlayan xalq tarixin bütün sınaqlarından şərəflə çıxır. Necə ki Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində qalibiyyətə imza atdı. 30 illik işğal dövründə nə qədər dünya güclərinin ikili standartlara əsaslanan siyasəti ilə üz-üzə qalsa da heç zaman ruhdan düşmədi, daim irəliyə doğru inamla addımladı. Zəfərimiz, suverenliyimizin bərpası uğurlarımızın zirvəsində dayanır.

Tarixi Zəfərimizin reallıqlarına uyğun olaraq yeni prioritetlər müəyyənləşdirildi. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiqləndi. Prezidentin Fərmanı ilə iqtisadi rayonların yeni bölgüsü aparıldı. Dövlət başçısının Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiqləndi. Təhlillər əsasında Azərbaycanın daim hədəfə doğru inamla addımladığını görür və bundan böyük qürur hissi keçiririk. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın tarixi Zəfərimizdən çox keçmədən azad Qarabağa və Şərqi Zəngəzura səfərləri davamlılığı ilə diqqətdədir. Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir, bu torpaqlarda yeni həyat başlayır. Genişmiqyaslı bərpa-quruculuq işləri, Böyük Qayıdış Proqramının uğurla icra edilməsi nəticəsində Laçın, Füzuli, Şuşa, Xocalı, Cəbrayıl, Kəlbəcər şəhərləri ilə yanaşı, neçə-neçə kəndlərimiz, qəsəbələrimiz doğma sakinlərinə qovuşub. Statistik rəqəmlərə diqqət yetirsək görərik ki, indiyədək 28 yaşayış məntəqəsinə, o cümlədən 6 şəhərə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilib. Hazırda azad edilmiş ərazilərimizdə 50 mindən çox insan yaşayır, işləyir, təhsil alır. Qısa müddət ərzində görülən işlər- evlərin tikintisi, bərpası, bütün infrastrukturun yaradılması gücümüzü, niyyətimizi nümayiş etdirir. Dövlət başçısı İlham Əliyev bildirir: “Əsas odur ki, bütün siyasi addımlarımızın mərkəzində Azərbaycan vətəndaşı dayanır. Siz - Azərbaycan vətəndaşları, erməni işğalından əziyyət çəkən Qarabağ bölgəsinin sakinləri bu gün ən gözəl şəraitə layiqsiniz.”

Vüqar Rəhimzadə,
Milli Məclisin deputatı



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

17.08.2026 / 12:21
İran müharibəsi İraqı pulsuz qoydu - neft gəlirləri bir gecədə 6,8 milyarddan 2 milyard dollara düşdü…

17.08.2026 / 12:07
Ərdoğan İsraillə mümkün müharibədən danışdı – “Türkiyə bundan çəkinməyəcək”…

17.08.2026 / 11:46
Prezident İlham Əliyevə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

17.08.2026 / 11:44
Prezident İlham Əliyev Ukraynanın sabiq Prezidenti Yuşenko ilə görüşdü - FOTO

17.08.2026 / 11:32
Avqustun 28-də bu ilin ikinci Ay tutulması olacaq

17.08.2026 / 11:15
Prezident İlham Əliyev indoneziyalı həmkarını Müstəqillik Günü münasibəti ilə təbrik etdi

17.08.2026 / 10:58
Salyanda 16 yaşlı qızın toyu polisin müdaxiləsindən sonra təxirə salındı

17.08.2026 / 10:46
Azərbaycanın Ermənistana ixracı 17 milyon dolları ötdü...

17.08.2026 / 10:22
Qarğıdalı sahəsini narkoplantasiyaya çevirən şəxs yaxalandı - Balakəndə əməliyyat...

17.08.2026 / 10:07
Astarada narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlandı

17.08.2026 / 09:50
Tramp Pentaqona gözlənilməz əmr verdi - Cənubi Koreya şokda...

17.08.2026 / 09:27
ABŞ-ın SEPAH rəhbəri ilə GİZLİ TƏMAS qurduğu ortaya çıxdı - Tramp iranlı generaldan istədiyi sözü aldı…

17.08.2026 / 09:07
Cared Kuşner Misirdə HƏMAS liderləri ilə görüşdü

17.08.2026 / 08:49
Şuşa və Xocavəndə köç karvanları yola salındı

17.08.2026 / 07:30
Netanyahunun seçki təbliğatında sürpriz isimlər qalmaqal yaratdı

16.08.2026 / 19:10
İran ABŞ əsgərlərinin başına 30 min dollar pul qoydu – qadınlar ikiqat çox alacaq…

16.08.2026 / 18:32
Azərbaycan elminin Scopus, Webof Science, Süni intellekt və nəsillərarası əlaqə problemləri…

16.08.2026 / 18:24
Hindistanın 80 ili: Transformasiya, tərəfdaşlıq və sivilizasiya özünəinamı yolu

16.08.2026 / 16:02
Zelenski avropalı tərəfdaşlarından silah istədi - antibalistik raketləri anbarlarda saxlamayın…

16.08.2026 / 15:38
İran Bəhreyndəki ABŞ bazasını darmadağın etdi – hərbi dəniz bazası Dieqo Qarsiyaya köçürüldü...

16.08.2026 / 15:23
Belçika tarixində ən dəhşətli yanğın – alovlar sürətlə yaşayış məntəqələrinə yaxınlaşır…

16.08.2026 / 15:06
Ukraynanın üçüncü prezidenti Yuşşenko Bakıya gəldi…

16.08.2026 / 14:19
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 51-ə çatdı…

16.08.2026 / 13:40
Rusiya Kiyevdə "Flamingo" raket istehsalı müəssisələrini bombaladı…

16.08.2026 / 13:26
General Abbasəli Novruzov vəfat etdi

16.08.2026 / 12:53
Polşa Ukrayna veteranlarının iştirakı ilə Avropa Legionu yaratmağı təklif edir - NATO-ya alternativ olmayacaq...

16.08.2026 / 12:25
Ukrayna da Avropa Birliyinin İrana qarşı sanksiyalarına qoşuldu…

16.08.2026 / 12:09
Beyləqanda qadın kanalda batdı...

16.08.2026 / 11:50
Moskvada Wildberries-in ən böyük anbarı vuruldu - güclü yanğın başladı...

16.08.2026 / 11:36
NATO qırıcısı Rumıniya üzərində naməlum pilotsuz təyyarəni vurdu…

16.08.2026 / 10:51
Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

16.08.2026 / 10:26
İrandan Trampa təhdid kimi mesaj – “…ərzaq maşınında gizlənməli olacaq”…

16.08.2026 / 10:02
Ərdoğan ABŞ-dan F-35-lərin tədarükünü gözləyir - Tramp vəd verib…

16.08.2026 / 09:30
Moskvaya kütləvi dron hücumu – üç hava limanında uçuşlar dayandı…

16.08.2026 / 09:14
Cənubi Koreya Şimali Koreya qoşunlarına xəbərdarlıq atəşi açdı...

16.08.2026 / 08:55
Urmiya gölü qırmızı rəngə boyandı...

15.08.2026 / 21:44
Tehranda İranın müstəqilliyinə qarşı qəsd hazırlayan iki fransız diplomat saxlandı - Fransaya sərt xəbərdarlıq edildi...

15.08.2026 / 21:15
Moskva ABŞ və Türkiyədən Ukraynaya mümkün silah tədarükü ilə bağlı açıqlama tələb etdi…

15.08.2026 / 20:53
ABŞ Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərdi...

15.08.2026 / 20:19
Nərimanovda mağaza soyuldu, saxlanan var...

15.08.2026 / 19:40
Abşeronda yarımtikilidən və avtomobildən oğurluq edən şəxs yaxalandı

15.08.2026 / 18:26
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

15.08.2026 / 17:56
E3 ölkələri Ukrayna ilə bağlı mümkün Tramp-Putin razılaşmasına qarşı hərəkətə keçdi - Avropanın Moskva ilə əlaqə qurmaq cəhdləri alınmır…

15.08.2026 / 17:32
İran iqtisadiyyatı çökür… Pezeşkiandan şok etiraf - gəlirlərimiz azalıb, neft sata bilmirik…

15.08.2026 / 17:17
İrandan müharibə ilə bağlı şok açıqlama - 3 pilotumuz Qətər tərəfindən əsir götürülüb...

15.08.2026 / 16:03
Bakıda narkotiklərin dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

15.08.2026 / 15:37
Rusiya Xəzər vasitəsilə İrana yeni hərbi təchizat marşrutu yaradıb - "Xəzər Ekspresi"...

15.08.2026 / 15:15
Senatorlar Trampdan izahat istədilər - Rusiyaya qarşı müntəzəm sanksiyalar nə vaxt bərpa ediləcək…

15.08.2026 / 14:21
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı

15.08.2026 / 14:09
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı məlumat yaydı

15.08.2026 / 13:54
Saakaşvili həmvətənlərinə çağırış etdi - “Payıza qədər… dayanmaq vaxtı deyil!”

15.08.2026 / 12:51
İmişlidə 10 kiloqramdan artıq narkotik aşkarlandı

15.08.2026 / 12:25
Britaniya Netanyahunun "İslam Respublikası" sözlərinə görə İsraildən izahat istədi…

15.08.2026 / 11:43
Bakıda mağazanın tavanı uçdu, bir nəfər dağıntı altında qaldı - VİDEO

15.08.2026 / 11:35
Tramp Hörmüzü "Amerika ərazisi" elan edəcəyini dedi, İrandan sərt reaksiya gəldi - məğlubiyyətinizi etiraf edin...

15.08.2026 / 11:09
İndoneziyada 7,7 bal gücündə zəlzələ - ölənlərin sayı 20-yə çatdı…

15.08.2026 / 10:53
Rusiya Azərbaycan üzərindən Ermənistana 8 vaqon buğda göndərdi

15.08.2026 / 10:35
Kilsə və monastırları soyan iki erməni saxlandı

15.08.2026 / 10:18
Hörmüzdə daha bir gəmi vuruldu…

15.08.2026 / 08:15
FAZ müxbirinə Rusiyada cinayət işi açıldı - “Milli zəmində düşmənçilik çağırışı…”

15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır - dronlar üzündən…

15.08.2026 / 06:55
Yaponiya Müdafiə naziri militarizm simvolu məbədi ziyarət etdi

15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj - “AB onu lağa qoyur…”

15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı - “siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ