Bazar günü günü, 31 may 2026
     

Məhkəmədə girov götürülən azərbaycanlının öldürülməsi və digər cinayətlər üzrə sənədlər elan olundu

Image


Sentyabrın 12-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi sənədlərin elan olunması ilə davam etdirilir.

Elan olunan sənədlərdən biri 1991-ci il yanvarın 12-də Xocavənd-Qaradağlı yolunda hərəkət edən avtobusa basqın edilməsi faktı üzrə olub. Xocavənd rayon sakini Rəhimov Kamal Baxış oğlunun idarə etdiyi və içərisində 25-30 nəfər Xocavənd kənd sakininin avtobus Xocavəndin Xocavənd-Kiş-Qaradağlı yolunun 6-cı kilometrliyində ermənilər tərəfindən müxtəlif çaplı odlu silahlarla atəşə tutulub.

Digər sənəd 1991-ci il yanvarın 28-də Nəzərova Fəranə Nəriman qızının öldürülməsi faktı ilə bağlı olub. O, Xocavənd rayonunun Xocavənd kəndində odlu silahdan atəş açmaqla qətlə yetirilib.

Növbəti sənəddə göstərilib ki, həmin kəndin sakini, 7-ci sinif şagirdi Məmmədov Azər İspəndiyar oğlu 1991-ci il yanvarın 29-da küçədə həmyaşıdları ilə oynayarkən Xocavənd şəhəri tərəfdən odlu silahdan atəş açılması nəticəsində qarın nahiyəsindən xəsarət alıb.

Digər cinayət işi üzrə sənəddə isə bildirilib ki, 1991-ci il fevralın 15-də Nəbiyev Camal Abbasəli oğlu yaşadığı Goranboy rayonunun Baş Qışlaq kəndindən dağ yolu ilə Xanlar (indiki Göygöl) rayonunun Sarısu kəndinə gedərkən, Buzluq kəndinin yaxınlığından keçən aşırımda 40-50 metr məsafədən avtomat və digər odlu silahlardan atəşə tutularaq qətlə yetirilib.

Elan edilən digər sənəd avtobusun atəşə tutulması faktı ilə əlaqədar olub. Qeyd edilib ki, 1991-ci il fevralın 24-də Yevlax-Laçın avtomobil yolunun 99-cu kilometrliyində Xankəndi şəhərinin şərq hissəsində naməlum şəxslər tərəfindən partlayıcı qurğulardan və avtomat silahdan istifadə etməklə Şuşa avtonəqliyyat müəssisəsinin sürücüsü Z.Ç.Əliyevin idarə etdiyi sərnişinlərlə dolu olan avtobusa basqın olub, bir neçə mülki şəxs müxtəlif dərəcəli xəsarətlər alıb, avtobus yararsız vəziyyətə düşüb.

Bundan başqa, Muradov Qorxmaz Murad oğlunun öldürülməsi faktı üzrə sənəd də elan olunub. Bildirilib ki, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşı Muradov Qorxmaz Murad oğlu 1991-ci il fevralın 25-də ermənilər tərəfindən girov götürülüb, bir gün sonra Xocavənd rayonunun Hacılı (Haslı) kəndində odlu silahla qətlə yetirilib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

ZÜMRÜD




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Prezident İlham Əliyev Azərbaycanda əhalinin şəhərlərdən kəndlərə dönüşünün zəruriliyini çox maraqlı bir ideya kimi irəli sürdü...

Prezident kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirdi - FOTO/YENİLƏNDİ

“Abituriyentləri dolaşdıran bir sual göstərin” - Abbaszadənin cavabı verildi...

SON XƏBƏRLƏR

31.05.2026 / 12:32
Mayın 31-i Ümumdünya Himayədar Ailə Günüdür

31.05.2026 / 12:30
İsrail ordusu Livanın cənubundakı Bofor qalası üzərində bayraq qaldırıb

31.05.2026 / 11:50
Atatürkün siyasi övladlarını Anıtkabirə buraxmadılar... Ankarada şok...

31.05.2026 / 10:22
İran ABŞ dronunu vurduğunu iddia edir

31.05.2026 / 09:36
Jerusalem Post: ABŞ İranla danışıqları dayandırmalı və hərbi variantı seçməlidir

31.05.2026 / 09:27
Akademik Musiqili Teatrın uşaqlara bayram töhfəsi – “Balaca şahzadə”

31.05.2026 / 09:19
Axios: “Tramp İranla razılaşma layihəsində dəyişikliklər tələb edib”

31.05.2026 / 09:02
ABŞ, Böyük Britaniya və Avstraliya sualtı dron texnologiyasını inkişaf etdirəcək

31.05.2026 / 08:30
KİV:ABŞ-ın pilotsuz uçuş aparatı İranın ərazi suları üzərində vurulub

31.05.2026 / 07:09
Aysel hansı həmkarına söz atdı?

30.05.2026 / 23:37
Oman körfəzində gərginlik - ABŞ qırıcıları İrana gedən yük gəmisini vurdu...

30.05.2026 / 23:12
Ukraynada qorxulan oldu - Zaporojye nüvə stansiyası vuruldu...

30.05.2026 / 21:55
Şərurda selin ortasında köməksiz vəziyyətdə qalan şəxs xilas edildi

30.05.2026 / 21:30
Zelenskinin "UPA Qəhrəmanları" qərarı Polşa ilə tarixi qalmaqala səbəb oldu...

30.05.2026 / 21:14
Tehran Hörmüzlə bağlı sərt xəbərdarlıq etdi - icazəsiz keçən gəmilər vurulacaq...

30.05.2026 / 19:47
İrandan Hörmüzlə bağlı yeni qərar - Çin və Rusiya gəmilərinə "yaşıl işıq" yandırıldı...

30.05.2026 / 19:20
İranın Ermənistanı yerli istehsal olan aviabombalarla təmin etdiyi ortaya çıxdı...

30.05.2026 / 17:42
Anna Hakobyan 15 məhkəmə iddiası ilə üzləşəcək - xeyriyyə fəaliyyətinə qoyulan qadağanı pozduğuna görə…

30.05.2026 / 17:03
Noyabrda Türkiyədə növbədənkənar prezident seçkiləri keçirilə bilər – qərar oktyabrda veriləcək...

30.05.2026 / 16:31
Rusiya Ermənistanın mineral su brendini qadağan etdi - milyonlarla şüşə suyun satışı dayandırıldı...

30.05.2026 / 15:50
Rusiyadan Avropanı qorxudan təhdid - Sakit yuxu dövrü bitdi...

30.05.2026 / 15:16
"Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri Böyük Qayıdışı daha da sürətləndirir" - Vüqar Rəhimzadə

30.05.2026 / 14:46
Putin İrəvana qarşı sərt tədbirlərin anonsunu verdi – bütün MDB bazarı Ermənistanın üzünə bağlanır...

30.05.2026 / 14:12
Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

30.05.2026 / 13:58
İranın 12 milyard dollarlıq tələbi Qətər tərəfindən rədd edildi

30.05.2026 / 13:48
Münxen aeroportu dron təhlükəsi ilə əlaqədar müvəqqəti bağlanıb

30.05.2026 / 13:25
Putin:"Ukraynadakı böhran onun Aİ-yə üzvlük cəhdləri ilə başlayıb"

30.05.2026 / 12:43
Qobustanda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxs saxlandı

30.05.2026 / 12:30
“Arvad” sözünə etirazlar artır – vəkil Vüsal İbadov qanunları xatırlatdı...

30.05.2026 / 12:09
Külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alındı

30.05.2026 / 11:51
Azərbaycan neftinin qiyməti 98 dollar olub

30.05.2026 / 11:07
Prezident İlham Əliyev Zoran Milanoviçi təbrik edib

30.05.2026 / 10:45
Ağdərədə insan sümüklərinin qalıqları aşkarlandı

30.05.2026 / 09:22
ABŞ Transxəzər qaz layihələrinə dəstəyini təsdiqlədi

30.05.2026 / 08:43
Tokayevdən ABŞ və İrana təklif - İranın uran ehtiyatı Qazaxıstana daşına bilər...

30.05.2026 / 07:32
NATO xaricində Rusiya əleyhinə London-Varşava ittifaqı yaradıldı

30.05.2026 / 07:03
Özel-İmamoğlu ittifaqında yeni partiya yaranır - CHP-də çöküş son həddə…

30.05.2026 / 06:47
Putin Hitlerdən sitat gətirib Gebbelsin ayağına yazdı…

30.05.2026 / 06:33
Dron qalmaqalı böyüyür - Britaniya Rumıniyaya qırıcılar göndərdi

30.05.2026 / 06:29
İran ABŞ-dan 12 milyard dollar tələb edir-səbəb?

29.05.2026 / 23:27
Ağ Evdə iki saat davam edən görüş nəticəsiz bitdi - Tramp İranla bağlı yekun qərarı ertələdi...

29.05.2026 / 22:50
İran Hörmüz boğazında ABŞ PUA-sını vurdu...

29.05.2026 / 21:26
Beynəlxalq Qalereyada fərdi yaradıcılıq sərgisi keçirildi - “Müstəqilliyimiz Əbədidir!”

29.05.2026 / 20:39
Putin Astanadan Paşinyana xəbərdarlıq mesajı göndərdi - bütün işləri dayandıracağıq...

29.05.2026 / 20:19
Tramp İranın blokadasını dayandırdı...

29.05.2026 / 20:02
Dünyanın diqqəti Ağ Evə yönəldi - Tramp İranla bağlı yekun qərarını bu gün verəcək...

29.05.2026 / 19:50
Xankəndidə Çay və Qəhvə Festivalı keçirilir

29.05.2026 / 18:11
Dörd ölkənin liderləri Paşinyanın qarşısında qəti tələb qoydu - referendum keçirib, Aİ və AİB arasında seçim edin...

29.05.2026 / 17:43
İran-ABŞ danışıqlarının ŞOK DETALLARI ortaya çıxdı - 300 milyardlıq dalan... Dondurulmuş 24 milyardla bağlı "Qətər formulu"...

29.05.2026 / 17:26
Türkiyənin yük gəmisi dron hücumuna məruz qaldı

29.05.2026 / 17:22
ABŞ-İran razılaşması yenidən dəyişiklik mərhələsində…

29.05.2026 / 17:10
Azərbaycan QHT-ləri 48 ölkəyə çağırış etdi - "Lafarge" şirkətinin fəaliyyəti araşdırılsın...

29.05.2026 / 16:41
Moskva İrəvana növbəti dəfə mesaj göndərdi – bu bizim üçün qəbuledilməzdir...

29.05.2026 / 16:27
Lavrov Paşinyanın planlarını "Rusiyasız varlanmaq cəhdi” adlandırdı

29.05.2026 / 16:13
“Rusiya bir daha cizgini aşdı” - Fon der Lyayen

29.05.2026 / 16:01
Rumıniya Rusiyanın bu ölkədəki baş konsulunu “persona non qrata” elan etdi - Zaxarova “cavab özünü çox gözlətməyəcək” dedi…

29.05.2026 / 15:07
Pezeşkian Azərbaycanın imkanlarından istifadə etməyi tapşırdı

29.05.2026 / 14:34
Bakı-Tiflis-Qars sayəsində Avropa və Asiyanın iqtisadi bağları güclənir

29.05.2026 / 14:31
Ermənistan xaricdən aldığı hərbi texnikanı yerli istehsal adı ilə əhalisinə sırımağa çalışır

29.05.2026 / 12:32
Məhəmməd Muizzu Prezident İlham Əliyevə məktub ünvanlayıb

29.05.2026 / 12:27
Asəf Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib

29.05.2026 / 12:15
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı təşkil olunacaq

29.05.2026 / 11:58
Rusiya dronu NATO ölkəsində 12 mərtəbəli binaya çırpıldı – yaralılar var...

29.05.2026 / 11:43
DİN velosiped və skuter sürənlərə xəbərdarlıq etdi....

29.05.2026 / 11:30
Rusiyadan Ermənistana Azərbaycan üzərindən buğda və gübrə göndərildi

29.05.2026 / 11:15
İsrail ölkənin "qara siyahı"ya salınmasına görə Quterreşlə bütün əlaqələri kəsdi...

29.05.2026 / 10:48
Azərbaycan neftinin qiyməti 100 dollara düşdü

29.05.2026 / 10:30
Qanunsuz yolla ölkəyə gətirilmiş külli miqdarda dərman ələ keçirildi

29.05.2026 / 09:55
Azərbaycan vasitəsi ilə Ermənistana növbəti tədarük həyata keçiriləcək

29.05.2026 / 09:23
“Temu”ya 200 milyon cərimə kəsildi - təhlükəli oyuncaqlar, zədələnmiş şarj cihazları...

28.05.2026 / 21:32
Dubayın məşhur “Bürc-Xəlifə” qülləsi Azərbaycan bayrağının rənglərinə büründü

28.05.2026 / 21:18
Ermənistan seçkiləri izləyəcək MDB missiyasındakı Rusiya vətəndaşlarını ölkəyə buraxmadı...

28.05.2026 / 20:55
Prezidentin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb - VİDEO

28.05.2026 / 20:37
Gürcüstanın Baş naziri Prezident İlham Əliyevi təbrik etdi

28.05.2026 / 20:19
Rusiyada Ermənistan məhsullarına qadağa - meyvə-tərəvəz idxalı dayandırıldı...

28.05.2026 / 19:57
Lüksemburqun Moskvadakı səfiri XİN-ə çağırıldı

28.05.2026 / 19:43
Rusiyanın "kölgə donanmasına" məxsus üç tanker Türkiyə sahillərində hücuma məruz qaldı

28.05.2026 / 19:37
ABŞ-ın müxtəlif ştat və şəhərləri 28 May Müstəqillik Günü münasibətilə bəyannamə imzalayıb

28.05.2026 / 19:21
Beş il sonra...

28.05.2026 / 17:56
Tərtərdə 3 kiloqramdan çox narkotik aşkarlandı, bir nəfər həbs edildi

28.05.2026 / 17:31
Prezidentin sosial şəbəkə hesablarında Şuşanın Böyük Qaladərəsi kəndində sakinlərlə görüşü ilə bağlı paylaşım edilib - VİDEO

WUF13 Azərbaycanın milli, mədəni, əxlaqi, tarixi kimliyinin nümayiş meydanıdır...

XƏBƏR ARXİVİ