Cümə axşamı günü, 01 oktyabr 2026
     

ATƏT-in “Qarabağ strukturları” buraxıldı - bəs onların 30 illik ziyankar fəaliyyətinə siyasi qiymət veriləcəkmi?..

Image


Sentyabrın 1-də ATƏT Nazirlər Şurası ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul etdi.

Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, qərara əsasən, Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin ABŞ Prezidentinin dəvəti və iştirakı ilə avqustun 8-də Vaşinqton şəhərində baş tutmuş görüşü çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Fəaliyyətdə olan Sədrinə ünvanlanmış birgə müraciət məktubuna uyğun olaraq, ATƏT-in Minsk Prosesinin, ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının məşğul olduğu münaqişə üzrə Şəxsi Nümayəndəsinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun fəaliyyətinə sentyabrın 1-dən etibarən xitam verilib.

ATƏT-in strukturları buraxıldı. Ancaq onun düz 30 il səmərəsiz fəaliyyətinə kim nə zaman və necə siyasi qiymət verəcək? Axı təşkilatın 30 illik Azərbaycanı “yolavermə siyasəti” Azərbaycana dəhşətli ziyanlar vurdu.

Aydın Quliyev: “ATƏT-in uğursuzluğunun məsuliyyətini kim daşımalıdır - qurumun fəaliyyətdə olan sədrləri, ya həmsədr ölkələr?”

Qeyd edək ki, bir neçə gün əvvəl “Bakı-Xəbər” qəzetinin Baş redaktoru Aydın Quliyev özünün Facebook səhifəsində ATƏT-in Minsk qrupunun buraxılması barədə paylaşımında məhz bu məsələyə toxunub. A.Quliyev bu barədə yazıb: “Vaşinqtonda Minsk Qrupunun buraxılması barədə Azərbaycanın və Ermənistanın birlikdə ATƏT rəhbərliyinə müraciəti razılaşdırıldıqdan sonra məlumat yayıldı ki, ATƏT rəhbərliyi artıq hərəkətə keçib və hətta avqustun sonlarına kimi yekun qərar verilə bilər...Vacib olan odur ki, artıq prinsipial razılaşma var və bir vaxtlar bu məsələni eşidəndə daş atıb baş tutan Ermənistan nəhayət Azərbaycanın tələbini qəbul etdi. Prosesi bu həddə gətirib çıxarınca Azərbaycan çətin bir yol keçdi. Ermənistan sadəcə olaraq ya ona mane olurdu, ya da prosesin arxasınca sürünürdü. Yəni onların işi o qədər də çətin deyildi. Ancaq ATƏT rəhbərliyinin bundan sonrakı işini də asan təsəvvür etmək doğru olmazdı. Zahirən belə təsəvvür oluna bilər - nə çətin məsələdir, Azərbaycan və Ermənistan qərar verərək birgə müraciət ediblərsə, ATƏT-ə qalan sadəcə son nöqtəni qoyub yekunlaşdırmaqdır...Xeyr, yenə də xeyr... Azərbaycan Minsk Qrupunun buraxılması barədə Trampın da qətiyyətlə dəstəklədiyi qərarı kifayət edən arqumentlərlə əsaslandırmışdı. Onları bir daha təkrar etməyə ehtiyac yoxdur. İlham Əliyev yetərli arqumentlərlə Minsk Qrupuna bundan sonra daha heç bir zərurətin qalmadığını, əksinə, qaldığı təqdirdə ziyan verəcəyini əsaslandırdı. Minsk Qrupunun yekun ləğvi barədə ATƏT-in də qərarı yetərli səviyyədə hüquqi və siyasi arqumentlərlə əsaslandırılmış olmalıdır. Yoxsa məsələyə "Azərbaycanla Ermənistan razılığa gəlib onun ləğvini istədikləri üçün biz də onu ləğv edirik" kimi qeyri-hüquqi və qeyri-siyasi məntiq çərçivəsində yanaşmaq yanlış olardı. Unutmayaq ki, ATƏT-in Minsk Qrupunun ləğvi barədə yekun qərar həm də 30 illik münaqişənin beynəlxalq hüquq çərçivəsində, BMT-nin 4 qətnaməsi əsasında Azərbaycanın öz gücü ilə həll etdiyinin rəsmi təsdiqi olacaq. Keçmiş Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplərlə daimi həll olunması ATƏT-in rəsmi sənədlərində əks olunmalıdır. ATƏT-in siyasi tarixində bu münaqişənin necə həll olunduğunu təsdiqləyən sənədlər mütləq qalmalıdır. MQ-nin rəsmən ləğvi təkcə Azərbaycanla Ermənistanın yox, həm də bütün ATƏT strukturlarının mövqeyi kimi təsdiqlənməlidir. ATƏT-in bu münaqişənin həllində hansı nəticəyönümlü fəaliyyətlər göstərdiyi bu gün bizlərdə suallar doğurduğu kimi, gələcəkdə ATƏT-in özündə də ona qarşı sualların qalxacağı şübhəsizdir. “Azərbaycan niyə bu münaqişəni özü təklikdə həll etdi” kimi kəskin suala 30-50 ildən sonra ATƏT-də kim və necə cavab verəcək? Keçmiş Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın və ATƏT-in bir vasitəçi kimi payının nə qədər olduğunu kim və necə müəyyən edəcək? ATƏT MQ-nin 30 illik fəaliyyətinin hansı nəticələr verdiyi və ya vermədiyi sualına kim və necə cavab verəcək? ATƏT özü bu münaqişəni niyə həll edə bilmədi? ATƏT-in uğursuzluğunun məsuliyyətini kim daşımalıdır - qurumun fəaliyyətdə olan sədrləri, ya həmsədr ölkələr? Bütün bu sualların cavabı ATƏT Minsk Qrupunun təfsilatlı müzakirələrdən keçirilərək qəbul olunacaq yekun qərarında əks olunmalıdır. Minsk Qrupunun ləğvi barədə yekun qərar ən azı Qrupun üzvləri olmuş 9, ya 11 dövlətin sanballı təmsilçiliyi şərtilə müzakirədən keçərək qəbul edilməlidir. Bax bu, Azərbaycanın son qoyduğu keçmiş Dağlıq Qarabağ münaqişəsinin əbədi həll olunduğunun beynəlxalq təsdiq sənədi olacaq. Konkret desək, Minsk Qrupunun ləğvi barədə ATƏT-in son qərarı həm də keçmiş DQ münaqişəsinin birdəfəlik həllinin təsdiqi olmalıdır. Mən inanmıram ki, ATƏT-in nizamnaməsində Minsk Qrupunun necə həll olunmalı olduğunu müəyyən etmiş aydın prosedur var. ATƏT, məsələn, 10 dəfə belə qrup yaradıb onu ləğv etməyib ki... Minsk Qrupu ATƏT-in tarixində unikal bir təzahür idi və təbii ki, onun ləğvi də unikal mexanizmlə həyata keçirilə bilər. Bəlkə də keçirilməlidir...”

A.Quliyev bu postu ATƏT-in bu qərarından əvvəl yazıb.

Abutalıb Səmədov: “Əgər belə bir qiymət verilməyə cəhd göstərilsə, son nəticədə...”

“Alyans” Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, ATƏT-in Minsk prosesi ilə bağlı strukturları nəhayət buraxıldı və Azərbaycanın tələbi yerinə yetirildi. Prosesin 1992-ci ilin mart ayında Finlandiyada başlandığını deyən A.Səmədovun bildirdiyinə görə, ATƏT-in Nazirlər Şurası qərara gəlmişdi ki, Minsk Konfransı keçirilsin və konfrans Qarabağın statusu məsələsini həll edərək Azərbaycan-Ermənistan münaqişəsinə son qoysun. A.Səmədov qeyd etdi ki, 11 dövlət konfransın işində iştirak etməli və Minsk Konfransı 1992-ci ilin yayında çağırılmalı idi, lakin Şuşanın və Laçının işğalı, sonradan Azərbaycanın hərbi əməliyyatlara başlaması və xeyli əraziləri azad etməsi bu konfransı çağırmağa imkan vermədi. A.Səmədovun bildirdiyinə görə, 1992-ci ilin payızında o dövrdə ATƏT-in Minsk Konfransına sədrlik edən Mario Raffelli İtaliyada bir neçə görüş təşkil etdi və elan olundu ki, Minsk Qrupu da yaradılıb. “Minsk Konfransını ATƏT-in Nazirlər Şurası yaratmışdı. Minsk Qrupunu kim yaratdı? Bu, indiyə qədər də məlum deyil. Eyni zamanda, o dövrdə ATƏT-in təmsilçisi vəzifəsi də yaradılmışdı. Uzun illər Andjey Kasprşik bu vəzifədə fəaliyyət göstərdi. Minsk Qrupunun yarandığı elan olunduqdan sonra uzun müddət elə bir fəaliyyəti olmadı. 1994-cü ildə Budapeştdə ATƏT-in sammiti keçirildi və qərara gəlindi ki, həmsədrlik institutuna keçilsin və Rusiya və Finlandiya həmsədr olsun. 1996-cı ildə ATƏT Finlandiyanı dəyişmək və yerinə Fransanı təyin etmək barədə qərar qəbul etdi. Azərbaycan buna etiraz etdi, Fransanın yerinə Amerika Birləşmiş Ştatlarının (ABŞ) namizədliyini verdi və ATƏT də vəziyyətdən çıxmaq üçün üçüncü həmsədr ABŞ-ı elan etdi. 1997-ci ildə üç həmsədr fəaliyyətə başladı. Əslinə qalsa, bunların fəaliyyətini səmərəsiz adlandırmaq düzgün deyil. Çünki onlar açıq şəkildə Qarabağın müstəqilliyinə nail olmaq üçün hər şey etdilər. 1997-ci ildə iki təklif verildi, onlardan biri mərhələli təklif idi, digərində isə Qarabağ faktiki olaraq Azərbaycanın tərkibində qalsa da “müstəqil dövlət” statusuna qaldırılırdı. 1998-ci ildə bir az da qabağa getdilər və ümumdövlət təklifini təqdim etdilər. Mahiyyəti də bundan ibarət idi ki, Azərbaycan dövləti və Qarabağ “dövləti” birlikdə ümumi bir dövlət yaradırlar ki, bunun da adı Azərbaycan dövlətidir. Təbiidir ki, biz dərhal buna etiraz etdik. 1999-cu ildə İstanbul sammiti ərəfəsində başqa bir təklif verildi, ərazi mübadiləsi təklif olundu və bunu nə Azərbaycan, nə də Ermənistan qəbul etdi. Azərbaycanda bir neçə yüksək vəzifəli məmur istefa verdi, o cümlədən, xarici işlər naziri Tofiq Zülfüqarov, prezident katibliyinin rəhbəri Eldar Namazov və dövlət müşaviri Vəfa Quluzadə. Ermənistanda isə yüksək vəzifəli şəxsləri parlamentdə qətlə yetirdilər, o cümlədən parlamentin sədri Karen Demirçiyan öldürüldü. Bundan sonra 2001-ci ilin aprelində Ki Ues şəhərində ərazi mübadiləsi təklifini bir daha reallaşdırmaq cəhdi göstərildi, ilk növbədə Azərbaycana çox ciddi təzyiqlər oldu və bu təkliflər qəbul olunmadı. Və sonradan 2006-cı ildə Madrid prinsipləri ortaya çıxdı və bunun mahiyyəti də ondan ibarət idi ki, Azərbaycanın işğal altında olan beş rayonu geri qaytarılır, sonra Qarabağın statusu ilə bağlı əhalinin rəyi öyrənilir ki, mütləq əksəriyyəti ermənilər olan əhalinin müstəqilliyə səs verəcəyi heç kimdə şübhə doğurmurdu, yalnız bundan sonra geridə qalan iki rayon da Azərbaycana qaytarılır. Uzun illər Madrid prinsiplərinin müzakirəsi getdi, müxtəlif variantlar ortaya çıxdı və nəhayət 2020-ci ilin sentyabrında Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etmək üçün əks-hücuma keçdi və torpaqlarımızın böyük hissəsi azad olundu. 44 günlük müharibədən sonra Azərbaycan Prezidenti Bakıya gələn Minsk Qrupunun həmsədrlərinə açıq şəkildə dedi ki, sizin artıq görə biləcəyiniz bir iş yoxdur, ancaq işləmək istəyirsinizsə, humanitar məsələlərlə bağlı təkliflər hazırlayın. Ukrayna müharibəsinin başlanmasından sonra Minsk Qrupu həmsədrləri artıq faktiki olaraq fəaliyyətini dayandırdılar, Rusiya ilə bir yerdə oturmaq istəmədiklərini dedilər, sonradan sülh sazişinin layihəsi ortaya çıxarkən Azərbaycan qəti şəkildə məsələni qoydu ki, artıq Azərbaycanın ərazi bütövlüyü təmin olunub, biz istəməsək də ermənilər Azərbaycan ərazisini tərk edib və bundan sonra Minsk Qrupunun saxlanılması cəhdi revanşizmin göstəricisi kimi qiymətləndiriləcək və Ermənistanın sülh istəmədiyini göstərəcək. Tələb olundu ki, birlikdə ATƏT-ə müraciət olunsun və Minsk prosesilə bağlı yaradılan qurumların ləğv olunması tələb olunsun. Ermənistan uzun müddət buna müqavimət göstərsə də, nəhayət Vaşinqtonda belə bir sənədin imzalanmasına nail olmaq mümkün oldu və sentyabrın 1-də ATƏT-in Nazirlər Şurası Minsk prosesi ilə bağlı strukturların ləğv olunması barədə qərar verdi. Söhbət Minsk Qrupundan, Minsk Konfransından və ATƏT-in təmsilçilik institutunun ləğv olunmasından gedir. Beləliklə, ATƏT-in Minsk Qrupunun 30 illik “fəaliyyətinə” son qoyuldu. O fəaliyyətə tənqidi münasibət nə vaxtsa olacaqmı? Nə vaxtsa bu proses öyrəniləcəkmi? Təbiidir ki, öyrənilməyəcək. Çünki bu prosesin başında dünyanın üç böyük dövləti - ABŞ, Fransa və Rusiya durub. Bu dövlətlərin də məqsədi Azərbaycanın tərkibində Qarabağa müstəqilliyə yaxın status vermək, yaxud Qarabağı Azərbaycanın əlindən alıb Ermənistana birləşdirmək idi. Bu səbəbdən onların fəaliyyətini kiminsə təftiş etməsi və layiq olduğu qiyməti verməsi ehtimalı yoxdur. Ancaq bu prosesi unutmamalıyıq, öyrənməliyik, araşdırmalıyıq və bir şeyi bilməliyik ki, dünyada beynəlxalq münasibətlər sahəsində hər şeyi güc amili həll edir. Sənin güclü müttəfiqlərin olmalıdır. Beynəlxalq hüququn, ədalətin nə vaxtsa gözləniləcəyinə ümidlər bəslənməməlidir. Bir şey bilinməlidir ki, bu gün dünyada münaqişələr güc vasitəsilə həll olunur. Güc kimdədirsə, kimin güclü müttəfiqləri varsa, kimin arxasında böyük dövlətlər dayanırsa o da qalib gəlir və heç kim beynəlxalq hüququ xatırlamaq istəmir. Bir daha təkrar etməyə ehtiyac var ki, ATƏT-in Minsk prosesi ilə əlaqədar yaratdığı qurumlar bu reallıqları nəzərə alaraq fəaliyyət göstərdi. Bunların başında dünyanın ən böyük dövlətləri durdu. Məqsədyönlü şəkildə hərəkət etdilər və onların 30 ildə göstərdiyi fəaliyyətə heç vaxt obyektiv siyasi qiymət verilməyəcək. Əgər belə bir qiymət verilməyə cəhd göstərilsə son nəticədə Minsk Konfransının, Minsk Qrupunun və ATƏT-in münaqişə bölgəsindəki təmsilçisinin yüksək səviyyədə, böyük işlər gördüyü, məqsədyönlü şəkildə fəaliyyət göstərdiyi qeyd olunacaq və bu fəaliyyət haqqında ən xoş sözlər söylənəcək. Çünki o prosesi aparanlar da dünyanın böyük dövlətləri idi, qiymət verilmə prosesində də həlledici söz o böyük dövlətlərə məxsusdur”-deyə A.Səmədov vurğuladı.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilir - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partlatacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO/YENİLƏNDİ

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir" - Siyavuş Novruzov

30.09.2026 / 11:32
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul etdi

30.09.2026 / 11:25
Serbiyanın müvəqqəti prezidenti vəzifəsində Vuçiçi lezbiyan qadın əvəz edəcək

30.09.2026 / 11:18
Britaniya polisi Trampın söylədiklərini alt-üst etdi...

30.09.2026 / 11:10
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (Qədim dövr)” əsəri haqqında fəlsəfi düşüncələr

30.09.2026 / 10:54
Şahin Mustafayev İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

30.09.2026 / 10:36
Vuçiçin partiyasını Avropa Xalq Partiyasından qovurlar - səbəb terrorçu Mladiçə göstərilən qayğıdır...

30.09.2026 / 09:49
Prezident: "Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir"

30.09.2026 / 09:44
"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir" - Prezident

30.09.2026 / 09:41
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarına müraciət ünvanladı

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ