İranlı general İsraili qisasla hədələyib. İran Baş Qərargahının sözçüsü briqada generalı Əbülfəzl Şikarci İsrailin Livandakı İran səfirliyini hədəf alacağı ilə hədələdiyini bildirib.
"Lakin, bu günə qədər sahib olduğumuz imkanlara və digər ölkələrdəki vəziyyəti nəzərə alsaq, dünyadakı heç bir İsrail səfirliyini təhdid edəcək heç bir addım atmamışıq" -
Şikarci deyib.
Şikarci İsrail belə bir hücumu həyata keçirəcəyi təqdirdə İranın qisas alacağını deyib: "Əgər İsrail Livandakı səfirliyimizə hücum edərsə, bu halda dünyadakı bütün İsrail səfirliklərini qanuni hədəf hesab edəcəyik. Çünki İran İsraili və ABŞ-ı diz çökdürməkdə qərarlıdır".
Tahir TAĞIYEV