İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani, ABŞ və İsrailin hücumlarına qarşı qisas hücumlarında yüzlərlə ABŞ əsgərinin öldürüldüyünü iddia edib.
"Tramp Netanyahunun hərəkətləri ilə Amerika xalqını İranla alçaq bir müharibəyə sürüklədi. İndi isə nəticələri ilə üzləşsinlər. Cəmi bir neçə gün ərzində 500-dən çox Amerika əsgərinin öldürülməsi ilə yenə də birinci yerdə ABŞ, yoxsa İsraildir?" - deyə Laricani sosial mediada bildirib.
İran rəsmisi əlavə etdi: "Macəra davam edir. İnşallah, İmam Xameneinin şəhadəti sizə baha başa gələcək".
Laricaninin açıqlamaları, 28 fevralda ABŞ və İsrail tərəfindən başladılan hücumlardan sonra İranın İsrailə və bölgədəki ABŞ bazalarına qarşı cavab hücumları həyata keçirdiyi bir vaxta təsadüf edir.
Hələlik ABŞ və ya İsrail hakimiyyəti tərəfindən bu iddia ilə bağlı heç bir rəsmi açıqlama verilməyib.
TAHİR