Ayətullah Əli Xameneinin oğlu Müctəba İranın yeni Ali Lideri seçilib.
Bu barədə DW mənbələrinə istinadən xəbər verib. İslam Respublikasındakı mənbələrin xəbərinə görə, bu barədə qərar 88 yüksək vəzifəli şiə ruhanisindən ibarət şura tərəfindən qəbul edilib.
DW mənbələrinin məlumatına görə, Müctəba Xameneinin seçilməsi qərarı İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) təzyiqi altında verilib.
Xəbərdə Əli Xameneinin ölümündən sonra İranın müvəqqəti olaraq üç üzvdən ibarət şura tərəfindən idarə olunduğu deyilir: Prezident Məsud Pezeşkian, məhkəmə sisteminin rəhbəri Qulam Hüseyn Möhsəni-Ejei və Keşikçilər Şurasının üzvü Ayətullah Əlireza Ərafi.
İran hökuməti və mediası hələlik xəbəri rəsmi olaraq təsdiqləməyib.
SAMİRƏ