Cümə günü, 06 noyabr 2026
     

Bir vaxtlar sülh içində yaşayan İran və İsrail necə düşmən oldular?

Image


Məlum olduğu kimi, İsrail ABŞ-la birlikdə İrana qarşı fevralın 28-dən müharibəyə başlayıb. İran da onlara hücumla cavab verir. Amma onlar heç də həmişə düşmən olmayıblar. İran və İsrail, əslində 1979-cu ildəki İslam İnqilabına qədər bir-biriylə sülh içində yaşayırdı. Hətta 1948-ci ildə qurulan İsrail dövlətini tanıyan ikinci islam ölkəsi İran idi. İsraili tanıyan ilk müsəlman ölkə Misir olmuşdu.

O dövrdə monarxiya ilə idarə olunan ölkənin başında Pəhləvi sülaləsi var idi və İran Yaxın Şərqdə ABŞ-ın ən böyük müttəfiqlərindən biri sayılırdı. Bu səbəbdən İsrail dövlətini quran ilk hökumət rəhbəri David Ben-Qurion ərəb qonşularının yeni yəhudi dövlətini təcrid etməməsi üçün İranla dostluğa can atırdı. Ancaq 1979-cu ildə Ayətullah Ruhullah Xomeyninin rəhbərliyi ilə baş verən İslam İnqilabı nəticəsində şah taxtdan endirildi. Yeni hakimiyyət ABŞ və onun müttəfiqi İsrailin "imperializmini" rədd edən, təzyiq altında olan torpaqları müdafiə etməyə əsaslanan bir dövlət qurmağa çalışdı. Ayətullah Xomeyni rəhbərliyində ölkə İsraillə olan bütün əlaqələri kəsdi və İsrail vətəndaşlarının pasportlarını tanımaqdan imtina etdi. Tehrandakı İsrail səfirliyi ələ keçirildi və bina İsrail hökumətinə qarşı mübarizə aparan və Fələstin dövləti qurmaq istəyən Fələstin Azadlıq Təşkilatına verildi. BBC-yə danışan İran üzrə ekspert Əli Vaezin sözlərinə görə, İran rejimindəki liderlərin əksəriyyəti əvvəllər fələstinlilərin tərəfində olub, məsələn, Livan kimi bölgələrdə partizan müharibəsinə dəstək verib. Bu səbəbdən onlar Fələstin məsələsinə böyük rəğbət bəsləyir və İsrailə qarşı düşmənçilik hissləri də buradan qaynaqlanır. Vaezin fikrincə, yeni İran müsəlman ərəb ölkələrinin diqqət yetirmədiyi Fələstin məsələsinə dəstək verən pan-islamçı bir güc kimi özünü göstərmək istəyirdi. Doğrudan da, Xomeyni Fələstin məsələsini öz şəxsi məsələsi kimi təqdim etməyə və Tehranda Fələstini dəstəkləyən genişmiqyaslı yürüşlər keçirilməyə başladı. Digər tərəfdən, bu dövrdə İsraildə İrana qarşı açıq düşmənçilik 1990-cı illərə qədər ortaya çıxmadı, çünki həmin vaxt İraqdakı Səddam Hüseynin varlığı bölgədə daha böyük bir təhdid kimi görülürdü. 1980–1988-ci illər arasında üzə çıxdı ki, ABŞ İraqa qarşı aparılan müharibədə istifadə olunan silahları gizli şəkildə onun qonşusu İrana yönləndirib. Bu qalmaqalla əlaqələndirilən "İran-Kontra" adlı təşkilatlanmada İsrail hökuməti vasitəçi rolunu oynayırmış. Zaman keçdikcə, İsrail və İran arasındakı sözlü rəqabət açıq düşmənçiliyə çevrildi. Sünnilərin və ərəb ölkələrinin üstünlük təşkil etdiyi İslam dünyasında şiə kimliyi ilə tək qaldığını hesab edən İran bəzi strategiyalar hazırladı ki, öz ərazisində düşmənlərinin hücumuna məruz qalmasın.Tehranın maraqlarına uyğun silahlı fəaliyyətlər həyata keçirən təşkilatlar şəbəkəsi formalaşdı.ABŞ və Avropa İttifaqının "terrorçu" kimi tanıdığı livanlı Hizbullah təşkilatı bu şəbəkənin başında gəlirdi. İranın "Müqavimət oxu" adlandırdığı bu şəbəkə Livan, Suriya, İraq və Yəmənə qədər uzanırdı. İran ilə İsrail arasındakı gərginliyin "gizli müharibə" kimi xarakterizə olunmasının əsas səbəbi bu idi ki, iki ölkə bir-birinə müxtəlif əməliyyatlarla hücum edirdi, amma hökumətlər bunun məsuliyyətini rəsmi şəkildə öz üzərinə götürmürdü. İran və onun müttəfiqlərinə qarşı açıq şəkildə düşmənçilik etməyə çəkinən İsrail də üçüncü ölkələrdə İran tərəfdarlarına qarşı mübarizə aparan silahlı qruplara maliyyə dəstəyi verirdi.

"Hizbullah" lideri Abbas əl-Musəvinin öldürülməsindən sonra diqqətlər İsrailə yönəlmişdi.

Bunun ardınca, 1992-ci ildə İranın dəstəklədiyi "İslami Cihad" təşkilatı Buenos Airesdəki İsrail səfirliyinə bomba hücumu təşkil etdi. Bu hücum nəticəsində 29 nəfər həyatını itirdi.

İsrail İranın nüvə proqramının qarşısını almaq məsələsində uzun zamandır ki, həssaslıq göstərirdi. Nüvə proqramı üzərində çalışan alimlərə qarşı bəzi hücumlardan İsrail kəşfiyyatı məsul tutulurdu. Ən son 2020-ci ildə Möhsün Fəxrizadə Məhəbbadi sui-qəsd nəticəsində öldürüldü. İsrail iyunun 13-nə qədər iranlı alimlərə hücumlarda əli olduğuna dair iddiaları qəbul etməyib.İsrail və Qərb müttəfiqləri keçmişdə İranı onların ərazisinə pilotsuz uçuş aparatları və raket hücumları təşkil etməkdə günahlandırıb. Suriyada 2011-ci ildə vətəndaş müharibəsi başlayanda münasibətlər yenidən gərginləşdi. Qərb kəşfiyyat qurumları İranı Suriyanın o vaxtkı prezidenti Bəşər Əsədin ordusuna silah yardımı göstərməkdə günahlandırdı. Əsədin ordusu üsyançılara qarşı mübarizə aparırdı. İsrail isə iddia edirdi ki, İran Livanda yerləşən "Hizbullah"a silah göndərmək üçün qonşusu Suriya ərazisindən tranzit yolu kimi istifadə edir. ABŞ mərkəzli kəşfiyyat platforması "Stratfor" həm İsrailin, həm də İranın Suriyada bir-birinə qarşı genişmiqyaslı əməliyyatlar keçirdiyini iddia edirdi. 2021-ci ildə iki dövlət arasındakı "gizli müharibə" dənizə qədər uzandı. İsrail Fars Körfəzində gəmilərinə edilən hücumlara görə İranı məsul tutdu. İran isə Qırmızı dənizdə gəmilərinin hədəf alınmasına görə İsraili günahlandırdı. 2023-cü il, oktyabrın 7-də Fələstindəki HƏMAS təşkilatının İsrailə hücum etməsindən sonra ekspertlər narahatıydılar ki, bundan sonra bölgədə gərginlik zəncirinə çevrilə biləcək hadisələr başlayacaq. İsrail və İran arasındakı gərginliyin də bundan sonra birbaşa və açıq müstəviyə keçiriləcəyindən ehtiyat edilirdi. 7 oktyabrdan sonra Livan sərhədində "Hizbullah" və İsrail arasında bir ildən çox davam edən qarşıdurmalarda "Hizbullah" lideri Həsən Nəsrullahın öldürülməsi də daxil olmaqla, ağır itkilər verildi. İsraillə Livan arasında 2024-cü il, noyabrın 27-də atəşkəs qüvvəyə mindi. Tərəflər illərlə birbaşa qarşıdurmadan yayınsalar da, ötən il iki ölkə arasında qarşılıqlı hava hücumları baş verdi. Son olaraq, iyunun 13-dəki hücumda İsrail yalnız İranın hərbi bazalarını vurmaqla kifayətlənmədi, həm də yüksək rütbəli komandanları hədəf aldı. İranın dövlət mediası hücum nəticəsində Baş Qərargah rəisi Məhəmməd Baqıri və İnqilab Keşikçiləri Korpusunun komandanı Hüseyn Səlaminin öldüyünü bildirdi. Bundan əlavə, sabiq İran Atom Enerjisi Təşkilatının rəhbəri Ferudin Abbasi və İslam Azad Universitetinin rektoru Məhəmməd Mehdi Tehranchinin də Tehrandakı hücumda öldürüldüyü qeyd olundu.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ