Süleyman Rəhimov adına Qubadlı Rayon Ədəbi-İctimai Birliyinin təşəbbüsü və Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşkilatçılığı ilə tanınmış şair-jurnalist Namiq Dəlidağlının 55 illik yubileyi və yeni nəşr olunan “Namiq Dəlidağlı – Sözdə görünən adam” kitabının təqdimatı keçirilib.
Sözügedən tədbirdə Azərbaycan Jurnalistlər Birliyi Şərqi Zəngəzur regional təşkilatının və Qubadlı Rayon Ədəbi-İctimai Birliyinin sədri Qafqaz Əvəzoğlu, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, Əməkdar jurnalist Rafiq Oday, Əməkdar müəllim Ofelya Babayeva, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu, Sumqayıt Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Fərman Kazımov, Qubadlı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Cabir Rzayev, professor Avtandil Ağbaba, Azərbaycan Yazıçılar Birliyinin Poeziya Seksiyasının rəhbəri, Əli Kərim adına Poeziya Klubunun direktoru İbrahim İlyaslı, “Sumqayıt” qəzetinin baş redaktoru Sübhan Qafaroğlu, şair və jurnalistlər Xaqani Abbasəli Öztürk, Asif Asiman, Firdovsi Cəfərxan, İlhamə Məhəmmədqızı, Oqtay Salahlı, Əməkdar artist Nazir Rüstəm, Novruz Kərimov çıxış edərək Namiq Dəlidağlının ədəbi yaradıcılığını və publisistik fəaliyyətini yüksək qiymətləndirmişlər.