Xəbər verdiyimiz kimi, ABŞ hərbi donanması Şri-Lanka sahillərində sualtı qayıqla İran gəmisini vurub. Vurulan gəmidən göndərilən siqnaldan sonra Şri-Lanka heyət üzvlərinin təxliyəsi üçün genişmiqyaslı əməliyyatın başlandığını açıqlayıb.
Təxminən 180 nəfərin olduğu gəmidən 30 heyət üzvü xilas edilərək xəstəxanaya aparılıb, itkin düşənlərlə bağlı əməliyyat axtarış tədbirləri başlayıb.
Şri-Lanka Hərbi Dəniz Qüvvələri və Müdafiə Nazirliyinin mənbələrinə görə, ölkə sahillərində İran gəmisinə sualtı qayıq hücumu nəticəsində ən azı 101 nəfər itkin düşüb, 78 nəfər yaralanıb. Hərbi Dəniz Qüvvələrinin açıqlamasında İran hərbi gəmisinin ölkə sahillərində Hind okeanında batdığı təsdiqlənib.
TAHİR
https://t.co/PiqQpVIrMu pic.twitter.com/Wc1e0B0um7 — Department of War 🇺🇸 (@DeptofWar) March 4, 2026
https://t.co/PiqQpVIrMu pic.twitter.com/Wc1e0B0um7