İran Prezidenti Məsud Pezeşkian qonşu region ölkələrinin liderlərinə müraciət edib.
X sosial media platformasında paylaşımında Pezeşkian deyib: "Dost və qonşu ölkələrin hörmətli liderləri, sizin köməyinizlə və diplomatiya yolu ilə müharibədən yayınmağa çalışdıq, lakin Amerika-İsrail hərbi hücumu bizə özümüzü müdafiə etməkdən başqa yol qoymadı".
Prezidenti qonşu region liderlərinə müraciət edərək "Sizin suverenliyinizə hörmətlə yanaşırıq və inanırıq ki, regional sülh bölgə ölkələri tərəfindən təmin edilməlidir".
Qeyd edək ki, İsrail və ABŞ Tehran və Vaşinqton administrasiyaları arasında danışıqların davam etdiyi bir vaxtda 28 fevralda İrana hücuma başlayıblar.
İran buna cavab olaraq ABŞ bazalarının yerləşdiyi İsrail, Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreyn də daxil olmaqla bir neçə ölkəyə hücumlara başlayıb.
ABŞ-İsrail hücumlarında İran lideri Əli Xamenei və çoxsaylı digər yüksək vəzifəli şəxslər həlak olub.
İran Qırmızı Aypara Cəmiyyəti ABŞ-İsrail hücumlarında 787 nəfərin həyatını itirdiyini açıqlayıb.
Tahir TAĞIYEV