TC Əlaqələr Nazirliyinin Dezinformasiya ilə Mübarizə Mərkəzi bir sıra sosial media hesablarında yayılan feyk xarakterli xəbərlərə etiraz olaraq açıqlama yayıb. Açıqlamada deyilir:
Bəzi sosial media hesablarında “Tramp Türkiyəyə İrana hücum etməyi əmr etdi”, “Türkiyə İrana qarşı gizli hərbi planın bir hissəsidir”, “Türkiyə İrana qarşı müharibəyə qoşulmaq üçün CAATSA sanksiyalarının ləğvini tələb etdi" kimi iddialar yalandır.
Türkiyə müstəqil və suveren bir dövlət olaraq öz xarici siyasət və təhlükəsizlik qərarlarını özü müəyyən edir və həyata keçirir. Bunun əksinə verilən açıqlamalar tamamilə əsassız və zərərli xarakter daşıyır. Türkiyənin İrana qarşı müharibəyə girməsi və ya bu məqsədlə CAATSA sanksiyalarının ləğvi də daxil olmaqla hər hansı bir şərt irəli sürməsi məsələsi yoxdur.
Biz ictimaiyyəti ictimai rəyi manipulyasiya etməyə yönəlmiş bu cür çıxışlara etibar etməməyə çağırırıq.
SAMİRƏ