Bazar günü günü, 11 oktyabr 2026
     

Məşvərət Məclisindən "könlü balıq istəyənlər..." mesajı, Əliyevin dəqiq zaman seçimi, çox şey dəyişiləcək... Aydın QULİYEV yazır...

Image


Bakıda Cənub Qaz Dəhlizi və Yaşıl Dəhliz Məşvərət Məclislərinin növbəti iclaslarında maraqlı fikirlər səsləndirildi. Bunların bəziləri enerji, rəqəmsallıq, süni zəka və sair sahələrə dair mesaj xarakterlidir, bəziləri görüləcək işlərin anonsudur, bəziləri isə müəyyən beynəlxalq siyasi və maliyyə güclərini konkret enerji layihələrinə təşviq etmək məqsədi daşıyır.

Göstərilən bu nüanslar Prezident İlham Əliyevin çıxışında daha aydın görünür.

Prezident Avropanın enerji təchizatında Azərbaycanın indiki və sonrakı roluna işarə edərək yaxın vaxtlarda ölkənin qaz hasilatının daha 15 milyard kub artırıla biləcəyinə diqqət çəkdi. Bu təbii ki, ilk növbədə Rusiyanın qaz-neft təchizatından asılılığı sıfırlamağa çalışan Avropaya mesajdır. Prezident ölkəmizin əlavə qaz təchizatları, bərpa olunan enerji mənbələrinin yaradılması, süni zəka, rəqəmsallaşma və digər layihələrin arxasında olduğumuzu, bu yöndə "dünyanın ən qüdrətli dövləti ilə strateji saziş içində olmamızın daha real imkanlar açdığını da əlavə etdi. Sonrakı mesaj daha diqqətçəkicidir. Prezident Cənub Qaz boru kəmərinin tam dolduğunu və kəmərin keçiricilik gücünü artırmaq üçün əlavə sərmayələrə çox ehtiyac olduğunu dedi...

Burada mesajların həqiqi ünvanları üzərində düşünmək lazımdır. Təbii ki, mesajın ilk ünvanı Avropadır. O Avropa ki, həm Azərbaycandan daha çox qaz təchizatı gözləyir, həm Azərbaycanla uzunmüddətli qaz alışına dair saziş imzalamağa "ağzını sürükləyir", həm də Cənub Qaz Kəmərini genişləndirmək üçün sərmayə yatırmır, Avropanın maliyyə qurumlarını bu işə təşviq etmir, əksinə, onlara mane olur. Beləliklə, Azərbaycan xalqının məşhur "könlü balıq istəyənin quyruğu suda gərək" məsəlini qulaqardına vurur. Sənə qaz lazımdırsa, nədən onu əldə etmək üçün əlavə vəsait xərcləməyəsən?! Zatən İlham Əliyevin, Bakıya səlahiyyətli enerji məmurlarını göndərmiş Avropaya dərin mesajının mahiyyəti də budur.

Əliyevin mesajının səsləndiyi zamanın özü də diqqətçəkicidir.Belə ki,bu bəyanatlar Avropanın çox asılı olduğu Ərəb körfəzi qazının nəqlinin ciddi təhlükə altına düşdüyü vaxtda səsləndirilir. Daha böyük təhlükə odur ki, körfəz qazı kəsilə və bu kəsinti İran müharibəsi ilə əlaqədar olaraq uzun zaman davam edə bilər. Bu halda Avropa üçün Azərbaycan qazının misilsizliyi və əlçatanlığı daha da artır. Bu mənada İlham Əliyevin mesajı Cənub Qaz Dəhlizində Avropa sərmayəsini daha fəal olmağa təşviq etmək baxımından çox önəmlidir - Qatar qazından əliniz üzüləcəksə, Azərbaycan qazının nəqlini artırmaq üçün əlavə sərmayə qoymaqdan başqa çarəniz yoxdur... Avropa İlham Əliyevin bu aydın nesajını anlayacaq, anlamayacaq, görəcəyik...

Əliyevin nesajlarının başqa bir tərəfi də var. Fikrimcə, İlham Əliyev Qaz və Yaşıl Enerji Məşvərət məclislərində dünənki çıxışında "dünyanın ən qüdrətli dövləti ilə strateji tərəfdaşlığımız layihələrin icrası üçün real imkanları daha da artırır" sözlərini də havaya ünvanlamadı... Məncə, Avropa Birliyinin Cənub Qaz Dəhlizinə əlavə sərmayə qoyuluşunu daha artıq gecikdirməsi Azərbaycanı yeni maliyyə mənbələri axtarışına sövq edə bilər ki, bu yöndə "ən qüdrətli dövlət olan ABŞ" ən real sərmayəçi rolunda nəzərdən keçirilə bilər. Bu, kimlərəsə bir az fantastik görünə bilər. Lakin bir vaxtlar Bakı-Ceyhan, Cənub Qaz Dəhlizi özləri də fantastik görünürdü. Real olmadımı?!... İndi kimlərəsə real görünməyən bu hadisə gerçək olarsa, Cənub Qaz Dəhlizinə əlavə dəstək ABŞ maliyyəsi hesabına təmin olunarsa, o zaman Avropa Birliyi aldıqları qazın qiymətini tək Azərbaycanla yox, həm də ABŞ-la müzakirə etmək zorunda qalacaq...

Görünən odur ki, Azərbaycan həm qaz hasilatını artırmaq, həm də nəqlini genişləndirmək üçün daha çox alternativə malikdir. Qaz təchizatına ehtiyacı olanların isə alternativləri nisbətən məhduddur...

Bu mənada gözləmək olar ki, İlham Əliyevin Məşvərət Məclislərində son çıxışları bir çox qüvvələrin ətalətinə və ziyanlı ləngliyinə son qoyacaq... Həm də bu tək Azərbaycana yox, daha çox onlara lazımdır...

Aydın QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ